Leykoz. Məlahət Həsənova

Чтение книги онлайн.

Читать онлайн книгу Leykoz - Məlahət Həsənova страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Leykoz - Məlahət Həsənova

Скачать книгу

bir kəlməsi su kimi, hava kimi lazım idi. Onun “ Sizin üzünüzdən xəstələndim mən”, “Bu mənim üçün bir fürsətdi”… “Onsuz da məni ona verməzlər”… Deməsi məni öldürürdü.

      Haqlı idi. Bu xəstəliyin səbəblərindən biri də stress idi. Mən bilirdim mənim balam stress keçirmişdi.

      Məktəb illərində qızım bir oğlanı sevirdi. Bu sevgi qarşılıqlı idi. Bu sevginin saf və təmiz sevgi olduğunu bilirdim. Ancaq mən hər zaman düşünürdüm ki, bu keçib gedər, bir uşaqlıq dövrü hesab edirdim. İllər keçdikcə onların bu sevgisi daha möhkəm oldu. Mən bunu anlamırdım. Daha doğrusu, anlamaq istəmirdim. Hər bir ana kimi biz də istəyirdik ki, qızımız gələcək ailə həyatında ehtiyac duymadan yaşasın, əziyyət görməsin. Mən onun ailə içində zorluq çəkəcəyindən, yoxluq çəkəcəyindən qorxurdum. Əvvəlcə məhəbbət insanın gözünü kor edər, sonra isə hər şeyin nə qədər çətin olacağını düşünürdüm. Bütün analar istəyər ki, qızı ailə həyatında rahatlıq görsün. Bir dəfə qızımla bu haqda söhbət edəndə…

      – Ana sən onu tanımırsan, tanısan vallah sən də çox istəyərsən onu dedi.

      Onun bu sözləri göz yaşları içərisində dediyini görəndə, onun gözlərində o oğlanı nə qədər sevdiyini gördüm. Bu qədər saf, təmiz sevgi ancaq onun gözlərindən oxunurdu. Nə olursa-olsun mən balamın bu qədər göz yaşı tökməyinə razı ola bilməzdim. Balamın gözündən axan bircə damla göz yaşına mən aləmi belə dağıda bilərdim. Mən balamı dinlədikdən sonra…

      – Qızım, mən bilirəm ki sən seçimində yanılmazsan, məni bağışla, bu günə qədər sənə qulaq asmadım, səni anlamadım, öz dediyimi dedim. Bundan sonra mən sənin arxandayam.

      Sonralar mən həmin oğlanı tanıdıqdan sonra (onun adı Coşqundur) qızımın dediklərinin doğru olduğunu gördüm.

      Bizim ailədə bu haqda biləndən sonra narazılıqlara səbəb oldu (bu narazılıqlara səbəb olanlara nifrət edirəm). Həmin söhbəti də qızım eşitdikdən sonra çox pərişan olmuşdu… Hətta günlərlə zəifləməyə belə başladı.

      Sonra mən balamın bu halını gördükdə: “Qızım, narahat olma, qoy sağ-salamat əsgər getsin gəlsin, Allah kərimdi, hər şey yaxşı olacaq. O zaman ata da razı olacaq dedim”…

      Qızım sevinmişdi… “Anam hər şeyi həll edəcək dedi”…

      İndi isə bütün bunlar yadıma düşdükcə onun nələr çəkdiyi gözümün önündən getmirdi…

      İki gün idi nə bizə mesaj yazır, nə də zəng edirdi. Onun əhvalını qaldırmaq lazım idi. Əhval-ruhiyyə bu xəstəliyə çarə idi. Mən bir xeyli düşündükdən sonra özüm ona zəng eləmək qərarına gəldim.

      – Necəsən, mənim balam?

      – Belə də, ana.

      – Sənə bir söz demək istəyirəm.

      – De ana.

      – Nəmişim mənim, mən atayla danışdım sizin haqqınızda. Sənin sevdiyin oğlan haqqında. Oturduq atayla uzun-uzadı söhbət etdik. Məni dinlədi, səbirlə qulaq asdı.

      – Həə, nə dedi ata, hirslənmədi ki?

