Sıyrılmış qılınc. Cəlal Bərgüşad

Чтение книги онлайн.

Читать онлайн книгу Sıyrılmış qılınc - Cəlal Bərgüşad страница 11

Автор:
Жанр:
Серия:
Издательство:
Sıyrılmış qılınc - Cəlal Bərgüşad

Скачать книгу

özünü qəsdən nikbin göstərirdi. O, sinəsindəki düyünçədə Atəşgaha bir az üzərrik gətirmişdi, indi bunu körpəsinin başı altına qoymuşdu. Üzərrikdən götürüb yandırdı. Qarasını barmağına sürtüb oğlunun alnına basdı. Analar bir ağızdan oxudular:

      Üzərrik, haşa üzərrik,

      Gülləri qoşa üzərrik,

      Kim balama göz vursa

      Dönsün daşa, üzərrik!..

      Artıq səhər küləyi əsməkdə idi. Hasarın yanında gəzişən keşikçilər ayaq üstə güclə dururdular. Kimsə əsnəyə-əsnəyə dedi:

      – Of! Səhərə yaxın necə yatardım!.. Yuxum gözümdən tökülür.

      Keşikçilər birdən döyükdilər, anaların mahnısı qalın divarları yarıb yayılırdı. «Nə səs-küydür görəsən? Keşikçilərdən biri gözünü ova-ova cəld qulağını Atəşgahın qapısına söykədi. «Belə də millət olar?! Zindanda da oxuyurlar!

      Anaların mahnısı bitdi. Yenə söhbətə keçdilər. Bərumənd:

      – Mənim bacılarım – dedi – bədnəzərin gözünə bıçaq. Əlimizdə gül kimi uşaqlarımız var. Onların bələyinə göz yaşı yağdırmaq nəyə lazım? Özünüzü toxtaq tutun, düşmən görüb kor olsun. Bikef olsaq Əhriman sevinər! Bizim xürrəmilər dədə-babadan məğlubiyyət vaxtı qəsdən özlərini şən aparıblar. Bunu ki bilirsiniz.

      Bərumənd körpəsini dizinin üstündəki qırmızı döşəkcədə yatızdırmışdı. Onunla yanbayan Müaviyə adlı bir uşaq da uyuyurdu. Anasını Dombagöz Əbu İmran atlara ayaqlatmışdı. Atası isə Cavidana29 kömək edərkən döyüşdə həlak olmuşdu. Bərumənd həmin sahibsiz körpəni götürüb özü ilə bura gətirmişdi, indi ona da süd verirdi: «Oğlum, sən oldun balamın süd qardaşı. Əliniz qılınc tutanda bir-birinizə dayaq durun». Müaviyə yuxuda hərdən qımışırdı. Dünyadan nə xəbəri. Bilmirdi ki, anasının cəsədi torpaqlara qarışıb. Bilmirdi ki, Bilalabadın yandırılmış evlərindən hələ də tüstü qalxır. Bilmirdi ki, Atəşgahın dövrəsində düşmən qılıncları parıldaşır.

      Keşikçilər söhbət edirdilər:

      – Bunlar nə təhər adamlardır? Aclıqdan, susuzluqdan ölürlər, ancaq oxuyurlar.

      – Bəs nə bilmişdin atəşpərəstləri? Onlar meyiti də dəfn etmirlər. Hər kəndin, hər şəhərin özünün «sükut evləri var. Onlarda adət-ənənə başqadı, bizdə başqa. Meyitləri burada sal daşların üstünə qoyurlar. Qurd-quş, yırtıcı heyvanlar meyiti yeyir. Zərdüşt30 dininə görə torpaq müqəddəsdir, onu meyitlə murdarlamaq olmaz. Atəşpərəstlər bir müddət keçəndən sonra meyitin sür-sümüyünü taxtadan, gildən qayrılmış asudan adlanan tabuta yığıb, əkindən, sudan uzaq yerlərdə dəfn edirlər… Atəşpərəstlər sükut evində də şərab içirlər.

      Haradasa isa-musa quşu oxuyurdu: «Tapdın? «Tapmadım! İlbizlər sakitliyi pozurdu. Göydə ulduzlar azalmışdı. Qara buludlar karvan-karvan Bəzzə tərəf axırdı. Aman evi tərəfdən xışıltı gəldi. Keşikçilər cəld qılınclarını siyirib xoruz qəfəslərinin böyrünə sindilər:

      – Sss!.. Deyəsən gəlirlər!..

      – Hazır olun!

      – Qoyun gəlsinlər!

      Keşikçilərin ikisi darvazanın ağzına süründü. Hənirti güclənirdi. Ancaq ala-qaranlıqda heç nə görmək olmurdu. Birdən üç əli qılınclı, üzü niqablı igid, keşikçilərin üstünü aldı:

      – Ölməyə gəlmişəm, qayıdıb qaçmağa yox! Təslim olun!

