Kventin Dorvard. Вальтер Скотт
Чтение книги онлайн.
Читать онлайн книгу Kventin Dorvard - Вальтер Скотт страница 3
Qəlyanaltı
Kventin yedikcə Pyer dayı onun iştahasına heyran qalırdı. Odur ki mürəbbə, peçenye və başqa ləzzətli şeylər gətirməyi əmr etdi.
Sonra isə Dorvarda sarı çevrilib soruşdu:
– Yaxşı, cavan oğlan, niyə kral qvardiyasında xidmət etmək istəmirsən? Dayın səni ilk boşalan yerə düzəldə bilər, mən də kömək edərəm.
– Mən xasiyyətdə adamlar şərəf, şöhrət, hərbi şücaət arzusu ilə yaşayırlar. Sizin kral Lüdovik isə öz qəsrinə sığınıb. Yalnız bir qaladan o birinə gedəndə at minir. Şəhərləri və mahalları danışıqlar, ittifaqlar yolu ilə alır.
– Lüdovik qorxaq deyil, o, rəiyyətinin qanını nahaq yerə tökmək istəmir.
– Mən şöhrəti də qalxanı kimi parlaq, özü də döyüş meydanında öndə olan hökmdara qulluq edərdim.
– Amma dünyada dəlisov adamlar çoxdur, məsələn, sənin Giyom de la Mark barədə fikrin nədir?
– Plaşını ələ keçirmək üçün rastına çıxan adamı öldürməyə hazır olan, silahsız zəvvarları, rahibləri çəkinmədən öldürən o qulduru deyirsiniz? Ona qulluq etmək atamın şərəfli adını ləkələmək olardı!
Bu zaman qapı açıldı. On altı yaşlarında bir qız əlində məcməyi içəri girdi. Dorvard qeyri-ixtiyari qıza baxdı. Qızın çiçəklərlə bəzənmiş sıx qara saçı, gözəl üzü, tünd- qara gözləri oğlanı heyran etdi.
– Jakelina, axı mən demişdim qəlyanaltımı Peretta gətirsin! – Pyer dayı qıza dedi.
– Bibim xəstələnib, – deyə Jakelina hörmətlə cavab verdi.
Tacirin səsi bir az da sərtləşdi:
– Qondarma xəstəliklərlə məni aldatmaq olmaz.
Qızın rəngi ağardı, canına titrətmə düşdü. Kventin cəld qıza yaxınlaşıb məcməyini əlindən aldı. Qız yalvarıcı baxışlarla qəzəblənmiş qocaya baxdı. Pyer dayının ürəyi yumşaldı:
– Sənə acığım tutmur, Jakelina. Sən yalançı olmaq üçün çox gəncsən. Yəqin, cənab şotlandiyalı da bunu təsdiq edər.
Qız itaətlə dönüb gəncə baxdı. Yox, deyəsən, bu qız heç də adi xidmətçi deyildi. Elə bu qocada da nəsə ayrı bir xüsusiyyət vardı.
– Bibim məni sizə qulluq etmək üçün göndərib…
– Lənət şeytana! Ay uşaq, mənimlə söz güləşdirmə, yeri get!
Jakelina getdi. Qoca tacir nəyə görəsə qaşqabağını töküb oturmuşdu. Nəhayət, fikirdən ayılıb dilləndi:
– Dedin ki, zadəgansan?
– Şübhəsiz! Ancaq uşaqlıqdan mənə öyrədiblər ki, kiçiklər böyüklərə qulluq etməlidir.
Qoca soyuqqanlılıqla qədəhi Kventindən alıb suyu başına çəkdi.
– Dayınla görüşənə qədər burada qal. Günortadan sonra növbəsini dəyişəcək. Mənim də qəsrdə işim var, xəbər verərəm ki, onu gözləyirsən.
Bunu deyib qoca otaqdan çıxdı.
Çox keçmədən mehmanxana sahibi gəldi. Kventin onunla bir qədər şərab içmək istədi. Amma mehmanxana sahibi masadakı qədəhə toxunmaqdan imtina etdi. Çünki qədəh Pyer dayının idi. Üstəlik, onu Parisdə tayı-bərabəri olmayan məşhur usta Martin Dominik düzəltmişdi.
Dorvard səbirsizliklə soruşdu:
– Axı kimdir bu Pyer dayı? Mənə dedi ki, tacirdir. Ancaq deyəsən, burada bir sirr var.
– Elə deyibsə, deməli, tacirdir.
– Nə ticarəti ilə məşğuldur?
– Hər cür ticarətlə. Onun burada ipək emalatxanaları var. Bəlkə də, gələndə yolda tut meşələrini görübsünüz, onun əmri ilə barama qurdları üçün əkiblər o ağacları.
– Bəs Jakelina kimdir?
– Mehmanxanamda kim olduğunu bilmədiyim bir qadınla qalır… Pyer dayı hər kəsi özünə xidmət göstərməyə məcbur edə bilir.
– Bir neçə günlüyə, ya da daha uzun müddətə otaq verə bilərsinizmi?
– Əlbəttə!
Dorvard nə olur-olsun, Jakelinanı yenidən görmək istəyirdi. Hələlik isə mehmanxana sahibindən xahiş etdi ki, ona qalacağı otağı göstərsin.
Mehmanxana sahibi dəhlizin lap sonundakı otağın qapısını açdı. Kiçik, amma təmiz otaqda bir çarpayı və səliqə ilə düzülmüş avadanlıq vardı.
– Ümid edirəm ki, otağınızı bəyəndiniz. Pyer dayının qonaqlarına qulluq etməyi özümə borc bilirəm.
Dorvard təsadüf nəticəsində qovuşduğu xoşbəxtlikdən çaşıb-qalmışdı. O, otağın yeganə pəncərəsindən ətrafa boylandı. Yaşıl şərflə örtülü ud asılmış pəncərəyə baxdı. Çox arzu edirdi ki, gözəl qonşu qız – Jakelina barədə nəsə öyrənsin. Bu vaxt ağappaq bir əl uzanıb pəncərədən asılmış udu götürdü. Kventin əl sahibinin həmin qız olub-olmadığını bilmək istədi. Naməlum qız cəngavərlik dövrünün qədim nəğmələrindən birini oxumağa başladı. İncə meh ilə qarışan bu zərif səs Kventinə sehrli təsir bağışladı. Nəğmə kəsildi. Pəncərə şappıltı ilə örtüldü, pərdə salındı. Dorvard məyus oldu.
Elə bu vaxt xidmətçi gəldi. Bildirdi ki, bir cəngavər onunla görüşmək istəyir.
V fəsil
Döyüşçü
Lüdovik Leslini Fransada “Çapıq Lüdovik” kimi tanıyırdılar. O, boylu-buxunlu, sağlam, sərt simalı bir adamdı. Alnından düz qulağının dibinə qədər uzanan yekə bir çapıq üzünə daha da sərt ifadə verirdi. Bahalı libas geyinib gözəl silahlanmışdı. Başında milli Şotlandiya şapkası vardı. Onun zirehli geyiminin boyunluğu, qolçaqları, döşlüyü əla poladdan idi.
Dorvard uşaqlıqdan müharibələr görmüşdüsə də, bu vaxtacan dayısı kimi mərdanə və belə gözəl silahlanmış döyüşçüyə rast gəlməmişdi. Dayısı onu qucaqlayıb öpdü. Şotlandiyadan yeni nə xəbərlər gətirdiyini sorğu-sual etdi. Kventin anasının öldüyünü deyəndə Çapığın üzünə kədər çökdü. Bir qədər susduqdan sonra soruşdu:
– Onda,