Kventin Dorvard. Вальтер Скотт
Чтение книги онлайн.
Читать онлайн книгу Kventin Dorvard - Вальтер Скотт страница 4
– Kralın qaçaq rahiblərdən zəhləsi gedir. Ciblərin nə haldadır?
– Varım-yoxum bircə ovuc gümüş pulum var.
– Mən də pul yığmağı sevmirəm. Ancaq həmişə ehtiyat üçün qızıldan bir şeyim olur. Sonra da xırda-xırda satıb işlədirəm. Sən də bunları mənim kimi mərhəmətli fransız kralının qulluğunda əldə edə bilərsən. Bir şərtlə ki, təhlükədən qorxmayıb həyatını riskə atmağa cəsarətin çatsın.
Dorvard dedi:
– Eşitmişəm, Burqundiya hersoqunun sarayı fransız sarayından xeyli dəbdəbəli və zəngindir. Burqundiyalılar vuruşmaqda da qoçaqdırlar. Ancaq sizin kralınız bütün qələbələri elçilərinin dili ilə qazanır.
– Yelbeyin uşaq kimi danışma. Siyasət lazımdır, siyasət! Bu, başqasının silahını onun özünə qarşı çevirmək sənətidir. Bizim kral bütün hökmdarlardan ağıllıdır.
– Ancaq mən yad bir ölkədə xidmətə girsəm, istərdim ki, yeri gələndə fərqlənim, ad çıxarım.
– Sən elə bilirsən ki, Burqundiya hersoqunun yanında ad çıxara biləcəksən? Uzağı “Bu qoçaq şotlandiyalıya bir florin verin, sağlığımıza vursun!” deyəcək, vəssa- lam. Yadelli oldunsa, heç nə gözləmə. Hər şey ancaq onların öz adamlarına qismət olur. Yaşasın Fransa kralı! Elə bir gün keçmir ki, bizə tapşırıq verilməsin, tapşırığı yerinə yetirəndə isə şöhrət və ya pul qazanmayasan.
– Şərəfli olmayan şücaətlər məhvedici ola bilər.
– Sən məni kim hesab edirsən, bacıoğlu? – Çapıq ciddi əda ilə soruşdu. – Unutma ki, sənin dayın namuslu Leslidir! O heç sənə şərəfsiz iş təklif edərmi?
– Sizə inanıram, dayı. Axı mənim yeganə qohumumsunuz.
– Lap yaxşı! İndi mən qəsrə getməliyəm, xudahafiz! Sabah saat səkkizdə qaldırma körpünün yanında növbətçidən xahiş edərsən məni çağırar. Ancaq gözlə ha, yolun ortası ilə gəl. Yoxsa tələyə düşüb şikəst olarsan.
Çapıq bu sözləri deyib tələsik getdi. Kventin isə Şer çayının sahilində gəzmək üçün yola düşdü. O bu qat-qarışıq fikirlərdən baş çıxarmağa, bir qərara gəlməyə çalışırdı.
VI fəsil
Qaraçılar
Bütün Dorvardlara uşaqlıqdan bu fikri aşılamışdılar ki, nəsillərini qırmış düşmən feodallardan amansızcasına intiqam almalıdırlar. Lakin Dorvardların qəlbindəki bu kin və ədavət hissi cəngavərlik, ədalətli olmaq duyğuları ilə yumşalmışdı. Odur ki onlar hətta intiqam məsələsinə də insanpərvərliklə yanaşırdılar.
