Diplomat. Ceyms Oldric

Чтение книги онлайн.

Читать онлайн книгу Diplomat - Ceyms Oldric страница

Diplomat - Ceyms Oldric Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

title>

      BİRİNCİ KİTAB

      LORD ESSEKS

      Birinci fəsil

      Lord Esseks təyyarədə oturub trubka çəkir və gedənlərin geri dönüşünü gözləyirdi. Təyyarənin idarəetmə mexanizmləri buz bağlamış və yerə enməyə məcbur olmuşdu. Küləkli və qarlı rus düzənliyində düşüb qalmışdılar. Mak-Qreqor kömək gətirmək üçün ruslarla birlikdə getmişdi.

      Əlli səkkiz yaşlı bu adam yaşından xeyli cavan görünürdü. Onun təravətli qırmızı sifəti, inamlı baxışları və donqar burnu vardı. Esseks yumşaq kresloda mürgüləyir, Moskvaya bir gün gec çatacağı onu narahat edirdi.

      Özü Mak-Qreqoru bu səfər üçün seçmişdi. Çünki İran üzrə ən yaxşı mütəxəssis idi. Esseks Moskvada Molotovla olacaq görüşü düşünə-düşünə yuxulamağa çalışdı. Oyananda Mak-Qreqor yanında əyləşmişdi.

      – Hə, Mak-Qreqor, bir kənd-filan tapdınız?

      – Şimal tərəfdə bir kənd var. Pilot kirşə tapıb gətirəcək. Pilotlardan biri maşın tapmaq üçün hərbi düşərgəyə getdi. Moskvaya buradan qırx mil olar.

      – Görünür, sabah Molotovun qəbuluna düşə bilməyəcəyik, – Esseks yerində gərnəşdi. – Hə, siz, doğrudanmı, İran Azərbaycanına bələdsiniz? İranda çox yaşamısınız?

      – Az qala ömrüm boyu.

      – Əla. Yəqin, Moskvada nəyə nail olmaq istədiyimizi anlayırsınız. Rusları İran Azərbaycanından çıxıb getməyə məcbur etmək və orada Tehran hakimiyyətini bərpa etmək lazımdır. Siz, gərək ki, bir vaxt İngiltərə-İran neft şirkətində geoloq olmusunuz?

      – Hə, əslində, mən diplomatiyadan çox az bilirəm. Sizinlə göndəriləndə buna bərk təəccübləndim.

      Mak-Qreqor yenidən özünə qapandı. Esseks Mak-Qreqorun rus dilini bilməsinin faydalı olacağını söylədi. Elə bu vaxt rus sərnişinlərin səsləri eşidildi. Onlar təyyarəyə doluşub əşyalarını götürdülər və aşağıda dayanmış kəndli kirşəsinə atdılar.

      Pilot şən halda Mak-Qreqora rusca nəsə dedi və kabinəyə keçdi. Hamı əşyalarını aşağıdakı kirşəyə tullayırdı. Kirşə meşə yolu ilə kəndə yollandı. Esseks və Mak-Qreqor da düşüb qarın üstü ilə kəndə sarı addımladılar.

      Onlar yerli poçt şöbəsində sobanın yanında oturub qızınanda Esseks deyirdi:

      – Ruslara sərt üz göstərməyənə qədər bu məsələ həll edilməyəcək. Azərbaycan məsələsi böyük önəm daşıyır.

      – Azərbaycanda əvvəllər də üsyanlar olurdu.

      Bu vaxt onların dalınca maşın gəldi. Mak-Qreqor tərləmiş şüşəni silərək yolboyu qarlı çölləri, qaralan meşəlikləri seyr edirdi. Birdən şəhərin işıqları parladı.

      Maşın onları Britaniya səfirliyinə gətirdi.

      İkinci fəsil

      İngilis səfirliyinə ser Frensis Dreyk başçılıq edirdi. O, Esseks və Mak-Qreqoru səhər yeməyinə dəvət etmişdi. Dreyk deyirdi:

      – Mən bilirdim ki, gec-tez bu təyyarələrin biri düşəcək. Ruslar dəli kimi uçurlar.

      Xidmətçi əlində məcməyi gəlib çıxdı. Dreykin köməkçisi ser Melbi qədəhlərə viski süzdü.

