Mən bir susmaz duyğuyam ki…. Джафар Джаббарлы

Чтение книги онлайн.

Читать онлайн книгу Mən bir susmaz duyğuyam ki… - Джафар Джаббарлы страница 19

Жанр:
Серия:
Издательство:
Mən bir susmaz duyğuyam ki… - Джафар Джаббарлы

Скачать книгу

gözəlliyinə aldanırsansa, sənə divanə deməzlərmi? Bax, mən Saradan gözəl deyiləmmi və əlavə…

      Bəhram. Pəri! Qızlarda vəfa olmaz. Ələlxüsus zəngin qızlarında. Mən bir dəfə ürəyimi bir tərəfə çevirmişdim, döndərdim. Qorxuram digər bir tərəfə çevirərəmsə, bir bivəfalığa təsadüf edib ürəyimi çevirə bilməyəm və çevirməyə səy edərəmsə, əbədilik sındıram.

      Pəri. Bax, bir neçə gün bundan əvvəl sən özün dedin ki: “Bir şəm ki, haqdan yana, heç bad ilə sönməz”. Mən onu etiraf edirəm, fəqət sən o şəmin nə tərəfə yandığında və kimin üçün yandığında səhv etmişsən.

      Bəhram (kənara). Nə şirin nəğmələr ilə məni məst etmək istəyir.

      Pəri. Ox, Bəhram, bilirəm indi sən məni qınayacaqsan ki, gərək oğlan qıza aşiq olsun, nəinki qız oğlana. Amma bilirsənmi ki, sən nə qədər gözəl və cazibədarsan! Hərgah səni bir yabançı görərsə, bir insan adı ilə deyil, mütləqa bir mələk adı ilə çağıracaq.

      Bəhram. Qondarmalarına6 müqabil təşəkkürlər edirəm, Pəri!

      Pəri. O! Yox, mən qondarmıram! Hər səni görən insan birinci baxışda söyləyəcək ki, nəqqaşi-təbiət öz məharətini büruzə vermək üçün illərcə çalışıb bir gözəl vücud yetirib ki, o da Bəhramdır.

      Bəhram. Mənim adımla özünü təsvir edirsən, zənn edirəm.

      Pəri. Zənnində səhv edirsən! Zira, mən dediyim kimi və sən zənn etdiyin kimi olsaydım, sən mənim məhəbbətimdə iştirak etmiş olardın.

      Bəhram. Cəsarət etmirəm.

      Pəri. Sevəcək adam qorxmaz.

      Bəhram. Qorxuram, fəqət kimsədən yox, səndən!

      Pəri. Mən ki, sənə məhəbbətimi aşkar söyləyirəm. Daha nə tərəddüd! (Kənara.) Ax, deyəsən Bəhramın ürəyi bir neçə gündür mənə tərəf dönmüş.

      Bəhram. Doğrudur, aşkar deyirsən. Amma qadın ürəyi bir ildırıma bənzər. İnsanlar heç vaxt ildırıma güvənməzlər, zira ziyası sabit deyil, bir saniyədə bütün cahanı işıqlandırıb, yenə tez sönər. Elə də qadınlar ürəyində məhəbbət sabit olmaz.

      Pəri. Doğru deyildir. Sən bir dəfə, Saradan əl çəkdim, səni sevirəm kəlməsini mənə söyləsən, mənim həyatım illər uzunu sənə tapşırılmış olar. Təkrar edirəm: dediyinlə xəta edirsən.

      Bəhram. Mən, mən, mən Saradan əl çəkib səni istəyirəm.

      Pəri (özünü Bəhramın qucağına yıxır). Ax, nə qədər indi özümü xoşbəxt hiss edirəm! (Kənara) Bir növ ilə Saranı da bu evdən çıxara bilsəydim, onda daha rahat olardım. Budur, indi mən özümü tamamilə sənin ixtiyarına verirəm. Bəhram, doğru deyirsənsə, öp, öp məni! (Bəhram çəkilir.)

      Bəhram. Yox, yox! Mənim səni öpməyə şərən ixtiyarım yoxdur.

      Pəri. Özün məktəb görmüş cavansan, məhəbbət səhnəsində ülviyyət dolaşarmı? Mən sənə ixtiyar verirəm. (Bəhram çəkilir.)

