Attila. Erik Deşodt
Чтение книги онлайн.
Читать онлайн книгу Attila - Erik Deşodt страница 5
Aetsi hunların yanına gəldikdən sonrakı üç il ərzində onunla Attila arasında dostluq bağları həddən artıq möhkəmləndi. İndi onlar bir-biri üçün əziz, doğma adamlara çevrilmişdilər. Onlar, demək olar, bütün günü Puşta bozqırlarında gəzib-dolaşır, eyni zamanda gələcəyə dair böyük xəyallarla yaşayırdılar. Macar çöllüyü onlara dar gəlirdi, nəzərləri daha uzaqlara zillənirdi…
«Tanrının qırmancı»
Çox keçmədi ki, hadisələr gözlənilməz istiqamətdə inkişaf etməyə başladı: vestqotlar Roma üzərinə hücuma keçdi. Onların ordusu sayca o qədər çox idi ki, Stilixon hun süvarilərinin başçılarından – Uldindən kömək istəməyə məcbur oldu. Ruasın rəqibi olan Uldinə də elə bu lazım idi. O belə bir xahişi çoxdan gözləyirdi. Bu səbəbdən də Stilixonun xahişinə dərhal müsbət cavab verdi. Uldinin qoşunları indiki İtaliyanın Florensiya şəhəri yaxınlığında vestqotları məğlub etdi. Vestqotların başçısı Radaqast əsir düşdü və sonradan boynu vuruldu.
406-cı ildə Volqa və Don ətraflarında məskunlaşan başqa bir qədim türk tayfası – alanlar hunlara tabe olmaqdan boyun qaçırdılar. Hunlar tərəfindən əməlli-başlı istismar olunan alanlar Alp dağlarına doğru hərəkət etdilər. Onlar Alp dağlarındakı göllərin ən böyüyü olan Cenevrə gölü ətrafında yüz il öncə hunlardan qaçmış tayfadaşlarıyla rastlaşdılar. Bir müddətdən sonra Ron vadisində məskunlaşdılar.
Həmin dövrdə başqa bir önəmli hadisə baş verdi: Mayn vadisində məskunlaşan burqundlar Attilanın əmisi Oktarın əlindən cana doymuşdular. Odur ki Honoridən kömək istədilər. Honori özünəməxsus imperator ədasıyla buna razılıq verdi. İşi belə görən Oktar Mayn çayı sahilində Honorinin qoşunlarına hücum etdi. Hücum acı sonluqla nəticələndi – o məğlub oldu. Bu, hunların ilk tarixi məğlubiyyəti idi. Belə çıxırdı ki, onlara qalib gəlmək də olarmış.
Oktar bu məğlubiyyətdən elə məyus olmuşdu ki, boğazından su da keçmirdi. Bu məğlubiyyətin ertəsi günü o, kiçik qələbə qazandı. Cəmi üç nəfər itki verərək vestqotlara zərbə vurdu, onlardan otuz nəfəri öldürdü. Bu qələbəsini təntənəli şəkildə qeyd etmək istədi. Həmin gecə o qədər şərab içdi ki, sərxoş halda yerə sərildi.
Oktarın köməkçilərinin də ağlı başlarından çıxmışdı – şərabdan əməllicə məst olmuşdular. Bir əfsanədə deyilir ki, guya onlar öldürdükləri vestqotların kəlləsindən piyalə kimi istifadə edirmişlər, hətta kəllələrdən biri ağzındakı dişləri ox kimi sərxoş hunların üstünə tüpürübmüş. Lakin şərabın təsirindən yenə də ayılmayıblarmış.
Qaynar hadisələrin bir-birini əvəzlədiyi bu məqamda – 408-ci ildə Aetsi Romaya qayıdır. Bunda əsas məqsədi evlənmək idi.
Həmin vaxt Attilanın on üç yaşı vardı. Çox istədiyi dostundan ayrılmaq ona ağır gəlirdi. Aetsi aradan keçən illər ərzində Attila üçün böyük qardaşa çevrilmişdi. Odur ki ayrılarkən bir-birinə söz verdilər ki, məktublaşsınlar, imkan tapdıqca görüşsünlər.