      – Hə, Harold, – deyə Dreyk əlində qədəh qonağın qarşısında dayandı, – siz Azərbaycan məsələsində nəyə nail olmaq ümidindəsiniz?

      – Bu haqda sizdən soruşmaq lazımdır. Ruslar sonuncu Moskva konfransına necə baxırlar?

      – Görünür, nəticələrdən razı qalıblar.

      – Əla! Deməli, güzəştə gedəcəklər.

      Səhər yeməyi bol və ləzzətli idi. Həm yeyir, həm də söhbət edirdilər. Esseks soruşdu:

      – İndi ruslar Azərbaycan məsələsinə nə münasibət bəsləyir?

      – Mətbuat onların kortəbii etirazı, faşistlərə satılmış mülkədarlar və Azərbaycan Demokrat Partiyasının bu feodal yırtıcıları necə yıxmasından bəhs edir.

      – Mak-Qreqor, sizcə, Azərbaycan üsyanı kortəbii hərəkat sayıla bilərmi? – Esseks soruşdu.

      – Bu, tamamilə mümkündür, – Mak-Qreqor dedi.

      – Sizcə, Azərbaycanda üsyana nə səbəb olub?

      – Ümumi ağır vəziyyət.

      Dreyk sərt səslə soruşdu:

      – Bununla nə demək istəyirsiniz?

      – Tehran hökuməti Azərbaycanı hər zaman sıxışdırıb. Orada hər zaman müxalifətçi partiyalar olub. Bir vaxt konstitusiyalı hökumətin yaranması ilə nəticələnən ilk üsyan da Azərbaycanda baş verib, bu hökumətdə rəhbərlərin çoxu azərbaycanlılar olub.

      – Budur, görürsünüzmü, burada nə isə var. Lakin ruslar oradan çıxıb getməli idi, doğrudurmu?

      Esseks ciddi nəzərlə Mak-Qreqora baxdı.

      – Hamı çıxıb getməli idi.

      – Məgər iranlılar təkbaşına öz həyat şəraitlərini yaxşılaşdırmağa qabildirmi? Hə, Mak-Qreqor?

      Onun əvəzinə Dreyk cavab verdi:

      – Bu, mümkün deyil. Mən iranlıları yaxşı tanıyıram.

      – Siz nə deyə bilərsiniz, Mak-Qreqor? İranlılar bir iş görməyə qabildirmi?

      – Əvvəllər orada tətillər olmazdı. İndi var. Siyasi partiyalar da yox idi. İndi hər yanda partiyalar qurulur. Orada nə isə yeni hadisələr baş verir. İran Azərbaycanına gəldikdə isə azərbaycanlılar hər zaman muxtariyyət əldə etməyə çalışıblar.

      Esseks pəncərəyə yanaşıb buludsuz səmanı, qış səhərini seyr etməyə başladı. Məftil torla hasarlanmış buz meydançasında qırmızı cemperli bir qız konki sürürdü. Esseks Dreykdən soruşdu:

      – Rusdur?

      – Yox, ingilis qızıdır, – Dreyk Esseksi kabinetinə dəvət etdi və onlar otaqdan çıxdılar.

      Esseks və Mak-Qreqor üçün ayrılmış iş otağı birinci mərtəbədə yerləşirdi. Pəncərədən buz bağlamış Moskva çayı, o tayda Kreml görünürdü.

      Melbi o tərəfə baxırdı:

      – Hökumət bu binalarda işləyir. Stalin elə burada da yaşayır, lakin heç kəs bilmir hansı binada.

      Masaya bir bağlama kağız qovluq gətirildi. Bunlar Britaniyanın Tehran səfirliyində Azərbaycana dair toplanmış materiallar idi. Mak-Qreqor onları səliqə ilə masanın üstünə düzməyə başladı. Axşam yatağa uzananda artıq bu kağızların çoxu ilə tanış olmuşdu.

      – Hə, Mak-Qreqor, bu, çoxdankı rəqabət məsələsidir. Rusiya öz təsirini yayır. Əgər onlar İran Azərbaycanına sahib olsalar, bütün İran əllərinə

Скачать книгу