Üçatılan. Ильяс Эфендиев

Чтение книги онлайн.

Читать онлайн книгу Üçatılan - Ильяс Эфендиев страница 7

Üçatılan - Ильяс Эфендиев Azərbaycan ədəbiyyatı

Скачать книгу

elə deyirsən, dayı, bizim əmimiz Kərbəlayı Əsəd sənin düşmənin olan Kürd Məhərin başına üç güllə çaxmamışdımı?!

      Eyvaz əmi gözlərini yerə dikib ürəyində Narıngülün sözünü təsdiq etdi. Hələ bayaqkı sözlərinə görə öz-özünə xəcalət də çəkdi. Bir də ki, axı əvvəl dediyimiz kimi, Ərşadın atası o taylı idi. Eyvaz əmi haradan bilirdi ki, onun nəslində düz- əməlli bir adam olmayıb? Pis nəsildən Kərbəlayı Əsəd kimi mərd, qorxmaz, qohumcanlı adam çıxmazdı.

      Eyvaz əmi mülayim bir tövrlə dedi:

      – Hər halda, sən qardaşına sifariş göndər, farağat otursun. O tüfəngi-zadı gizlətsin, ağlı əmisi Kərbəlayı Əsədə getməsin. Kərbəlayı Əsəd qaçaqlıq eləyəndə Nikolay hökuməti idi. İndi şura9 vaxtıdı. Söylə, dayım deyir ki, ona heyfim gəlir. Dost-düşmən var, yoxsa tutdurub basdıraram qoduqluğa, ondan sonra ha atılıb düşsün!

      Nuru özünü basılmaz sayan Ərşadı necə məğlub elədi

      Üç gün sonra çobanlardan Nəcəf adlı oğlan azuqə gətirmək üçün Kürdobaya getmişdi. Qayıdanda Ərşada xəbər gətirdi ki, Hacının Bakıda oxuyan oğlu gəlib.

      Ərşad bunu eşitdikdə səhər tezdən düzəldi yola. Kürdobaya çatıb girdi Hacı Tanrıverdinin damının alt tərəfindəki qamışlığa. Buradan Hacının qapı-bacası görünürdü. Ərşad başladı gözləməyə. Hacı çıxıb dəstəmz alaraq girdi dama. Hacının ortancıl oğlu Fərhad iki inəyi tövlədən çıxarıb ötürdü damın qabağına. Sonra Gülgəzlə evdə qulluq eləyən arvad, hərəsinin əlində bir sərnic10, damdan çıxdılar. Oğlan buzovları bir-bir gətirib bağladı inəklərin ayağına. Arvadlardan da hərəsi bir inəyin altında oturub başladı sağmağa.

      Bir azdan Ərşad gördü ki, budur, Nuru içəridən çıxdı. Ərşad ona baxıb təəccüb elədi. Bu qışın günündə əynində qolsuz bir köynək vardı. Başı da açıq idi, telləri o tərəf-bu tərəfə ayrılıb tökülmüşdü yanlarına. O, damın qamışlıq tərəfində başladı əvvəl sağa-sola qaçmağa. Sonra ayaqlarını bir müddət yerə döydü, ardınca başladı qollarını tez-tez aşağı-yuxarı qaldırıb-endirməyə.

      «Ə, bu niyə belə eləyir?» deyə Ərşad təəccüblə düşündü. O, ilk dəfə idi ki, kişi tayfasının qış günü əynində qolsuz köynək, utanmaz-utanmaz, arvad-uşaq baxa-baxa belə qaravəlli oynadığına şahid olurdu.

      Nuru nazik, uzun oğlan idi. Qara damların, qapılardakı mal-qaranın, yovşanlıqda otlayan dəvələrin fonunda o, çox incə-mincə görünürdü.

      Qız-gəlin baxa-baxa Nurunun atılıb-düşməyi, arvad qolu kimi nazik çılpaq qollarını oynatmağı Ərşadı hirsləndirib özündən çıxarırdı. Onun boğazını quş boğazıtək üzmək üçün dişi bağırsağını kəsirdi. İşə bax, dayısı Sərvinaz kimi bir qızı götürüb gör kimə vermək istəyir!

      Qonşularda inək sağan, buzov açan, itə yal verən qız-gəlinin utandıqlarından Nuruya tərəf baxmadıqlarını Ərşad görüb hiss edirdi. Belə də biabırçılıq olar? Görəsən, Hacı niyə çıxıb oğlunun üzünə tüpürmür?