      Bəhram. Ah, özümü nə təhlükəli bir dolaba saldım. Danışdıqca sanki bir qüvvə məni ona doğru cəzb edir. Şeytanlarmı mənim ürəyimdə qüvvətlənib məni bədbəxt, köməksiz Saraya xəyanət etməyə təşviq edirlər? O! Yox! Unutmamışam! Mən Saranı sevirəm!

      Pəri. Bəhram! Nə qaçırsan? Bu gündən sonra mən özümü sənin ixtiyarına verdiyim kimi, sən də özünü mənim ixtiyarıma verməlisən. Vaxta ki sən məni sevdiyini söylədin, o halda mən sənə ixtiyar verirəm, öp!

      Bəhram (kənara). Sən ixtiyar verirsən! Bəs Sara! Bəs o insan cildinə girmiş mələk! Bəs Saraya verdiyim sözlər! Pəri, mən nə qədər səni sevirəmsə, mən nə qədər Avropa həyatına bələdəmsə də, fəqət adət və ənənati-qövmiyyəmi itirəcək qədər özümü itirməmişəm.

      Pəri. Məhəbbətin qanun zəncirindən mübərra7 olduğunu bilmirsən?

      Bəhram. Mən onu insaniyyətdən də uzaq bilirəm.

      Pəri. Məhəbbət insaniyyət özü deməkdir, zənn edirəm.

      Bəhram. Fəqət insaniyyət xəyanət demək deyil.

      Pəri. Elə isə, mən sizi öpüm…

      Bəhram. Qanun qarşısında bütün bəşəriyyət bərabər olmalıdır.

      Pəri. Eybi yoxdur, Bəhram! Fəqət sən ki, məni sevirsən, ona qarşı sübut olaraq səndən bir dilək diləyəcəyəm.

      Bəhram. Həmin müamilədə mən bulunmaq istərdim.

      Pəri. İzn verərsənmi ki, Saranı bu evdən başqa bir evə köçürək?

      Bəhram. Ox… Mən qorxulu bir lətifəyə başladım. Deyəsən, həyatım mənə xəyanət etmək istəyir. Yox, mənim ürəyimdə başqa dürlü hisslər oyanır və get-gedə qüvvətlənir. (Fikrə gedir.)

      Pəri (kənara). Bilirəm, Bəhram məni puldan ötrü istəyir. Amma ürəyi zəifdir. Tədriclə onu özümə tərəf çəkərsəm, öz məqsədini itirib doğrudan da məni sevər. Hələlik səbir etmək lazımdır. Bəli, yavaş-yavaş tora ilişib çapalarsan (ona). Şuxluq edirəm, Bəhram, Sara harada olursa, bizə mane ola bilməyəcək. Zira, sən daha məni sevirsən, deyilmi?

      Bəhram. Ox! Sənin sualını tamamilə unutmuşam. Bir növ başım ağrıyır. Gözlərim də qaralan kimi olur.

      Pəri. Doktor çağırtdırımmı?

      Bəhram. İstəməz! İstəməz! Tez keçər, zənn edirəm.

      Pəri. Elə isə, mən gedim, sən bir az rahat ol. (Pəri özünü əzərək, ikiəlli Bəhrama əl verir. Bəhram diqqətlə onun simasına və gedəndə arxadan baxır.) Hələlik xudahafiz, sevgilim, salamatlığınızı Allahdan dilərəm. (Gedir.)

      Bəhram. Sanki bir neçə ildə üzünə baxmaq istəmədiyim Pəri deyil, bir qüvveyi-cazibə kəsb etmişdir. Doğrudan da nə qədər siması gözəlləşmiş, nə qədər əxlaqı həlimləşmiş! Həqiqətən sevilməyə layiq bir qız olmuşdur. Danışdıqca insanın ürəyini əzir, oxşayır. Sanki bir şey mənə ürəyimdən: – Əhd əsiri olma, insan hürr yaranıb və daimi surətdə hürr olmalıdır, – deyir (sükut). O! Yox! Nə qədər Pərinin üzü gözəlləşmişsə də, Saranın məhzun çöhrəsindən gözəl deyildir! Bəhram, nə edirsən? İllərcə bəslədiyin məhəbbəti iki kəlmə şirin sözə, yaxud havavü-həvəsəmi satmaq istəyirsən? Namərd! Bilmirsənmi ki, bədbəxt Sara özünü sənsiz həlak edər. Onun ki, bircə ümidi sənədir. (Sükut.) Əmimin

Скачать книгу


<p>6</p>

Komplimеnt mənasında işlənmişdir.

<p>7</p>

Azad, uzaq mənasında işlənmişdir.