Dayısı ilə görüş Kventini çaşbaş salmış və məyus etmişdi. Dəfələrlə dayısının qoçaqlıqları barədə rəvayətlər eşitmişdi. Xəyalında dayısının parlaq surətini yaratmışdı, onu adlı-sanlı cəngavər hesab edirdi. Amma Dorvard başa düşdü ki, Çapığın gəncliyindəki şöhrət və şücaət əməllərindən əsər-əlamət qalmayıb. O, indi adi, kobud bir döyüşçü idi. Qənimət qazanmaq üçün hər yola əl ata bilərdi. Yalnız özünü düşünmək, öz qayğısına qalmaq onu xudbin heyvana döndərmişdi. Dayısının öz bacısı ailəsinin tələf olmasına laqeydliyi, ehtiyac içində olduğu halda ona pul təkif etməməsi Kventini təəccübləndirmişdi. Bu diqqətsizliyin səbəbi nə olur-olsun, Kventin dayısına haqq qazandıra bilmirdi. İndiyədək düşünürdü ki, dar ayaqda ona güvənə bilər, ancaq indi o da yox idi. Yad bir tacir Kventinə dayısından daha çox qayğıkeşlik göstərmişdi.
Çapıq ona o qədər sual vermişdi ki, Dorvard dayısından heç tacir haqqında nəsə soruşmağa da macal tapmamışdı.
Dorvard öz-özünə dedi: “Pyer dayı zahirən sərt görünsə də, alicənab və səxavətlidir. Mən mütləq onu axtarıb tapacağam. Əgər o, həqiqətən tacirdirsə, mən onun xidmətinə girə bilmərəm”.
Dorvard Pyer dayının evini soraqlaşa-soraqlaşa Şer çayının sahilinə gəlib çatdı. Yanaşı bitən şabalıd ağacının altına bir dəstə kəndli yığışıb nəyəsə çox diqqətlə baxırdı. Kventin qaça-qaça təpəyə çıxanda dəhşətli mənzərə gördü. Ağacların birindən asılmış adam yırğalanır, yəqin ki, can verirdi.
– Niyə kəndirini kəsmirsiniz? – deyə o çığırıb dələ çevikliyi ilə ağaca dırmaşdı. Cibindən bıçağını çıxarıb ipi kəsdi, çığırdı ki, cəsədi tutsunlar. Cəsəd tappıltı ilə yerə düşdü. Kventin ağacdan enib gördü ki, adam ölüb, lakin yenə də paltarının düymələrini açdı, üzünə su səpdi.
Birdən çığırtılar eşidib döndü. Qəribə adamlarla əhatə olunduğunu gördü. Hərə bir tərəfdən qışqırırdı ki, öldürdüyün bəs deyil, hələ bir soymaq da istəyirsən. Ancaq Dorvard özünü itirmədi:
– Siz nə danışırsınız? Mən onun asıldığı ilgəyi öz əllərimlə kəsmişəm.
Bu zaman ölən adamı dövrəyə alıb ah-nalə edə-edə saçlarını yolmağa başladılar. Kəsilmiş ip Kventinin günahsız olduğunu sübut etmişdi.
Bu adamlar öz qəribə, əcaib geyimləri və hərəkətləri ilə Dorvardı heyrətləndirmişdilər. Onlar Kventinin bu vaxtadək gördüyü adamlara bənzəmirdilər. Sağ-salamatkən onlardan uzaqlaşmaq istəyirdi ki, adamların üstünə bir dəstə fransız əsgəri basqın etdi. Cəsədi çiyinlərinə almış adamlar meyiti yerə ataraq qaçıb dağılışdılar.
– Tutun, vurun, doğrayın bunları!
Ancaq əsgərlər yalnız iki nəfəri tuta bildilər. Kventini də tutub əl-qolunu bağladılar. Dorvard görəndə ki onu tutan dəstəyə Pyer dayının qaraqabaq dostu rəhbərlik edir, bilmədi ona kömək üçün müraciət etsin, ya yox. Düzü, ona heç bu haqda düşünməyə imkan da vermədilər.
Dəstənin rəisi öz əlaltılarına səsləndi:
– Odur bax, o ağaclar sizin qulluğunuzda hazırdır. Bu mürtədlərə göstərin ki, kral bir adamı cəzalandıranda ona mane olmaq nə deməkdir. Cəld işə başlayın!
Bircə dəqiqənin içində əsgərlərdən ikisi atdan düşdü. Onlar yəhərlərindən asılmış, hər birinin ucunda hazır ilgək olan kəndirləri