Aetsi cəmiyyət içində olmağı xoşlayırdı. Attila isə onun əksinə özünəqapalı biri idi, tənha qalmaqdan xoşlanırdı. Elə buna görə də ən yaxın dostundan ayrıldıqdan sonra bütün günü dərin fikirlərə gedir, müxtəlif xəyallar qururdu. Bu xəyallar Romanın, Konstantinopolun və Parisin qapılarını onun üzünə açacaqdı. Avropanın adıçəkilən üç aparıcı şəhəri (onlardan ilk ikisi süqut çağında idi, üçüncüsü isə hələ təzə çiçəklənirdi) ya könüllü təslim olacaq, ya da buna məcbur qalacaqdı.
Bir qədər irəli gedib deyək ki, Attila hər üç şəhərə qarşı mərhəmətli davrandı. Hələ də heç kim bunun səbəbini bilmir. Üstəlik, o bu şəhərləri din xadimlərinin yalvar-yaxarına görə bağışlamışdı. Halbuki Attila dinlərə inanmırdı!
Daha bir maraqlı məqam: sonradan elə həmin o din xadimləri Attilanın ən qatı düşməninə çevrildilər. Onun bütün rəqiblərini birləşdirib qüdrətli hunun üstünə salmağa çalışdılar. Bu din xadimlərinin başında Roma papası9 gəlirdi.
İş o yerə çatacaqdı ki, xristianlar Attilanı «Tanrı qırmancı» adlandıracaqdılar. Attila özü bu ləqəbdən xoşhal olacaq, ona layiq olduğunu düşünəcəkdi.
Nə demək idi «Tanrı qırmancı»? Xristianlar bu suala çox aydın cavab verirdilər: «Tanrı qəzəbinə gələnləri kiminsə əliylə cəzalandırır».
Bütün bunlar hələ sonralar baş verəcəkdi. Odur ki gəlin hadisələri qabaqlamayaq.
Hunların müəmmalı sayı
V yüzilliyin əvvəli tarixə hun epoxasının10 başlanğıcı kimi daxil olub. Onların getdikcə güclənməsi az qala üç yüz il ərzində Şərqdən Qərbə – Avropaya doğru müxtəlif xalqların aramsız köçlərini şərtləndirdi. Saysız-hesabsız köçərilər ordusu Roma imperiyasını əvvəlcə həyəcanlandırdı, ardınca təşvişə saldı, axırda isə tamamilə sarsıtdı.
Bəs böyük köçə qoşulanların, məsələn, alanların, qotların, yaxud vandalların sayı nə qədər idi? Bu suala dəqiq cavab vermək mümkün deyil. Bircə o məlumdur ki, köçərilər nəhəng çəyirtkə sürüsü kimi Avropanı ağuşuna almaqda idilər.
Həmin vaxt bu qitənin əhalisinin ümumi sayının 30 milyon nəfər olduğu güman edilir. Hunların sayı isə mübahisəli olaraq qalır: bəzi ehtimallara görə, Uraldan Dunaya qədər böyük əraziyə səpələnmiş hunların sayı 5 milyon, bəzi fərziyyələrə görə isə cəmi 250 min nəfərə çatırdı. Birinci rəqəm mənasızca şişirdildiyi kimi, ikinci də eyni şəkildə azaldılıb. Hunların sayının cəmi bir milyon yarım olduğu fikri daha ağlabatan rəqəmdir. Belə ki, yalnız bu qədər hundan yarım milyon süvari çıxa bilərdi. Çünki hun kişilərinin az qala hamısı hazır əsgər idi.
Hunlar böyük bir əraziyə yayılmışdılar. Təbii ki, həmin əraziləri qorumaq tələb edilirdi. Ona görə də hunlar qoşunlarının böyük hissəsini məskunlaşdıqları yerlərin mühafizəsinə ayırır, yalnız yerdə qalanlarla harasa hücuma keçir, yaxud müttəfiqlərin köməyinə tələsirdilər.
Hunların sayı barədə biliklər ona görə vacibdir ki, hadisələrin sonrakı gedişi ilə bağlı yanlış fikirlərə yer qalmasın. Məsələn, Ruasın Aetsinin köməyinə göndərdiyi qoşunun sayı daim mübahisə mövzusu olub. Belə ki, Honori 423-cü ildə vəfat etdi. Bundan sonra Flavi Yohan onun yerinə keçmək istədi. Lakin Aetsi Flaviyə qarşı çıxdı və Ruasdan kömək istədi. O da 50 minlik qoşun göndərdi. Ruasın təkcə hansısa müttəfiqinin köməyinə yollamaq üçün
9
10