Quldur qızı Roni. Астрид Линдгрен

Чтение книги онлайн.

Читать онлайн книгу Quldur qızı Roni - Астрид Линдгрен страница 5

Quldur qızı Roni - Астрид Линдгрен Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

dəfələrlə görmüşdü, onda tez qaçıb gizlənirdi. Qızı meşədə gözləyən təhlükələrin ən böyüyü onlar idi. Mattis ona dəfələrlə demişdi: “Sağ qalmaq istəyirsənsə, özünü drudlardan gözlə”. Axı onların ucbatından Ronini uzun müddət qəsrdən buraxmamışdı. Bu yaraşıqlı drudlara baxanda ağlına da gətirməzsən ki, belə qudurğan və qorxuludurlar! Onlar meşənin üzərində dövrə vurur və diqqətli, hərəkətsiz baxışlarıyla ova göz qoyurlar: ovun qanını içməyə, sonra da iti caynaqlarıyla parça-parça etməyə hazırdırlar.

      Hətta qəzəbli drudlar da Ronini meşədən qova bilmədilər; qız bütün vaxtını orada keçirir, səhərdən axşamadək tapdanmış cığırları, sevimli talaları gəzib-dolaşırdı. Həmişə tək oynayırdı, sözün düzü, heç kəsə ehtiyacı yox idi. Günləri onsuz da xoşbəxt keçirdisə, daha ona kim lazım idi ki? Bircə bu günlər yaman tez gəlib-keçirdi. Roni göz açıb-yummamış yay keçdi və payız gəldi.

      Payız gələndə isə qəzəbli drudlar hədlərini lap aşırdılar; bir dəfə qəzəbdən ağıllarını itirərək Roninin dalınca o qədər düşdülər ki, qız, nəhayət, onu necə bir təhlükə gözlədiyini başa düşdü. Əlbəttə, o, tülkü kimi qaçır, meşədəki bütün sığınacaqları tanıyırdı, buna baxmayaraq drudlar dalınca dabanbasaraq gəlir, qulaqbatırıcı səslə qışqırışırdılar:

      – O-ho-ho! Ho-ho! Nə qəşəng balacadır! İndi qanını içərik! O-ho-ho-ho!

      Roni meşədəki gölə baş vurdu, suyun altı ilə o biri sahilədək üzdü və sürünə-sürünə özünü sıx bitmiş küknar ağaclarının altına verdi. Orada gizlənib drudların onu axtara-axtara quduzcasına fısıldadıqlarını eşitdi:

      – Hanı insancığaz? Haradadır o? Çıx bayıra görək! Səni sığallayıb cırmaqlarıq, qanını çay kimi axıdarıq!.. Oho-ho! Ho-ho!..

      Qəzəbli drudlar ta ağacların üzərində gözdən itənədək Roni öz sığınacağında oturdu. Daha meşədə qalmaq istəmirdi. Amma gecəyə, bir də Lovisanın Qurd nəğməsinə hələ çox var idi, buna görə də qərara aldı ki, çoxdan məşğul olmaq istədiyi bir işlə – uçurumdan qorunmağı öyrənməklə məşğul olsun.

      O, tez-tez anadan olduğu gecə qalanın iki hissəyə bölündüyü haqqında söhbətlərə qulaq asırdı. Mattis bu əhvalatı təkrarlamaqdan yorulmurdu: “Elə bil cəhənnəm atəşiydi! Göy necə guruldayırdı! Bircə eşitsəydin!.. Əslində, eşidirdin, amma yenicə doğulmuşdun. Taraq-taq-taraq, qala bircə zərbəyə haçalandı, ortada uçurum əmələ gəldi. Sənsə ehtiyatlı ol ki, ora düşməyəsən”.

      Roni indi uçurumdan qorunmağı öyrənməklə məşğul olmaq istəyirdi. Meşədə acıqlı drudlar dolaşırsa, bundan yaxşı məşğuliyyət ola bilməz.

      Roni ildırım zərbəsiylə iki bölünmüş qalanın iç həyətində dəfələrlə olmuşdu, amma aralanmış uçuruma heç yaxın da getməmişdi. İndi tırtıl kimi onun lap kənarına sürünüb aşağı baxdı. Oy! Bu onun güman etdiyindən də qorxuluydu.

