Diplomat. Ceyms Oldric

Чтение книги онлайн.

Читать онлайн книгу Diplomat - Ceyms Oldric страница 4

Diplomat - Ceyms Oldric Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

“Harold!” – deyə səsləndi.

      – Kimdir? – Esseks soruşdu.

      – Aman Tanrım, məni tanımadı!

      – Kimdir? – Esseks bu dəfə qeyzlə soruşdu.

      – Con Askvit.

      – Lənət şeytana, siz burada nə edirsiniz?

      Onlar qucaqlaşdılar.

      – Üç aydır buradayam. Gedək bizə.

      Esseks qapıda Askvitin arvadı Ceyn ilə köhnə tanışlar kimi şən səslə görüşdü. Etinasız halda Mak-Qreqora gülümsədi, amma heç nə demədi.

      Altıncı fəsil

      Səhər yuxudan oyananda otaq günəşin qızılı şüaları ilə işıqlanmışdı. Mak-Qreqor yuyundu, səhər yeməyini yedi və Ketrin Klayva zəng vurdu.

      – Sabahınız xeyir, – Ketrin cavab verdi. – Hə, necə oldu, dünən axşam sizi tapa bildilərmi?

      İşin nə yerdə olduğunu Ketrinə danışdı. Onlar bir saatdan sonra buz meydançasında görüşməyə razılaşdılar.

      Esseks hələ otağa gəlməmişdi. Mak-Qreqor yeni alınmış teleqramlara baxdı. Bir teleqramda deyilirdi ki, dövlət katibinin köməkçilərindən biri Harvard Universitetində mühazirə oxuyub, İran Azərbaycanı hadisələrini araqarışdıranların işi kimi qiymətləndirib.

      Esseks gəldi. İngilis qəzetlərində onun Moskva səfəri barədə yazılanları oxudu. Dedi:

      – Hamısı cəfəngiyatdır. Nələr uydurmurlar…

      Esseks kabinetə gedəndə pilləkəndə Ketrin Klayvla rastlaşdı. Esseks onun atasını tanıyırdı. Onu Dreykin yanında səhər yeməyinə dəvət etdi.

      – Lakin məni buz meydançasında gözləyəcəklər.

      – Konkilər heç yana qaçmaz.

      Esseks və Mak-Qreqor Molotovla dünənki görüşün hesabatını hazırlamağı səhər yeməyindən sonraya saxladılar. Esseks ruslara veriləcək nota üzərində də çalışacağını bildirdi. O, notanı Londondan siqnal alan kimi verəcəkdi.

      Yeddinci fəsil

      O gün Esseksə Londondan siqnal gəlmədi. O biri gün səhər artıq səbrini itirmişdi. Səhər yeməyi zamanı çay içir, həm də "Tayms" qəzetini oxuyurdu. Bu vaxt Ketrin Klayv bir teleqram gətirdi. Lakin teleqram ruslara nota verilməsinə icazə deyil, nə isə başqa bir şeydi.

      Bu, Mak-Qreqor haqqında göndərilmiş uzun bir teleqramdı. Amerika qəzetlərində Moskvada Mak-Qreqora istinadən şərhlərdən söz gedirdi. Bu şərhlər ruslarla münasibəti korlaya bilərdi. Belə hesab edilirdi ki, Mak-Qreqorun müxbirlərlə söhbətinə izin vermək olmazdı.

      Ketrin Mak-Qreqorun otağına gəldi. Masanın üstündə sancaq keçirilmiş kağızlara baxanda bildi ki, Mak-Qreqor səhər teleqramlarını oxumuşdur. Teleqramlarda Azərbaycandakı üsyanın nəticələrindən söz gedirdi.

      – Bir qədər əvvəl Esseksə də teleqram gəlib. Məncə, siz onda nə yazıldığını bilməlisiniz. Bunda qismən mənim də günahım var, – Ketrin dedi.

      Mak-Qreqor susurdu.

      – Görünür, müxbirlər Hember və Stayl sizin sözlərinizi rəsmi bəyanat kimi qələmə veriblər…

      – Bu qəzetçilər axı nə əsasla mənə istinad edirlər?

      – Siz Esseksi müşayiət edirsiniz, deyilmi?

      – Lakin söhbət şəxsi xarakterdə idi. Bunu bilirdilər.

      – Əlbəttə, bilirdilər. Amma onlar üçün müqəddəs və əziz heç nə yoxdur. Gərək sizi xəbərdar edəydim, günah məndədir. Esseksin nə tədbir görəcəyini bilmirəm…

      – Qəzetçilərin bu hərəkəti məni heyrətləndirib.

      – Onları hələ yaxşı tanımırsınız. Onların peşəsi belədir, – Ketrin bir filosof ahəngi ilə dedi.

      Ketrin Mak-Qreqorun nə vaxt ona baxacağını gözləyirdi. Onun nəzərləri isə harasa düz irəli zillənmişdi.

      – Doğrudanmı, Londona dönməyə hazırlaşırsınız?

      – Mümkün olsa. Bu mənim işim deyildir. Mən nə etdiyimi dərk etməliyəm. Diplomatlar İran məsələsinə yanlış qənaət əsasında yanaşırlar.

      – Arabir axınla üzməyə də çalışın. Bu, gözəl duyğudur. Xoşunuza gələcək. Daha bir neçə həftə gözləməyin sizdən ötrü nə fərqi var? Burada qalıb hadisələri izləyin…

      Ketrin xizək sürməyə getdi, Mak-Qreqor isə Esseksin yanına qalxdı.

      Esseks əlini sinəsində çarpazlayaraq kresloya əyləşdi.

      – Mak-Qreqor, siz dinc adamsınız, lakin özünüzü cəncələ salırsınız. Amerikalılara demisiniz ki, mənim ümdə vəzifəm rusları Azərbaycandan çıxmağa məcbur etməkdir. Doğrudanmı, bunu onlara danışıbsınız?

      Esseks qəzetin o yerini oxudu.

      – Gör nə həyasız uydurmadır, – Mak-Qreqor dedi.

      – Uydurmaq onların peşəsidir. Amma missiyamız təhlükə altına düşür…

      – Mən onlara təhlükə yaradan heç bir söz demədim. Bütün bunları təkzib etmək asandır.

      – Təkzib işi yalnız korlaya bilər. Mak-Qreqor, mətbuatdan oddan qorxan kimi qorxmaq lazımdır. – Sonra Esseks əlavə etdi: – Tutqun görkəminiz var, əzizim. Bu məsələ artıq bitdi.

      – Bunu ürəyimə salmıram. Lakin etiraf edin ki, mən bu işə yaramıram.

      – Nədir, qaçmaqmı istəyirsiniz, Mak-Qreqor? Artıq gecdir. İrana dair mənimlə nə qədər istəsəniz mübahisə edin. Təki missiyamıza mane olmasın. Axı siz, əminəm ki, ruslara haqq qazandırmırsınız?

      – Heç də yox…

      – Onda təşvişə əsas yoxdur. Yaxşısı budur, qəzetçiləri toplayaq. Ketrin buranın bütün müxbirlərini tanıyır.

      – Bu Hember və Staylı da dəvət edək?

      – Əlbəttə.

      …Esseks qəsdən gecikərək aşağı enəndə hamı yığışmışdı. Dreyk, Melbi və Mak-Qreqor da orada idilər. Esseks içəri girəndə hamı dönüb ona baxdı. Müxbirlərlə tanışlıqdan sonra Esseks söhbəti, nəhayət, İran üzərinə gətirdi:

      – Biz

Скачать книгу