Üçatılan. Ильяс Эфендиев

Чтение книги онлайн.

Читать онлайн книгу Üçatılan - Ильяс Эфендиев страница 4

Üçatılan - Ильяс Эфендиев Azərbaycan ədəbiyyatı

Скачать книгу

dedi:

      – Lənət şeytana… Bu nə əhvalatdı? Bəlkə, heyvanlar qaçıb gəlib qapıya. Ancaq xeyr… Ağılın qapısı əməlli-başlı örtülüb, ağacı da dalına qoyulub ki, heyvanlar bayıra çıxmasın. Deməli, heyvanları gecə özləri gətirib salıblar ağıla, belə çıxır ki, nişanı geri qaytarıblar. Necə yəni?! Mənim nişanımı geri qaytarmaq?!

      Sonra arvadı Gülgəzi məsələdən hali eləyib dedi:

      – Əgər qızı vermək fikirləri yox idisə, niyə razı olurdular?

      Gülgəzin Eyvaz əminin ikinci arvadını görməyə gözü yox idi, odur ki acıqlı-acıqlı cavab verdi:

      – Mən nə bilim, o kaftarın (yəni Zərəfşanın) min cür fitnəsi-feli var.

      Ancaq bu söz Hacının ağlına batmadı. Fikirləşdi ki, Eyvaz yaxşı nəsildən olsa da, bir sözə inanan adamdı. Yəqin, hansısa düşmən başına ağıl qoyub ki, geri qaytar nişanı. Sonra Hacı onu da fikirləşdi ki, Sərvinazı vermirlər, cəhənnəmə versinlər. Nuru padşah balası kimi oğlandı. İstəsə, lap komissar qızı alar…

      Hacı sakit halda dəstəmazını aldı, dama girərək təzə ağ keçənin üstündə namazını qıldı…

      Bu zaman kəhər madyanı minib Köndələnçaya suvarmağa aparan Şamxal gördü ki, sən ölməyəsən, dünən nişana gələn dörd qoç durub Hacı Tanrıverdinin öz ağılında. Bu işə məəttəl qalıb atı suvardıqdan sonra dördnala çapdı öz yurdlarına…

      Eyvaz əmi atdan yerə sıçrayaraq tövşüyə-tövşüyə danışan oğluna qulaq asıb dedi:

      – Elə şey olmaz, səhv salmısan.

      Şamxal and içib dedi:

      – Əşi, istəyirsən özün get bax.

      Eyvaz əmi hey qırmızı müştüyü sümürür, baş aça bilmirdi ki, bu nə əhvalatdır? Niyə Hacı tezliklə nişanı geri qaytarsın? Özü də bu cür? Axı niyə? Nə səbəbə? Dünənlə bu səhərin arasında bizim nə günahımız olub? Camaat da deyəcək, görəsən, Eyvazın qızının nə qəbahəti var imiş ki, Hacı nişanı geri götürüb.

      O tərəfdə də Hacı özünü nə qədər tox tutmağa çalışsa da, olmurdu. Hirs kişini boğurdu. Bir istədi atı minib gedib Eyvazdan soruşsun ki, balam, bu nə əhvalatdı?

      Gülgəz dedi:

      – Mən razı olmaram ki, sənin kimi dağdan ağır kişi durub o kaftar Zərəfşanın qapısına getsin. Mənim oğlum Bakı kimi yerdə oxuyur. Şəkil kimi də oğlandı. Qadam o Zərəfşanın lap ürəyinə… Hacının əziz canı üçün heç əvvəldən mənim bu işə könlüm yox idi.

      Ancaq Hacı dağdan ağır adam olsa da, sakit ola bilmirdi. İstəyirdi ki, Kərbəlayı İbixanın nəsli kimi hörmətli nəsillə qohum olsun. İndi əyyam başqadır. Bir də gördün Nuru Bakıdan bir mərdimazarın qızından yapışıb Hacının sümüyünü it sümüyünə caladı…

      Həmin vaxt Zərəfşan damda oturub qabağındakı yağ-şora, qaynanmış südə hələ də əlini vurmayaraq hey qırmızı müştüyünü tüstülədən ərinin qabağında yerə çöküb dedi:

      – Təzə xəbər var…

      – Nə xəbər?