      Bir daş götürüb aşağı tulladı. Daş uçurumun dibinə düşəndə elə boğuq, elə uzaq səs çıxartdı ki, qız qorxuya düşdü. Nə deyəsən, bu, həqiqətən də, qorxulu uçurumuydu. Ancaq qalanı yarıya bölən dəlik o qədər də geniş deyildi, əgər bərk qaçıb gəlsən, onun üstündən tullanıb keçmək də olardı. Amma elə bir axmağı haradan tapasan ki, onun üstündən tullansın. Bəlkə, uçurumdan qorunmağın ən yaxşı yolu elə budur?

      Roni yenə aşağı baxdı, ay dərinlik idi ha! Sonra yan-yörəsinə baxıb hesabladı ki, haradan tullansa yaxşı olar və gördü ki… Elə bir şey gördü ki, heyrətindən güclə ayaq üstə dayana bildi. O tərəfdə kimsə oturmuşdu. Bu “kimsə” təxminən elə onu boydaydı, uçurumun lap kənarında oturub ayaqlarını yelləyirdi.

      Roni anladı ki, dünyada yeganə uşaq deyil. O, quldur meşəsində, Mattisin qəsrində yeganə uşaq idi. Lovisa ona dəfələrlə demişdi ki, dünya uşaqlarla doludur, bəziləri böyüyəndə Mattis, bəzilərisə Lovisa olur. Roni hiss etdi ki, uçurumun o başında oturub ayaqlarını yelləyən də böyüyəndə Mattis olacaq.

      O hələ qızı görmürdü. Roni uzun müddət ona baxıb sevinclə astadan güldü.

      III

      Sonra o da qızı gördü, o da güldü.

      – Mən bilirəm sən kimsən, – deyə qışqırdı. – Sən quldur qızısan, bütün günü meşəylə qaçırsan. Mən səni görmüşəm.

      – Bəs sən kimsən? – Roni də qışqırdı. – Sən bura necə gəlib çıxmısan?

      – Mənim adım Birkdir, mən Borkanın oğluyam, indi burada yaşayıram. Bu gün gecə biz bura köçmüşük.

      Roni çaşqınlıqla ona baxdı.

      – Necə yəni biz?

      – Borka, Undisa, mən, bir də on iki quldurumuz.

      Roni onun sözlərini tam anlayana kimi bir müddət keçdi. Nəhayət, soruşdu:

      – Sən demək istəyirsən ki, bizim qalanın Şimal qülləsi indi zir-zibillə dolub?

      O güldü:

      – Yox, orada yalnız quldurbaşı Borkanın cəsur quldurlarıdır, amma qalanın sən yaşadığın Cənub qülləsi zir-zibillə doludur, bunu hamı bilir.

      – Ah, hamı bunu bilir, eləmi?! Sən heç bilirsənmi ki!.. – Roni hirsindən əsib-coşdu.

      – Bir də nəzərə al ki, – Birk qışqırdı, – daha sizin Şimal qülləniz yoxdur, Borkanın qalası var. Bu gündən onun adı belədir. Yadda saxla!..

      Roni çətinliklə nəfəsini dərdi, yaman qəzəblənmişdi. Borkanın qalası! Adamın lap nəfəsi kəsilər. Borkanın bu quldurları yaramazdırlar, hələ bu küçüyə bax, orada oturub istehzayla irişir də. O da onların tayıdır.

      – Sizi görüm yanasınız! – qız qışqırdı. – Bir dayan, qoy bu xəbər Mattisin qulağına çatsın, hamınız buradan kəlləmayallaq aşacaqsınız!

      – “Kəlləmayallaq!”.. – Birk istehzayla yamsıladı. – Gözlə ha!

      Amma Roni Mattisi təsəvvürünə gətirib qorxdu. Axı onun necə qəzəbləndiyini görmüşdü, bilirdi ki, bunun axırı yaxşı qurtarmır. Onların qalası bir də iki yerə bölünüb darmadağın olacaq. Bu fikir ağlına gələndə dəhşətdən hətta inildədi də.

      – Noldu sənə? – Birk soruşdu. – Halın pisləşdi?

      Roni cavab vermədi. Bəsdir! Boş-boş çənə döydüyü, axmaq sözlərə qulaq asdığı bəsdir! İşə başlamaq lazımdır, Mattislə quldurları tezliklə evə qayıdacaqlar, onda aləm bir-birinə dəyəcək! Borkanın bütün yaramaz dəstəsi Mattisin qalasından

Скачать книгу