      – Yarağınızı atın yerə, yoxsa…

      Xəlifə keşikçilərinin tükləri ürpəşdi: «Ölümümüz çatıb!»

      Qılınclar cingildədi. Atəşgahın həyətində bağırtı qopdu. Əsir qadınların hamısı ayaq üstə idi. Başa düşdülər ki, onları xilas etməyə gələn var. Körpələr yuxudan oyanmışdı. Bərumənd qadınlara qapını göstərdi:

      – Sındıraq!

      Qadınlar sinələrini qapıya dayadılar:

      – Bir, iki, üç! Hə, bacılar, güc verin!..

      Şaarak!.. Qapı qopdu. Qadınların hərəsi əlinə bir kösöv aldı. Həyətə axışdılar. Abdulla iki keşikçi ilə vuruşurdu. İkisini də doğradı. Sonra Şibllə Salmanı divara qısnayan üç keşikçinin üstünə atıldı…

      Qadınlar kösövləri keşikçilərin başına-gözünə çırpırdılar. Ara qarışmışdı. Gözlənilməz bir vuruş gedirdi. Abdulla üç keşikçini də şaqqaladı. Xürrəmi qadınlar və kişilər od kimi döyüşürdülər! Qabaqlarına çıxanı o dünyalıq eləyirdilər. Keşikçilərdən ikisi qalmışdı. Onlar qaçmağa üz qoydular. Biri qaçarkən özünü saxlaya bilmədi, iri bir daşa toxunub tir-tap düşdü.

      Bir azdan hava işıqlandı, göy nurlandı. Abdulla, Şibl və Salman Atəşgah həyətindəki qanlı daşların üstündə oturub nəfəslərini dərirdilər. Çiyinləri qalxıb-enirdi, qadınlar həyəcanla onlara baxırdılar.

      Günəş Bəzzin və Həştadsərin zirvəsindəki qar tarını parıldadırdı. Bu vaxt Abdullayla Bərumənd Atəşgahdan çıxıb evlərinə tərəf gedirdilər. Hərəsinin qucağında bir körpə var idi. Elə şad idilər ki, baxan deyərdi bunlar Atəşgahdan müqəddəs od aparırlar… Körpələr onların gözlərində günəşə dönür, bütün qaranlıqları işıqlandırırdı.

      V

      SARAY ÇƏKİŞMƏLƏRİ

      Əjdaha kahasında yaşamaq saraylarda yaşamaqdan asandır.

      Altun sarayında ərəb əyanları ilə fars əyanları arasında çoxdan başlanmış gizli çəkişmələr artıq özünü açıq-aydın büruzə verirdi. Gündə sarayda almaz tozu ilə neçə əyan özünü zəhərləyirdi. Altun sarayında ağlagəlməz cəzalar mövcud idi. Ən ağır cəzaya xəlifənin intim hisslərini açan saray əyanları düçar olurdular. Müqəssirin başı qırxılandan sonra onun kəlləsinə Mesopotamiya böcəyi düzərdilər. Zəli təbiətli həmin böcəklər kəlləni deşib beyini yeyərdi. Beyin hərislərinin dövranı idi. Gündə xəlifənin cəlladı Məsrur neçə günahsız müqəssirin kəlləsinə Mesopotamiya böcəyi düzürdü. Baş məlaikə Zübeydə xatunun fitvası ilə fars əyanları bir-bir rüsvaycasına saraydan qovulurdu. Xəlifənin ürək dostu, mümkün qədər saray çəkişmələrindən kənar gəzən kefcil şair Əbu Nüvvas da Bağdadı tərk edib Misir valisinə pənah aparmışdı. Hətta Xəlifə Harun özü bu çaxnaşıq vaxtlarda bəlkə anası Hayzurana xatundan çəkinməsəydi, Əbu Nüvvasa

Скачать книгу


<p>29</p>

Cavidan – Məşhur Bəzz qalasının sahibi olub. Xürrəmilər 807 – 816-cı illərdə Cavidanın başçılığı ilə xəlifə əleyhinə üsyan qaldırmışdılar. Babək hələ yeniyetmə ikən bu üsyanda iştirak etmişdi. Babəkin bir cəngavər kimi yetişməsində Cavidanın rolu xüsusilə böyükdür. 816-cı ildə Cavidan qətlə yetiriləndən sonra Babək xürrəmilərin sərkərdəsi olur.

<p>30</p>

Tarixçilər Zərdüştü atəşpərəstliyin banisi kimi qələmə verirlər. Zərdüşt dininin etiqadları hələ bizim eradan əvvəl – VII əsrdə Midiyada yazılmış müqəddəs Avestada geniş şərh olunmuşdur. Deyildiyinə görə Avesta on iki min inək dərisində yazılıb. Zərdüşt dinində baş kahin – baş allah Günəş və xeyir allahı Hörmüzdür. Xürrəmilər dini məsələlərdə Zərdüştə arxalanırdılar. Zərdüşt dininə görə kainatda vahid allah yoxdur, dünya daimidir, ruh heç vaxt ölmür.