Adsız itin qayıdışı. Seymur Baycan
Чтение книги онлайн.
Читать онлайн книгу Adsız itin qayıdışı - Seymur Baycan страница 15
– Baxın, indi soldan üçüncü quşu vuracam.
Doğurdan da, az sonra soldan üçüncü quş ağacdan yerə düşürdü. Hər dəfə o lampanın altında yerləşən yuvadan başını çıxarmış kərtənkələ vuranda daşın kərtənkələyə deyil, lampaya dəyəcəyindən qorxurdum. Lakin daş düz kərtənkələnin başına dəyirdi. Çünki kərtənkələnin yalnız başı bayırda olurdu, bədəni isə yuvanın içində qalırdı. Vurulmuş kərtənkələ düz masanın ortasına düşürdü. Bibim qorxub qışqırırdı. Əmimoğlu bərkdən gülürdü. Kərtənkələnin quyruğundan tutub orasına-burasına baxırdı. Dilini çıxarıb dodaqlarını yalayırdı. Sanki kərtənkələ deyil, qiymətli bir quş, məsələn, kəklik vurmuşdu. Kərtənkələni bizə tərəf uzadırdı. Qorxub qışqırışırdıq. Sonra evdən tava gətirirdi. Özünü elə göstərirdi ki, guya kərtənkələni yağda qızardıb yemək istəyir. Yenə qarğışlar səslənirdi. Qoca nənə isə deyirdi ki, bu gədə evdəki qabların hamısını murdarlayacaq. Bu sadəlövh arvad müqəddəslərin adlarını bir-bir sadalayıb nəvəsinə yalvarırdı ki, kərtənkələni qızardıb yeməsin. Belə səhnələr dayanmadan azad evdə təkrar olunurdu. Bütün bu əyləncələr biz uşaqlar üçün hədsiz dərəcədə maraqlı idi. Biz uşaqlar bu azad evdə özümüzü daha rahat, daha şən hiss edirdik. Əmimgildə hökm sürən azadlıq bizi cəlb edirdi. Anam bunu əsla başa düşmürdü. Çox vaxt çətinliklə məni evimizə apara bilirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.