Alisa möcüzələr diyarında. Льюис Кэрролл
Чтение книги онлайн.
Читать онлайн книгу Alisa möcüzələr diyarında - Льюис Кэрролл страница 6
– Hersoginya! Hersoginya! Ah, mənim əziz əllərim! Ah, mənim dərim, bığım! O əmr edəcək ki, məni öldürsünlər. Mütləq əmr edəcək, buna söz ola bilməz! Heç bilmirəm yelpiyi, əlcəkləri harda itirmişəm!
Alisa o saat başa düşdü ki, Dovşan yelpiyi və bir cüt ağ dəri əlcəyi axtarır, o da ürək açıqlığı ilə ətrafa göz gəzdirməyə başladı. Ətrafda heç nə yox idi – göldə üzməyə başladığı vaxtdan hər şey sanki dəyişmişdi – böyük zal, şüşəli masa, balaca qapı yerli-dibli yox olmuşdu.
Dovşan tezliklə Alisanın da nə isə axtardığını gördü və acıqla onu səslədi:
– Hey, Meri Anna, sən burda nə edirsən? Tez evə qaç, mənə bir cüt əlcək və yelpik gətir! Di tez ol!
Alisa elə qorxdu ki, Dovşanın səhv etdiyini belə deməyib o saat göstərilən səmtə qaçdı.
– O məni öz qulluqçusu bildi, – qız qaça-qaça dedi, – əslində, mənim kim olduğumu bilsəydi, çox təəccüblənərdi! Nə isə, yaxşısı budur, gedib yelpiyi və əlcəkləri ona gətirim. Əlbəttə, əgər tapsam.
Alisa elə bunu demişdi ki, qapısının mis lövhəciyində “A. Dovşan” adı həkk edilmiş təmiz, kiçik bir ev gördü. Qız qapını döyməmiş evə girdi, yüyürüb pilləkənlərdən qalxdı. O qorxurdu ki, əsl Meri Annaya rast gələcək və yelpiyi, əlcəkləri tapmamış evdən qovulacaq.
– Ağ Dovşanın qulluğunda olmaq nə qəribədir, – deyə Alisa öz-özünə dedi. – Güman edirəm ki, bir azdan Dinanın da buyruq qulu olacağam.
O təsəvvür etdi: “Miss Alisa! Tez ol, bura gəl, biz gəzməyə gedirik!” – “Bu saat, dayə! Mən siçan yuvasının keşiyini çəkməliyəm ki, Dina qayıdana qədər siçan qaçmasın…” Lakin Dina da insanlara Ağ Dovşan kimi hökm etsə, şübhəsiz, onu evdən qovarlar.
Bu zaman o, balaca, səliqəli otağa girdi. Pəncərənin yanındakı masada (güman etdiyi kimi) yelpik və iki, ya üç cüt çox kiçik ağ dəri əlcək vardı. Otaqdan çıxmaq istəyirdi ki, gözü güzgünün yanında duran balaca şüşə qaba sataşdı. Bu dəfə şüşədə “İÇ MƏNİ” sözləri yazılmış kağız yox idi. Amma buna baxmayaraq Alisa şüşəni açdı və dodağına apardı.
– Bilirəm ki, mən hər dəfə nə isə yesəm, ya içsəm, maraqlı hadisə baş verir. Görək indi nə olacaq. Zənnimcə, yenə böyüyəcəyəm: cırtdan boyda olmaq lap zəhləmi apardı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.