Şərq ekpresində qətl. Агата Кристи

Чтение книги онлайн.

Читать онлайн книгу Şərq ekpresində qətl - Агата Кристи страница 6

Şərq ekpresində qətl - Агата Кристи Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

indi hansı cəhənnəmdəyik? – missis Habbard əsəbiləşmişdi.

      Onu başa saldılar ki, dayandıqları yer Yuqoslaviya ərazisidir.

      – Aydın məsələdir! Balkan ölkələrindən yaxşı nəsə gözləmək olar?!

      – Deyəsən, burdakılardan ən səbirlisi sizsiniz, – Puaro yanında dayanmış Meri Debenhemə dedi.

      – Sadəcə, hisslərimi cilovlamağı bacarıram.

      Qız bu sözləri deyərkən Puaronun üzünə baxmırdı, gözlərini pəncərəyə dikmişdi, sanki öz-özünə danışırdı.

      – Yox, məncə, burada ən güclü xarakterə sahib insan sizsiniz.

      – Nə danışırsınız! Mən daha güclü birini tanıyıram…

      – Kimdir ki o?

      Qız birdən özünə gəldi, yad adamla danışdığının fərqinə varıb tez-tələsik dilləndi:

      – Elə götürək, o yaşlı xanım. Görün, necə çirkindir, amma bütün vaqon əmrinə müntəzir dayanıb.

      Bu vaxt başqa bir vaqonun bələdçisi Puaroya yaxınlaşıb dedi ki, cənab Buk onu öz kupesində gözləyir. Onlar kupeyə girəndə Buk küncdəki skamyada oturmuşdu. Pəncərənin ağzında isə qarabuğdayı bir kişi əyləşmişdi. Qatar rəisi ilə Puaronun vaqonunun bələdçisi də ayaq üstə dayanmışdılar.

      – Əziz dostum! – Buk, nəhayət, dilləndi. – Sizə işimiz düşüb.

      – Nə baş verib?

      – Daha nə olacaq! Onsuz da qatar yolda ilişib qalıb. Bu da bir tərəfdən… Sərnişinlərdən birinin cəsədi tapılıb!

      – Hansı sərnişinin?

      – Amerikalı… Görüm, onun adı nə idi… – Buk əlindəki siyahıya baxıb dedi. – Hə, cənab Retçett…

      – Bu, ciddi məsələdir, – Puaro mızıldandı.

      – Əlbəttə, ciddidir! Qətl hadisəsi böyük bədbəxtlikdir. Üstəlik, qatar hava şəraiti ucbatından hərəkət eləyə bilmir. Bəlkə, saatlarla, hətta günlərlə burada ləngidik. Demək olar ki, bütün ölkələr ehtiyac yarananda öz ərazilərindən keçən qatarlara yerli polis nümayəndələri göndərirlər, amma Yuqoslaviya istisnadır! Başa düşürsünüz ki, bu, vəziyyəti necə çətinləşdirir?

      – Təsəvvür eləyirəm, – Puaro dedi.

      – İş bununla da bitmir. Həkim Konstantines, – Buk bunu deyib pəncərənin yanında oturmuş qarabuğdayı kişini göstərdi, – belə hesab eləyir ki, ölüm hadisəsi gecə saat 1 radələrində baş verib.

      – Əslində, bu cür hallarda dəqiq vaxtı müəyyənləşdirmək çətindir, – həkim dilləndi. – Ancaq deyə bilərəm ki, mərhum gecə saat 12 ilə 2 arasında öldürülüb.

      – Cənab Retçetti axırıncı dəfə saat neçədə sağ görüblər? – Puaro soruşdu.

      – Gecə 1-ə 20 dəqiqə qalmış o, bələdçi ilə danışıb, – Buk cavab verdi.

      – Doğrudur, – Puaro dedi. – Onların söhbətini mən də eşitmişdim, – sonra üzünü həkimə tutub soruşdu:

      – Sizə başqa nə məlumdur?

      – Retçettin kupesinin pəncərəsi açıq idi. Qatilin oradan çıxıb qaçdığını güman eləmək olar. Amma, məncə, qatil pəncərəni qəsdən açıq qoyub ki, fikri yayındırsın. Əgər o, pəncərədən qaçsaydı, qarın üstündə ayaq izləri qalardı, ancaq iz-filan yoxdur.

      – Bəs cəsədi nə vaxt tapıblar?

      – Mişel! – cənab Buk bələdçini çağırdı. – Baş verənləri bu cənaba yerli-yataqlı danışın.

      – Cənab Retçettin lakeyi bu səhər kupenin qapısını bir neçə dəfə döysə də, cavab verən olmadı, – Mişel danışmağa başladı. – Bir saat əvvəl isə ofisiant onun kupesinə gəldi ki, soruşsun, səhər yeməyi yeyəcək, ya yox? Yenə cavab gəlmədi. Artıq saat 11 olmuşdu. Qapını ehtiyat açarla açmağa çalışdım, açılmadı. Məlum oldu ki, içəridən zəncirlə də bağlayıblar. Fikirləşdim ki, yəqin, gecə sərnişinin beyninə qan sızıb. Qatar rəisini çağırdım, zənciri qırıb kupeyə girdik. Gördük ki, o artıq… İlahi, bu çox dəhşətli idi!

      Bələdçi əlləri ilə üzünü qapadı.

      – Deməli, qapı içəridən həm açarla, həm də zəncirlə bağlanıb… – Puaro fikrə getdi. – Bu, intihar hadisəsi ola bilməz…

      – Harada görünüb ki, intihar edən adam özünə bu qədər bıçaq zərbəsi endirsin? – yunan həkim istehza ilə dedi.

      Puaronun gözləri kəlləsinə çıxdı.

      – Vəhşilikdir!

      Bu vaxt qatar rəisi, nəhayət, söhbətə qatıldı:

      – Məncə, bu cinayəti törədən qadındır. Özü də güclü qadın!

      – Mən sizin topladığınız dəlillərə bir neçə şey də əlavə eləyə bilərəm, – Puaro dedi. – Dünən cənab Retçettlə danışanda demişdi ki, həyatı təhlükədədir.

      – Onda qatil qadın deyil, qatı cinayətkardır! Yəqin, hər şeyi əvvəlcədən planlaşdırıb, – cənab Buk dilləndi.

      – Hər halda, onu peşəkar adlandırmaq olmaz, – Puaro dilləndi.

      – Əziz dostum, – cənab Buk üzünü Puaroya tutaraq dedi, – mən sizdən xahiş eləyirəm ki, bu işi öz üzərinizə götürəsiniz! Bu bizim şirkət üçün çox vacibdir! Polislər gəlib çıxanacan əlimizdə bir nəticə olar. Əks halda bizi saysız-hesabsız problemlər gözləyir. Ən əsası qatardakı digər sərnişinlər də ziyan çəkə bilər. Amma siz məsələni aydınlaşdırsanız, polislər gələndə deyərik ki, qatarda qətl hadisəsi törədilib, qatil də filankəsdir.

      – Yaxşı, bəs məsələyə aydınlıq gətirə bilməsəm, necə?

      – Əzizim, mən sizin qabiliyyətinizə yaxşı bələdəm. Biz sizə güvənirik!

      – Düzünü desəm, bu iş mənim özümə də maraqlı gəlir, – Puaro mızıldandı. – Üstəlik, qatarda bikarçılıqdan darıxırdım. Amma indi ortada cavabını tapmalı olduğum bir tapmaca var.

      – Deməli, təklifi qəbul eləyirsiniz?

      – Bəli, işi boynuma götürürəm.

Скачать книгу