      Sonra Nuru dama girib əyninə bir meşin gödəkçə geyindi, başına da kepka qoyub yenidən çıxdı bayıra və başladı yavaş-yavaş kənd yuxarı getməyə. Kəndin yuxarısında isə Eyvaz dayının yurdu idi. Ərşad da bunu görüb qamışlıqla yuxarıya getməyə başladı. Bir də gördü ki, Nuru dayanıb Eyvaz dayının damına baxaraq girdi evin arxasındakı çəkillərin11 arasına. Ərşad öz-özünə dedi: «Sən ölməyəsən, burada iş var!»

      Ərşad oğru kimi cəld və ehtiyatla qamışlıqdan çıxıb bir çalada gizləndi və başladı güdməyə. Bir də nə görsə yaxşıdır?! Dayısı qızı Sərvinaz da budur, gəldi çəkilliyə. Gülə-gülə yaxınlaşdı Hacının oğluna. Bir-birilərinin əlindən tutdular. Sonra başladılar bir-birilərinə nəsə deyib irişməyə. Ərşad dözə bilməyib yerindən qalxdı, onlara tərəf yüyürdü. Sərvinaz bunu görüb daxmaya doğru götürüldü. Nuru isə yerindən tərpənməyib Ərşada baxırdı. Özü də nə təəccüb edirdi, nə də qorxurdu. Ərşad ona çatıb başı dəmir toppuzlu məşhur çomağını endirdi oğlanın təpəsinə. Yəqin məsələdir ki, çomaq oğlanın başına dəysəydi, ağzını bircə dəfə açıb-yumardı. Ancaq Nuru daha cəld tərpənərək çomağı havada tutdu və bir göz açıb-yumunca qanırıb Ərşadın əlindən aldı, sonra da hərləyib var gücü ilə çəkillərin üstündən tulladı. Ardınca da gülümsəyib Ərşada dedi:

      – Ə, qohum, yeri ağacını götür, əkil buradan, adam pusmaq kişi işi deyil.

      Ərşad:

      – Ə, gədə, sən də kişilikdən danışırsan? – deyə cumdu oğlanın üstünə.

      Nuru Ərşadla əlbəyaxa olub əlləşə-əlləşə dedi:

      – Ə, qohum, yekə oğlansan, burax, çıx get işinə.

      Amma Ərşad oğlandan əl çəkmirdi. Belə vuruşlarda bizim çobanların canı çomaqlarında olur. Çomaqları ki əllərindən düşdü, yumruqla, şapalaqla bir şey eləyə bilmirlər. İndi də elə oldu. Ərşadın yumruqları hədəfə dəymirdi. Nuru isə ancaq özünü müdafiə edib deyirdi:

      – Ə, qohum (bütün kürdobalıların bir-birinə uzaq qohumluqları çatırdı), adamsan, burax.

      Ancaq Ərşad oğlanın nəfəsini kəsməyincə əl çəkmək fikrində deyildi. Zərbələri nəticəsiz olduğundan qəzəbi getdikcə artırdı. Axırda söyüşə keçəndə sözü yarımçıq qaldı. Sən demə, bu Nuru arıqlığına baxmayaraq yaman fəndgir imiş. Ərşadın başından yumruğu necə ilişdirdisə, ətli-qanlı, bazburutlu Ərşad tappıltı ilə yerə dəyib hərəkətsiz qaldı. Nuru bir az nəfəsini dərib başladı Ərşadın qollarını açıb-yummağa. Haçandan-haçana Ərşad gözünü açdı və əvvəl təəccüblə baxdı. Sonra birdən sıçrayıb qalxdı ayağa.

      Nuru gülə-gülə əlini ona tərəf uzadıb dedi:

      – Gəl barışaq. Axı mən sənin dayın qızına bir pislik-zad eləmədim ki!

      (Görünür, Ərşadın da Sərvinaza aşiq olduğundan Nurunun xəbəri yox idi. Elə başa düşürdü ki, Ərşadı bu cür hərəkətə məcbur eləyən əqrəbalıq təəssübüdür).

      Ərşad ona nifrətlə, qəzəblə baxdı. Sonra dönüb sürətlə uzaqlaşaraq çəkillərin arasından çomağını tapdı, öz damlarına belə dönmədən birbaşa Haramıya yol aldı və düz öz komalarına qədər nəfəsini dərmədən getdi. Əli qoyunları örüşə apardığı üçün komada deyildi. Ərşad bərk acdığına baxmayaraq hirsindən, xəcalətindən heç nə yeməyib üzüqoylu köhnə keçə parçasının üstünə yıxılıb

Скачать книгу


<p>9</p>

Sovet hakimiyyəti nəzərdə tutulur (red.).

<p>10</p>

Sərnic – misdən, saxsıdan və s.-dən düzəldilmiş ağzı geniş olan, bir və ya iki dəstəli qab (red.)

<p>11</p>

Çəkil – bar verməyən, əsasən yarpağı baramaqurduna yedirilmək üçün əkilən tut ağacı (red.)