Kventin Dorvard. Вальтер Скотт

Чтение книги онлайн.

Читать онлайн книгу Kventin Dorvard - Вальтер Скотт страница 2

Kventin Dorvard - Вальтер Скотт Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

ki lap əla oldu! – tacir qəhqəhə çəkib güldü.

      Onun ədası şotlandiyalının xoşuna gəlmədi:

      – Xoşunuza gəlirsə, gülün. Suyun içindəyəm, gedim qurulanmağa bir yer tapım.

      Tacir səsini ucaltdı:

      – Lənət şeytana, qəzəblənmə, dostum. Sənin vətənini tanıyıram və sevirəm. Siz yoxsul, amma namuslu xalqsınız. Gedək bizim kəndə, səni qonaq eləyim. Bu nədir, ovçu əlcəyi? Bəs bilmirsən ki, kral malikanəsində ova çıxmaq qadağandır?

      – Bilmirdim, Burqundiya hersoqunun meşəbəyisi başa saldı. Tərlanımı vağın üstünə yenicə buraxmışdım ki, oxla yerindəcə vurdu. Mən də onu ölüncə döydüm. Tez sərhəddən adlayıb əkildim.

      Həmsöhbətlər bir-birinə baxıb istehza ilə gülümsədilər. Oğlan acıqla şapkasını qaşının üstünə basıb dedi:

      – Bura baxın, cənablar, xüsusən də sən, yaşlı cənab, ehtiyatlı olun! Sizə sübut edərəm ki, mənə sataşmaq yaxşı nəticə verməz. Ədanız xoşuma gəlmir! Zarafata dözərəm, məzəmmətə də. Ancaq mənimlə bir uşaq kimi rəftar edilməsinə yox. Məni özümdən çıxarsanız, ikinizin də dərsini verərəm.

      Yaşlı adam gülməkdən az qaldı boğulsun. Yoldaşı isə əlini qılınca atdı. Şotlandiyalı cəld güclü zərbə ilə onun əlinə vurub silahını yerə saldı. Yaşlı adam daha da şənləndi.

      – Ey, qoçaq, əl saxla! Sən də, dostum! – sonra gəncə müraciət etdi, – mənimlə zarafatın axırı yaxşı olmaz. Adın nədir?

      – Fransada və Flandriyada böyrümdən asıb gəzdirdiyim bu kisəciyə görə mənə “məxmər kisəli paj” ləqəbi veriblər. Ancaq əsl adım Kventin Dorvarddır.

      – Dorvard? Bu, zadəgan adıdır, – yaşlı adam dedi.

      – Məni hərbçi olmağa vadar edən də elə budur.

      – Əsl şotlandiyalı! Əcdadı bol, qüruru bol, cibində pulu az! Bura bax, dostum, – tacir qaraqabaq yoldaşına dedi, – bizdən qabaq get, tut ağaclığında bizə qəlyanaltı hazırlatdır.

      Qaraqabaq adam ona məşum təbəssümlə cavab verib getdi. Bir qədər sonra yaşlı tacirlə Dorvard da qaraqabaq adamın dalınca sıx bir meşəyə girdilər.

      III fəsil

      Qəsr

      Onlar söhbət edə-edə gəlib qəsrə yaxınlaşdılar. Qəsr kral sarayından çox, dustaqxanaya oxşayırdı. Bu keçilməz istehkama bircə yol vardı. Qəsrin olduğu həyətə girmək üçün göz bəbəyi kimi qorunan üç darvazadan keçmək lazım idi.

      Qəsr Dorvardı elə cəlb etmişdi ki, islanmış paltarı yadından çıxmışdı.

      – Heç ömründə belə qala görmüsənmi? – yaşlı adam soruşdu.

      – Qalaya yaxın düşmək çətin işdir, ancaq igid adamlar üçün çətin heç nə yoxdur.

      – Özü də sənin vətənində belə igidlər çoxdur, eləmi?

