On beş yaşlı kapitan. Жюль Верн

Чтение книги онлайн.

Читать онлайн книгу On beş yaşlı kapitan - Жюль Верн страница 4

On beş yaşlı kapitan - Жюль Верн Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

fikrə getdiyini görən xanım Ueldon soruşdu:

      – Bu hərflər sizə nəsə deyir?

      – Bəli, xanım Ueldon. Bəlkə də, bu iki hərf sayəsində bir səyyahın taleyinə aydınlıq gətirmək mümkün olacaq.

      – Necə yəni?

      – İki il bundan əvvəl bir fransız səyyah Paris Coğrafiya Cəmiyyətinin təşəbbüsü ilə Afrikaya yollanmışdı. Həmin səyyahın adı Samuel Vernon idi.

      – Samuel Vernon?!

      – Bəli. Adı və soyadı Dinqonun xaltasındakı hərflərlə başlayır.

      – Bəs sonra nə oldu?

      – Yola düşdükdən sonra ondan heç bir xəbər gəlməyib. Mənə elə gəlir ki, Samuel Vernon Afrikanın şərq sahilinə çata bilməyib. Yəqin, ya yolda həlak olub, ya da yerlilərə əsir düşüb.

      – Onda, Dinqo…

      – Ola bilər ki, sahibindən fərqli olaraq Dinqonun bəxti gətirib. O, görünür, “Valdek”in kapitanı tərəfindən tapıldığı yerə qədər gedib çıxa bilib.

      Dik Send soruşdu:

      – Görəsən, Samuel Vernon bu ağır səfərə təkbaşına çıxmışdı?

      – Bilmirəm, – deyə kapitan Qul cavab verdi. – Ancaq hər halda, özü ilə yerli hamballar götürmüş olardı.

      Elə bu vaxt Neqoro göyərtədə göründü. Heç kim onun gəlişini görmədi. Odur ki aşpazın hələ də üzərində “S” və “V” hərfləri olan kubların keşiyini çəkən itə necə qəribə nəzərlərlə baxdığını hiss edən olmadı. Aşpazı görən Dinqo isə qəzəblə mırıldamağa başlamışdı.

      Neqoro dərhal kayutuna qayıtdı. Baş verənləri gözdən qaçırmayan kapitan Qul pıçıldadı:

      – Burada nəsə bir sirr var.

      Dik Send dedi:

      – Çox qəribədir, mister Qul, axı it hərfləri necə ayırd edə bilir?

      – Dinqo yalnız iki hərfi seçir. Deməli, onun məhz bu iki hərfi yadda saxlamasının bir səbəbi var.

      Dik Send ah çəkərək dedi:

      – Kaş Dinqo danışa biləydi! Onda həm bu hərflərin nə bildirdiyini, həm də aşpazı görəndə niyə dişlərini qıcadığını bizə izah edərdi!

      – Özü də dişlərini necə qıcayır! – deyə kapitan, qorxunc köpək dişlərini göstərərək əsnəyən Dinqoya baxıb gülməyə başladı.

      VI fəsil

      Üfüqdə balina

      Dinqo gəminin qəhrəmanına çevrilmişdi. Hamı onun qeyri-adi bacarığından danışırdı. İtə heyran olanlar arasında yalnız Neqoro yox idi. Dik Send hiss edirdi ki, kub əhvalatından sonra Neqoro ilə Dinqo arasındakı gərginlik daha da artıb. Bu işdə, həqiqətən də, nəsə bir qəribəlik vardı.

      Fevralın 10-da gəmini yerindən tərpətməyən üzücü sakit hava küləkli hava ilə əvəz olundu. Ancaq hələ kapitan Qulun arzu etdiyi şimal-qərb küləyi əsmirdi. Görünür, bir neçə gün də gözləmək lazım gələcəkdi.

      İndi “Səyyah”ın heyətinin işi, sadəcə, dənizi müşahidə etməkdən ibarət idi.

      Günorta göyərtədə gəzən xanım Ueldon dənizin səthinin qəfildən qızardığını gördü. Sanki suya qan tökülmüşdü. Ancaq bu qəribə qırmızı rəng get-gedə hər tərəfi bürüyürdü.

      Xanım Ueldon Ceklə oynayan Dik Sendə müraciət etdi:

      – Dik, bax gör dənizin rəngi nə qəribə oldu? Görəsən, bu nədir belə? Yəqin, dənizotudur?

      – Xeyr, xanım Ueldon. Bu rəngi dənizə, adətən, böyük dəniz məməlilərinə yem olan saysız-hesabsız balaca xərçəngkimilər verir. Balıqçılar onları “balina yemi” adlandırırlar.

      – Elə balacadırlar ki, onlara dəniz həşəratları da demək olar! Benedikt əmioğlu! Bura gəlin.

      Benedikt kapitan Qulla eyni vaxtda kayutdan çıxdı.

      – Baxın, Benedikt əmioğlu! Dənizdəki böyük qırmızı ləkəni görürsünüz?

      – Aha! – deyə kapitan Qul Benediktdən əvvəl dilləndi. – Balina yemləri! Onları öyrənməyiniz üçün yaxşı fürsətdir, cənab Benedikt!

      – Boş şeydir! – deyə entomoloq cavab verdi. – Unutmayın ki, mən həşəratları – əsasən də altıayaqlı həşəratları öyrənirəm.

      – Deməli, xərçənglər sizi maraqlandırmır, cənab Benedikt? Ancaq balina olsaydınız, onlara qarşı belə laqeyd qala bilməzdiniz!

      Bu vaxt növbətçi matrosun səsi eşidildi:

      – Üfüqdə balina görünür – sol bort tərəfdə!

      Kapitan Qul deyilən tərəfə boylanaraq:

      – Balina! – deyə qışqırdı. Sonra gəminin burnuna qaçdı. Xanım Ueldon, Cek, Dik Send və Benedikt də onun ardınca getdilər.

      Həqiqətən, dörd mil aralıda dənizin bir yeri elə bil qaynayırdı. Təcrübəli balina ovçusu yanılmış ola bilməzdi: qırmızı dalğaların arasında nəhəng dəniz məməlisi hərəkət edirdi. Ancaq aradakı məsafə heyvanın növünü müəyyənləşdirməyə imkan vermirdi.

      Kapitan Qul və “Səyyah”ın bütün heyəti acgözlüklə məməlini izləyirdi. Birdən kapitan Qul:

      – Bu, əsl balina deyil! – deyə qışqırdı. – Əsl balinaların yaratdığı fontanlar daha hündür və daha nazik olur. Dik, sən nə deyirsən?

      – Mənə elə gəlir ki, bu, zolaqlı balinadır. Suyu havaya çox böyük təzyiqlə sovurur.

      – Düz deyirsən, Dik. Orada – dənizin qırmızı hissəsində zolaqlı balina var.

      – Nə yaxşı! – deyə balaca Cek qışqırdı.

      – Elədir, balaca! Özü də sakitcə yeməyini yeyir, ovçuların onu izlədiklərindən isə xəbərsizdir!

      – Əla! – deyə bosman qışqırdı. – Altı dənə bu cür balina tutsaq, anbarımızı doldura bilərik.

      – Elədir, altı dənə bəs edər, – deyə kapitan Qul ah çəkdi.

      – İki yüz çəlləyimiz boşdur, – deyə bosman əlavə

Скачать книгу