      – Ata peşiman olub, deyir ki, bundan sonra Nəmişim necə istəsə, kiminlə hayatını qurmaq istəsə, mən razıyam. Təki balam sağalsın. Onun bir sözü iki olmayacaq.

      Bu danışdığım yalana, dediyim doğru olmayan sözlərə özüm belə inandım… Cavab gözlədim.

      – Anaaaa, doğru deyirsən?

      – Hə, ana qurban, indi atayla danışdım. Necə deyib elə də sənə çatdırıram.

      – Anaaaa, düzünü deyirsən? And iç…

      – Mənə inanmırsan? Sənə yalan demirəm qızım.

      Telefonda necə sevindiyini, necə xoşbəxt olduğunu gizlədə bilmirdi. Bir uşaq şıltaqlığı kimi, bilmirdi sevindiyindən nə etsin.

      – Anaaa, bir dənəsən eeee, bir də təkrarla da, necə dedin ataya.

      Mən dediklərimi unutmadan bir də təkrarladım.

      – Anaaa, sən mənim hər şeyimsənnn…

      Hətta yalandan and içdim. Allahım bu yalana görə məni bağışla, dedim. Məni telefondaca o qədər öpdü kiii… Bir xeyli söhbət etdikdən sonra mehribancasına sağollaşdıq.

      Bir az vaxt keçəndən sonra yoldaşımın telefonuna mesaj gəldi.

      – Ataaaa, axşamın xeyir, necəsən?

      – Ata sənə qurban olar, balam.

      – Ataaa, “Səni çox istəyirəm. Bağışla səni incitdim”

      Yoldaşım sevincindən uşaq kimi atılıb düşürdü. Mənə dedi: “Balam mesaj yazıb e, bax”… Onun gözlərindəki sevinc yaşlarını gördüm. Heç vaxt onu belə görməmişdim.

      – Hə yəqin indi mənə də yazar, bax birinci sənə yazıb.

      – Hə sənə də yazar.

      Bir xeyli ata-bala yazışdılar. Hələ qızım bizimlə görüntü ilə də danışdı.

      Axşama yemək hazırladım, yanına getdik. Onu görə bilməsək də pəncərədən danışdıq. 8-ci mərtəbədə yatırdı balamız. Uzaqdan onu görür, telefonla isə səsini eşidirdik. Biz bunlara qatlaşmaq zorunda idik. Çünki başqa cür mümkün deyildi, onun yanına icazə vermirdilər. Buna baxmayaraq, hər gün yanına gəlirdik, vaxtlı-vaxtında yeməyini gətirirdik. Çünki ona ev yeməkləri lazım idi. İmmunitet qalxmalı, buna görə də yaxşı qidalanmalı idi. Qaynım da sağ olsun, bizə hər gün yardım edirdi.

      Hər səhər tezdən mən səhər yeməyi hazırlayır, yoldaşım aparır, o qayıdınca isə günorta yeməyi hazır olmalıydı. Bir az dincini aldıqdan sonra yenə gedirdi. Axşam isə ikimiz yanına gedirdik. Burda hava tez qaralır. Saat 17:00-dan hava qaralmağa başlayırdı. Axşamları bizim Bakı qədər gözəl olmasa da, bu şəhərin də öz gözəlliyi var idi. Bir də heç şəhərin gözəlliyinin fərqinə varmırdıq. Hava çox soyuq olduğundan tez evə qayıtmaq istəyirdik. Evin yanından çay axırdı. Çox gözəl idi. Amma çayın kənarında gəzmək həvəsində deyildik. Deyirdim qızım xəstəxanadan çıxsın, onunla doyunca gəzərik.

      Bütün düşüncələrəmiz, fikrimiz ancaq balamızla bağlı idi. Onu düşünür, ancaq onun sağlamlığı haqda fikirləşir-dik. Balamızın müalicəsi üçün böyük maddiyyat lazım idi. Bunun üçün də yoldaşım və oğlum ancaq bu haqda danışır, nə olursa olsun bu müalicəni başa çatdırmaq lazım olduğunu fikirləşirdilər. Buna görə narahat deyildim, dediyim kimi

Скачать книгу