Alisa möcüzələr diyarında. Льюис Кэрролл

Чтение книги онлайн.

Читать онлайн книгу Alisa möcüzələr diyarında - Льюис Кэрролл страница

Alisa möcüzələr diyarında - Льюис Кэрролл Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

ction>

      I fəsil

      DOVŞAN YUVASI İLƏ ÜZÜAŞAĞI

      Alisa sahildə, böyük bacısının yanında oturub boş-bikar darıxırdı. Başını qatası heç bir məşğuliyyət yox idi. Doğrudur, o, bir-iki dəfə boylanıb bacısı oxuyan kitaba baxdı, ancaq orada nə şəkil var idi, nə də yazını oxuya bildi. O düşündü: “Şəkilsiz, oxuya bilmədiyin kitabın nə əhəmiyyəti var!”

      Qız dilxor-dilxor düşünməyə başladı ki (əlbəttə, belə isti gündə düşünmək də asan iş deyildi, başı heç işləmirdi), qızçiçəyindən çələng hörmək, əlbəttə, pis olmazdı, amma bunun üçün gərək ayağa duraydı, gedib qızçiçəyi dərəydi. Elə bu zaman yanından qırmızı gözlü ağ dovşan qaçdı.

      Burada, əlbəttə, qeyri-adi bir şey yox idi. Dovşanın öz-özünə: “Ah, fəlakət, fəlakət! Mən gecikirəm!” – deməsi də Alisaya o qədər qeyri-adi görünmədi. Sonralar Alisa bunu xatırlayanda ağlına gəldi ki, axı buna təəccüblənməli idi. O zaman isə ona hər şey təbii görünmüşdü.

      Dovşan jiletinin cibindən saat çıxarıb baxdı, sonra daha da bərk qaçdı; bunu görən Alisa yerindən sıçradı, çünki birdən ağlına gəldi ki, hələ indiyə qədər nə jilet geyən, nə də cibindən saat çıxaran dovşan görüb. Qız maraqla onun dalınca cumdu, xoşbəxtlikdən lap vaxtında Dovşanın qəfildən hasarın yanındakı böyük dovşan yuvasına girdiyini gördü.

      Alisa cəld Dovşanın ardınca yuvaya girdi və heç fikirləşmədi ki, onu yuvadan kim çıxaracaq.

      Dovşanın yuvası əvvəl yeraltı yol kimi düz idi, sonra gözlənilmədən Alisanın qarşısına elə bir uçurum çıxdı ki, özünü saxlaya bilməyib dərin quyuya düşdü.

      Ya quyu çox dərin idi, ya da o, həddindən artıq yavaş enirdi – çünki bu müddətdə ətrafa baxmağa və başına nələr gələ biləcəyi barədə düşünməyə onun kifayət qədər vaxtı vardı. Alisa çalışdı ki, əvvəl aşağını görsün, sonra hara düşəcəyini bilməyə cəhd etdi. Aşağı çox qaranlıq idi, heç nə görmək olmurdu.

      Qız quyu divarlarına baxdı: orda bufet və kitab ləmələri gördü. Hər tərəfdə payalardan xəritələr və şəkillər asılmışdı. O, aşağı uça-uça ləmələrin birindən üstündə “PORTAĞAL MARMELADI” yazılmış banka götürdü, amma çox məyus oldu: banka bomboş idi. Alisa onu aşağı atmağa cəsarət etmədi, çünki kimi isə zədələyəcəyindən qorxdu. Fürsət tapıb bankanı yanından ötüb-keçdiyi bufetin birinə qoydu.

      – Bəli, – Alisa düşündü, – belə bir uçuşdan sonra mənim üçün nərdivandan yerə yıxılmaq boş şeydir. Evdə məni yamanca qoçaq sayacaqlar ha! Nərdivan nədir! Mən damdan belə yıxılsam, səsimi də çıxarmaram! (Bu lap həqiqətə bənzəyirdi.)

      Aşağı, aşağı, aşağı… Bu uçuşun əvvəl-axır sonu çatacaqmı, görəsən?

      O, ucadan dedi:

      – Maraqlıdır, görəsən, bu müddətdə mən nə qədər məsafə uçmuşam? Yəqin ki, Yerin mərkəzinə yaxınlaşıram. Məncə, Yerin mərkəzi təxminən dörd min mil dərinlikdədir. (Çünki Alisa sinifdə dərs zamanı buna oxşar bir şey eşitmişdi. Hərçənd düşdüyü vəziyyət Alisaya öz biliyini göstərməyə yol verməsə də – axı burda onu dinləyən yox idi – hazırda keçmiş dərsləri təkrarlamaq üçün münasib fürsət yaranmışdı.) Bəli, bu, təxminən dəqiq məsafə idi. İndi də bilmək istəyirdi ki, Yerin hansı uzunluq və en dərəcəsindədir? (Uzunluq və en dərəcələri barədə bir təsəvvürü olmayan Alisa elmi istilahlar işlətməyi çox sevərdi.)