      – Mənim vətənimdə haqq yolunda şücaət göstərməyə hazır olan minlərlə adam tapılar. Atam da öz cəsarəti ilə ad qazanmışdı, mən də onun oğluyam.

      – Lüdovikin bu bürcləri qoruyan kral qvardiyası başdan-başa sənin həmvətənlərindən ibarətdir. Orada Şotlandiyadan üç yüz nəfər zadəgan var.

      – Mən kral Lüdovikin yerinə olsaydım, bütün mühafizəni şotlandlara tapşırardım.

      Yaşlı adam qəsrə çox yaxınlaşdıqlarını deyib gəldikləri cığırla yox, daha geniş yolla meşəyə sarı yönəldi.

      – Bu yol Plessi kəndinə gedir, orada rahat və ucuz məskən tapa bilərsən. Yaxınlıqda Tur şəhəri var. Ancaq məncə, sənin üçün “Parkyanı Plessi”də qalmaq yaxşı olar.

      – Məsləhətinizə görə sağ olun, ancaq mənim burada qalmaq fikrim yoxdur. Bir parça mal əti ilə içməyə bir stəkan nəsə tapsam, bəsimdir.

      – Mənə elə gəldi ki, sənin burada dostların, tanışların var.

      – Burada bir dayım var, o öz doğma qraflığında qoçaqlıqda və gözəllikdə ad qazanmışdı.

      – Onun adı nədir?

      – Lesli… çox şərəfli və nəcib addır.

      – Şübhə etmirəm, ancaq kral qvardiyasında bu soyadda üç adam var.

      – Dayımın adı Lüdovik Leslidir.

      – Üç Leslidən ikisinın adı Lüdovikdir.

      – Onun ləqəbi “Çapıq Lüdovik”dir.

      – Deyəsən, onu tanıyıram. Sən Nişanəli Lüdovikdən danışırsan. Üzündəki çapığa görə burada ona belə ad qoyublar. O, sədaqətli kişi, yaxşı əsgərdir. Çox istərdim sizi görüşdürüm. Ancaq bu, çətindr, çünki kral qvardiyaçıları kralı müşayiət etmək lazım olmayanda qəsrdən çölə çıxmırlar. Məncə, sən dayının yardımı ilə kral qvardiyasına girmək istəyirsən. Əgər belədirsə, çox cəsarətli plandır. Bunun üçün böyük təcrübə sahibi olmaq lazımdır.

      – Əvvəllər belə fikrim ola bilərdi, ancaq indi yox. Çünki mən öz azadlığımı “qaranquş yuvası” olan daş zindanlara və dəmir qəfəslərə dəyişmərəm. Belə qozalar gətirən palıd ağaclarının bitdiyi qəsrdə yaşamaq mənlik deyil.

      Bunu deyib Kventin qəsrdən bir az aralıda adam asılmış palıd ağacını göstərdi.

      – Hər belə adam asıldıqda Fransada bir quldur azalır. Bunlar dələduzları qorxutmaq üçündür.

      – Kralın yerinə olsaydım, onları qəsrimin yaxınlığında asdırmazdım, meyit qoxusu buracan gəlir.

      – Sən hələ bir az da yaşa, biləcəksən ki, dünyada ölmüş düşmənin, xain və dönük adamın meyitinin qoxusundan daha xoş qoxu yoxdur.

      – Hər şeydən əvvəl mehmanxanaya gedək. Yeri gəlmişkən, icazə verin, adınızı öyrənim…

      – Adım Pyer dayıdır. Sadə bir adamam, az gəlirlə kifayətlənirəm…

      Cığır onları geniş bir yola gətirib çıxardı. Pyer dayı yoldan kənara dönüb kənddən bir qədər aralıda bütün abırlı adamların düşdükləri mehmanxanaya tərəf yönəldi. Onlar dar bir xiyabandan keçib mehmanxananın qapısına çatdılar. Bu dəm-dəsgahlı mehmanxana

Скачать книгу