Şərq ekpresində qətl. Агата Кристи

Чтение книги онлайн.

Читать онлайн книгу Şərq ekpresində qətl - Агата Кристи страница 4

Şərq ekpresində qətl - Агата Кристи Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

masanın arxasında əyləşən üç kişi cəlb etdi. Onlardan biri yekəpər, qarayanız italyan idi, diş çöpü ilə dişlərini qurdalayırdı. Yanında, çox güman ki, varlı mülklərin birində qulluq eləyən kök ingilis əyləşmişdi. İngilisin yanında isə alabəzək pencək geyinmiş iricüssəli amerikalı oturmuşdu. Puaro gözünü onlardan çəkib restoranın küncündəki təkadamlıq masanın arxasında oturmuş arıq, yaşlı qadına baxdı. Bu, Puaronun indiyə kimi gördüyü yaşlı qadınların ən çirkini idi. Bununla belə, qadın insanda qəribə şəkildə maraq oyadırdı. Boynuna doladığı boyunbağının mirvariləri elə böyük idi ki, adamın onların həqiqi olduğuna inanmağı gəlmirdi. Barmağında üzüklər bərq vururdu. Çiyninə xəz kürk salmışdı. Bahalı qara şlyapası qurbağaya bənzəyən sifətinə qətiyyən yaraşmırdı.

      Yaşlı qadın ofisianta əmrlər yağdırırdı:

      – Kupemə mineral su, bir də portağal şirəsi qoysunlar. Axşam yeməyinə isə toyuq qızartsınlar. Hə, bir də az yağlı balıq…

      Ofisiant «Baş üstə!» deyib getdi. Elə bu vaxt yaşlı qadın bir anlıq Puaro ilə göz-gözə gəldi, lakin aristokratlara xas laqeydliklə gözünü ondan çəkib ayağa durdu.

      – Bu, knyaginya Draqomirovadır, – Buk Puaronun qulağına pıçıldadı. – Rusdur, çox varlı qadındır! Əri inqilaba qədər bütün sərvətini ölkədən çıxara bilib.

      Puaro knyaginya haqqında eşitmişdi.

      Başqa bir masanın arxasında isə Meri Debenhemlə iki qadın əyləşmişdi. Onlardan biri hündürboy, ortayaşlı idi, əynində dama-dama kofta və tvid[5] parçadan yubka vardı. Sarı saçlarını üzünə yaraşmayan tərzdə təpədə toplamışdı, gözlük taxmışdı, sifəti qoyunu andırırdı. Diqqətlə yaşlı, kök, xoşsifət amerikalı qadına qulaq asırdı. Onların arxasındakı masada isə polkovnik Arbetnot tək oturmuşdu. O, gözünü Meridən çəkmirdi. «Qəribədir, görəsən, niyə bir yerdə nahar eləmirlər?» – Puaro öz-özünə fikirləşdi.

      Lap küncdə, divara bitişik masanın arxasında isə ortayaşlı, qara libaslı qadın oturmuşdu. Üzü ifadəsiz idi. «Çox güman ki, bələdçinin bəhs etdiyi alman xanımdır» – Puaro fikirləşdi.

      Başqa masada qadınla kişi bir-birinə tərəf əyilərək nə barədəsə qızğın söhbət edirdilər. Kişi tvid parçadan ingilis üslubunda biçilmiş gen-bol kostyum geyinmişdi, ancaq ingilis olmadığını təxmin etmək çətin deyildi. 30-35 yaşlarında olardı, sarı bığları vardı, yaraşıqlı idi.

      Qadının isə yaşı 20-dən artıq olmazdı. Bədəninə kip oturmuş qara kostyum, ağ satin[6] parçadan bluz[7] geyinmişdi, yanakı qoyduğu qara, zərif şlyapası sanki indicə sürüşüb başından düşəcəkdi. Qız qeyri-adi gözəlliyə sahib idi: ağappaq dərisi, iri qonur gözləri, qapqara saçları vardı. Manikürlü dırnaqlarına qıpqırmızı boya çəkmişdi, barmağında isə iri qaşlı üzük parıldayırdı.

      – Onlar ər-arvaddır! – Puaro dedi. – Düz tapdım?