      O, yenidən sözə başladı:

      – Maraqlıdır, bəlkə, Yerin ortasından keçib o taya çıxacağam? Başı üstə gəzən adamların içinə düşsəm, nə gülməli olar! Mənə elə gəlir ki, onların adı anti… antipatiyadır… (Ancaq indi razı qaldı ki, nə yaxşı onu eşidən yoxdur, çünki axırıncı söz çox da doğru deyilməmişdi.) Ancaq mən kimdənsə soruşmalıyam: “Xanım, zəhmət olmasa, deyin görüm, sizin ölkənin adı nədir?! Bura haradır? Yeni Zelandiya, yoxsa Avstraliyadır?” (Bunu deyə-deyə o, reverans etməyə çalışdı – təsəvvür edin: havada reverans etmək! Bəlkə, siz də belə edə bilərdiniz?) – “Nə avam qızcığazdır” deyib onlar mənim haqqımda düşünəcəklər! Yox, bunu əsla soruşmaq olmaz; bəlkə də, ölkənin adı bir yerdə yazılıb.

      Aşağı, aşağı, aşağı… Başqa iş görmək qeyri-mümkün olduğu üçün Alisa öz-özüylə danışmağa başladı:

      – Təsəvvür edirəm, axşam Dina mənsiz necə darıxacaq! (Dina pişikdir.) Güman edirəm ki, çay içiləndə ona da bir nəlbəki süd verməyi unutmazlar. Dina, əzizim, elə istəyirəm ki, indi burda mənim yanımda olasan! Təəssüf ki, burda siçan yoxdur, amma sən havada yarasa (bilirsənmi, yarasa da siçana oxşayır), ya da qırxayaq tuta bilərdin. Maraqlıdır, pişik qırxayağı yeyirmi, görəsən?

      Sonra Alisa mürgülədi, yuxulu-yuxulu təkrarlamağa başladı:

      – Pişik yarasanı yeyirmi, görəsən? Pişik yarasanı yeyirmi, görəsən? – Bəzən də: – Yarasa pişiyi yeyir, – deyirdi. (Çünki qız bu iki sualın heç birinə cavab verə bilmədiyindən arasında fərq görmürdü.)

      Sonra o, doğrudan yuxuladı və belə bir yuxu gördü: Dinanın pəncəsindən tutub gəzir və ciddiyyətlə deyir: “Dina, indi düzünü de, ömründə yarasa, ya qırxayaq yemisən?” – Birdən “Şap, şarap! Şap” – o, çır-çırpının, quru yarpaqların üstə düşdü və bununla da uçuş qurtardı.

      Alisa zərrə qədər də əzilmədi. O bir göz qırpımında ayağa qalxdı. Yuxarı baxdı, lakin başının üstü tamam qaranlıq idi. Qarşıda uzun bir yol göründü. Bu yol boyu sürətlə qaçan Ağ Dovşan hələ də uzaqdan görünürdü. Bir saniyə də itirmək olmazdı. Alisa elə vaxtındaca yel kimi götürüldü, çünki tini burulub gözdən itən Ağ Dovşanın sözlərini eşitdi:

      – Ay aman, yazıq qulaqlarım, bığlarım! Mən nə yaman gecikirəm!

      Alisa tini burulub ona çatınca Dovşan görünməz oldu: qız işıqlı, alçaqtavanlı uzun zala gəlib çıxmışdı. Tavandan yan-yana sallanmış çıraqlar zalı işıqlandırırdı.

      Zalın hər iki tərəfində çoxlu qapı vardı, amma hamısı bağlı idi. Alisa zalın hər iki tərəfini gəzə-gəzə bir-bir qapıları açmaq istədi – bacarmadı, sonra da necə və nə vaxt burdan çıxacağını düşünə-düşünə kədərlə zalın ortasına qayıtdı.

      Birdən Alisa qarşıda qalın şüşədən düzəlmiş üçayaqlı, balaca masa gördü. Masanın üstündə kiçik bir qızıl açar vardı. O, dərhal fikirləşdi ki, açar zaldakı qapıların hansı birinəsə düşə bilər. Əfsus, ya açar yeri çox iri idi, ya da açar çox kiçik idi. Açar qapıların heç birinə düşmədi. Ancaq zalı ikinci dəfə dolandıqda ilk dəfə görmədiyi oyuncaq pərdəyə yanaşdı. Pərdənin dalında, otuz santimetr hündürlüyündə balaca qapı vardı. Alisa açarı qapının açar yerinə saldı – açarın qapıya düşməsi qızı bərk sevindirdi.

      Alisa qapını açdı. Siçovul yuvasından azca enli bir yol gördü. O, dizləri üstə durub içəri baxdı. Sizin heç xəyalınıza da gəlməyən çox gözəl bir bağça gördü. Alisa bu qaranlıq zaldan çıxmaq və yaraşıqlı gül ləkləri, sərin fəvvarələri olan həmin o bağçada gəzmək istədi! Lakin o, qapıdan başını belə içəri sala bilmədi. “Hətta başımı salsam da, – zavallı Alisa düşündü, – xeyri yoxdur. Bəs çiyinlərim? Ah, kaş mən teleskop kimi yığıla biləydim. Bu işə necə başlayacağımı bilsəydim, zənn edirəm ki, öhdəsindən gələrdim”.

      Bilirsinizmi,

Скачать книгу