On beş yaşlı kapitan. Жюль Верн

Чтение книги онлайн.

Читать онлайн книгу On beş yaşlı kapitan - Жюль Верн страница 6

On beş yaşlı kapitan - Жюль Верн Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

kapitan Qul qışqırdı. – Kəndir boşalır – deməli, balina yorulub!

      Bu vaxt qayıq “Səyyah”dan beş mil aralıda idi.

      Kapitan Qul bayrağı qaldırdı. Bununla o, yaxınlaşması üçün gəmiyə işarə edirdi. Bir dəqiqə sonra “Səyyah”ın yelkəni açıldı. Amma külək zəif əsirdi. Odur ki gəminin qayığa çatması asan olmayacaqdı.

      Kapitan Qulun gözlədiyi kimi, qəfildən balina nəfəs almaq üçün üzə çıxdı. Yaralı məməli bir müddət hərəkətsiz halda suyun üzündə dayandı. O özündən geri qalan balasını gözlədi.

      Kapitanın əmri ilə qayıq yenidən balinaya yaxınlaşdırıldı. Artıq matroslardan ikisi də mizraqlarla silahlanmışdı.

      – Diqqət! – deyə kapitan Qul qışqırdı. – Düz nişan alın, uşaqlar! Hazırsan, Qovik?

      – Hazıram, kapitan! Ancaq bu cür qaçışdan sonra balinanın birdən-birə sakitləşməsi məni narahat edir!

      – Bu mənə də şübhəli gəlir.

      – Ehtiyatlı olmaq lazımdır.

      – Bəli. Ancaq ovu da qoyub qaçmaq olmaz! İrəli!

      Qayıq yerində fırlanan balinaya yaxınlaşdı. Balası yanında deyildi və bəlkə də, heyvan onu axtarırdı.

      Qəfildən heyvan quyruq üzgəcini yelləyərək birdən-birə otuz fut irəli atıldı.

      – Ehtiyatlı olun! – deyə kapitan Qul qışqırdı. – O, sürət yığır, indi üzərimizə atılacaq. Döndər, Qovik! Döndər!

      Həqiqətən, balina qayığa tərəf dönərək üzgəclərini suya çırpıb qayığın üzərinə atıldı.

      Bosman qayığı kənara çəkib balinanın zərbəsindən yayındıra bildi. Kapitan Qul və əlində mizraq olan iki matros fürsətdən istifadə edərək silahlarını işə saldılar.

      Balina dayanıb havaya iki qanlı fontan püskürdükdən sonra yenidən qayığın üzərinə atıldı. Ancaq Qovik bu dəfə də zərbədən yayınmağa müvəffəq oldu.

      Balina qayığın yanında olanda ona üç dərin yara da vuruldu. Heyvanın quyruğu suya elə zərblə çırpıldı ki, nəhəng dalğa əmələ gəldi. Qayıq az qala batacaqdı. O, yarıya qədər su ilə doldu.

      – Vedrə! Vedrə! – deyə kapitan Qul qışqırmağa başladı.

      Matroslar sürətlə qayıqdakı suyu boşaltmağa başladılar. Kapitan Qul isə kəndiri kəsdi: ağrı çəkən heyvan artıq qaçmaq fikrində deyildi. O, üçüncü dəfə qayığa tərəf döndü. Bu dəfə qayıq suyun təsiri ilə ağırlaşdığından zərbədən qurtulmaq çətin olacaqdı.

      Artıq özünümüdafiə haqqında fikirləşmək lazım idi.

      Qovik üçüncü zərbənin qarşısını ala bilmədi, sadəcə, onu zəiflətməyə müvəffəq oldu. Balina bu dəfə qayığa nəhəng kürək üzgəci ilə zərbə endirmişdi. Bosman təkanın təsirindən kürəyi üstə yıxıldı. Ayaq üstə güclə dayanan kapitan:

      – Qovik! Qovik! – deyə qışqırdı.

      – Buradayam, kapitan, – deyə bosman ayağa qalxdı.

      O, birdən avarın ortadan bölündüyünü görüb başı ilə onu Qula göstərdi.

      – O birini götür.

      – Oldu.

      Elə bu vaxt su elə bil qaynamağa başladı. Balinanın balası yaxınlıqda idi. Onu görən dişi balina balasına tərəf üzməyə başladı.

      Kapitan Qul bayrağı ikinci dəfə yellədi.

      Ancaq Dik Send hələ birinci işarədən sonra əlindən gələni eləmişdi. Yelkən qaldırılsa da, “Səyyah”ın sürəti az idi. Dik, hər ehtimala qarşı, dənizə yedək ipi ilə gəmiyə bağlanmış bir qayıq da saldı.

      Elə bu vaxt balina yenidən hücuma keçdi. Bosman qayığı döndərmək istəsə də, bacarmadı.

      Öləcəklərini başa düşən matroslar ayağa qalxıb qışqırmağa başladılar. Balinanın güclü quyruq zərbəsi qayığı havaya qaldırdı. Qayıq üç yerə bölünərək balinanın yaratdığı burulğana düşdü.

      Zavallı matroslar ağır yaralansalar da, qayığın parçalarından yapışa bilərdilər. “Səyyah”dan görünürdü ki, kapitan bosmana taxta parçasından tutmaqda kömək edir… Ancaq balina qəzəblə quyruğunu suya çırpmaqda davam edirdi.

      Bir neçə dəqiqə ərzində burulğandan, su damcılarından və köpükdən başqa heç nə görünmədi. Dik Send zəncilərlə birlikdə qayığa minsə də, onlar hadisə yerinə çatanda orada canlı heç nə yox idi. Qandan qızarmış suyun üzündə ancaq taxta parçaları üzürdü.

      IX fəsil

      Kapitan Send

      “Səyyah”ın sərnişinləri qorxunc faciəni görüb dəhşətə gəldilər. Kapitan Qulla beş matrosun ölümü hamını sarsıtmışdı. Onlar çarəsiz qalan yoldaşlarına vaxtında çatıb kömək belə edə bilməmişdilər. Okean onları udmuşdu…

      Dik Send uzun müddət hərəkətsiz vəziyyətdə göyərtədə dayandı. O, əllərini sinəsində çarpazlayaraq atası qədər sevdiyi kapitan Qulu udmuş sulara baxırdı.

      Sonra gənc matros üfüqü nəzərdən keçirməyə başladı. O, kömək istəyə, ən azı, xanım Ueldonu əmanət edə biləcəyi bir gəmi görəcəyinə ümid bəsləyirdi.

      Özü “Səyyah”ı tərk etməyəcəkdi. Əsla! İlk növbədə gəmini ən yaxın limana çatdırmağa çalışacaqdı.

      Okean bomboş idi. Dik Send yaxşı bilirdi ki, “Səyyah” ticarət gəmilərinin keçdiyi yollardan kənardadır. Onu da yaxşı bilirdi ki, vəziyyətləri təhlükəlidir. Odur ki durmadan çarə axtarır, nəzərlərini göyə dikir və ürəyində Tanrıdan kömək diləyirdi.

      Birdən fəlakətdən sonra harasa yox olmuş Neqoro göyərtəyə çıxdı. O, baş verən hadisələri bir kəlmə demədən, heç bir hərəkət etmədən diqqətlə izləmişdi. Baş vermiş faciəyə necə laqeyd münasibət bəslədiyini görmək çətin deyildi.

      Aşpaz yavaş-yavaş yaxınlaşıb Dik Senddən üç addım aralıda dayandı.

      – Mənimlə danışmaq istəyirsiniz? – deyə Dik Send soruşdu.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО

Скачать книгу