      – İndicə Narıngül məni çağırdı damın dalına. Deyir, bibi, gecənin yarısı bir də gördüm Ərşad çiynində tüfəng-patrondaş, qaranəfəs gəldi ki, eşitmişəm dayım Sərvinazı Hacı Tanrıverdinin oğluna nişanlayıb.

      Eyvaz əmi hövsələdən çıxıb soruşdu:

      – Nə olsun?

      – And içib ki, əgər qızı mənə verməyib Hacının oğluna versələr, dayımı da, o oğlanı da öldürüb qaçaq olacağam. Bunu da deyib ki, iki dünya bir olsa, Sərvinaz mənimdir.

      – Qələt eləyib, başını da daşın yekəsinə döyüb! – deyə Eyvaz əmi özündən çıxdı. – O qızı doğrayıb itə ataram, amma Tapdıq kimi axmağın oğluna vermərəm.

      Arvad gördü ki, kişi yaman hirsləndi, ona görə də daha bir söz deməyib, qalxıb damdan çıxdı.

      Doğrudur, Eyvaz əmi vaxtilə obanın igidlərindən hesab olunurdu. Yaxşı at minən, güllə atan, əldən iti bir oğlan idi. Lakin indi o hayı deyildi. Üstəlik, canını çox istəyirdi. Ona görə də fikirləşdi ki, «bu Ərşadın bütün ömrü dağda-daşda keçib, qanmır, qandırmır, beyninə yerləşdi, öldürdü. Ondan sonra nə olacaq?» Belə fikirləşdikdən sonra Eyvaz əminin od tutub alışan qəzəbinin üstünə elə bil bir sənək soyuq su tökdülər. Öz-özünə dedi: «Yox, burada acıqla iş görmək olmaz. Kərbəlayı İbixan babam havayı deməyib ki, həmişə yüz ölç, bir biç. Yaxşısı budur qanmazın başına ağıl qoy, dilə tut onu… Ancaq Hacıgilin bu nişanı geri aparmaqları axı necə işdir? İndi ki belə idi, bəs gətirdikləri digər şeyləri – qəndi, çayı, qız üçün paltarlıq parçaları niyə geri istəmirlər? Yoxsa, daha onları istəməyə üzləri gəlmir?»

      Eyvaz əmi təzə papiros büküb yandıraraq bir-iki nəfəs alandan sonra tamam yumşalıb öz-özünə dedi: «Ərşad binəva Tavadın yadigarıdır, özümüzünküdür. Bərk gündə nə mən onun dalından qaçanam, nə də o mənim. İndi tüfəng götürüb qələt eləməyinə baxma…»

      Eyvaz əmi bundan sonra qalxıb uzun saçaqlı yapıncısını çiyninə saldı, ağır addımlarla bayıra çıxaraq obanın ortasına tərəf yeridi. Obanın ortasındakı təpəni qalxıb o biri üzə enəndə bir də gördü ki, Hacı Tanrıverdi çiynində Xorasan kürkü dayanıb lap meydanın ortasında çubuğunu tüstülədir. Eyvaz əmi bir istədi geri qayıtsın, amma fikirləşdi ki, niyə qayıdım? Mənim ki bir günahım yoxdu, getmək lazımdırsa, qoy Hacı getsin.

      Bu dəm Hacı da Eyvaz əminin yavaş-yavaş yaxınlaşdığını görüb özünü elə tutdu ki, elə bil onu görmür. Eyvaz əmi on addımlıqda ayaq saxlayıb soyuq ifadə ilə dedi:

      – Salam, Hacı.

      Hacı başını asta tərpətməklə salamı aldı. Eyvaz əmi cəsarətli adam idi. Boğazını arıtlayıb sözə başladı:

      – Ay Hacı, bir halda ki gecə qoyunları aparmısan, onda zəhmət çək, adam göndər, nişana gələn o biri şeyləri də aparsın. Ya izin ver, biz özümüz göndərək.

      Hacı bu sözləri eşitdikdə Eyvaz əminin üzünə baxmadan sakit səslə dedi:

      – Qoyunları biz aparmamışıq.

      Eyvaz əmi tez cinlənən adam idi, o saat özündən çıxdı:

      – Necə yəni biz aparmamışıq? Qoyunun əli-qolu yoxdu ki, kilidi sındırıb, qapını açıb, birbaşa gəlib girsin sənin ağılına?!

Скачать книгу