      Cənab Buk başını tərpətdi:

      – Səhv eləmirəmsə, macar səfirliyindəndirlər. Gözəl cütlükdür!

      Vaqon-restoranda iki nəfər də vardı: Puaronun kupe yoldaşı Hektor Makkuin və onun rəisi cənab Retçett. Amerikalı qoca Puaro ilə üzbəüz oturmuşdu. O, bir daha bu xoşagəlməz simaya diqqətlə baxdı. Elə bu vaxt ofisiant Puaronun qəhvəsini gətirdi. Cənab Buk sağollaşıb masadan qalxdı. Restoranda Makkuin, Retçett və Puarodan başqa heç kim qalmamışdı. Retçett Makkuini harasa göndərdi, özü isə ayağa qalxıb Puaroya yaxınlaşdı:

      – Kibritiniz olmaz? – o, yumşaq səslə soruşdu. – Mənim soyadım Retçettdir.

      Puaro yüngülcə baş əyib əlini cibinə saldı, kibrit qutusunu çıxarıb amerikalıya uzatdı.

      – Səhv eləmirəmsə, cənab Erkül Puaro ilə danışıram.

      – Tamamilə doğrudur, müsyö, – Puaro dedi.

      – Bu tanışlıq mənim üçün böyük şərəfdir.

      Xəfiyyə amerikalının xırda göy gözləri ilə onu təpədən dırnağa kimi süzdüyünü hiss elədi. Retçett, nəhayət, dilləndi:

      – Mənim vətənimdə, müsyö Puaro, sözü uzatmağı xoşlamırlar. Odur ki dərhal mətləbə keçmək istəyirəm. Sizə bir iş təklifim var.

      Puaro qaşlarını çatdı.

      – Son zamanlar müştərilərimin sayını xeyli azaltmışam, müsyö, indi yalnız mənə maraqlı gələn işləri boynuma götürürəm.

      – Sizi çox yaxşı başa düşürəm. Amma mən böyük məbləğdə pul təklif eləyirəm. Çox böyük məbləğdə…

      Puaro bir-iki dəqiqə fikirləşəndən sonra soruşdu:

      – Sizə necə kömək eləyə bilərəm, cənab?

      – Müsyö Puaro, mən imkanlı adamam. İmkanlı adamların isə düşməni çox olur. Mənim də düşmənim var.

      – Elə bircə düşməniniz var?

      – Bir, ya beş, bunun məsələyə dəxli yoxdur. Əsas odur ki, məni onlardan qoruyasınız. Həyatım təhlükədədir! Düzdür, mən özümü qorumağı bacarıram, – Retçett bu sözləri deyib cibindən tapançasını çıxardı. – Lakin yenə də bəzi qabaqlayıcı tədbirlər görmək pis olmaz. Məncə, siz bu işin öhdəsindən layiqincə gələ bilərsiniz.

      – Müsyö, çox təəssüf ki, sizin təklifinizi qəbul eləyə bilməyəcəyəm, – Puaro dedi.

      – İstədiyiniz məbləği deyin, çəkinməyin, – Retçett əl çəkmək istəmirdi.

      Puaro başını buladı.

      – Dedim axı, indi yalnız məni maraqlandıran işləri qəbul eləyirəm.

      – Çox inadkar adamsınız. Bəs sizə 20 min dollar təklif eləsəm, necə, fikriniz dəyişər?

      – Xeyr, müsyö.

      – Əgər məqsədiniz məndən daha çox pul qopartmaqdırsa, bu, mənasızdır. Çünki mən hər işin dəyərini yaxşı bilirəm.

      – Elə mən də, cənab Retçett.

      – Onda təklifimi niyə rədd eləyirsiniz?

      Puaro ayağa qalxdı.

      – Səbəbini söyləmək istəmirdim, amma çox təkid eləyirsinizsə, deyim; sir-sifətiniz

Скачать книгу


<p>5</p>

Tvid – yun parça; uzun müddət yalnız Şotlandiya və İrlandiyada istehsal olunub. Hazırda bütün dünyada hazırlanır.

<p>6</p>

Satin – xam ipək və ya pambıqdan hazırlanan zərif parça

<p>7</p>

Bluz – nazik parçadan tikilmiş qadın köynəyi