Leykoz. Məlahət Həsənova
Чтение книги онлайн.
Читать онлайн книгу Leykoz - Məlahət Həsənova страница 7
Universitetin birinci kursunda qızım Nərgiz adlı bir qadının evində kirayə qalırdı. Gecə saat 03:30-04:00 olardı mənə sms yazdı.
– Ana yata bilmirəm ürəyimə gəldi ki, sən də oyaqsan.
– Hə, qızım oyağam.
– Paltar ütüləyirsən?
– Hə, nə bildin?
– Hiss elədim.
Mən də dəfələrlə ona yazıb deyərdim:
– Qızım, deyəsən oyaqsan həəə?
– Hə ana.
– Niyə?
– Gündüz yatmışam, sabah kurs işim var onu yazıram.
Belə hallar çox olmuşdu. Hətta bir-birimizə verdiyimiz sualların cavabını belə qabaqcadan bilərdik. Biz bir bütöv idik. Biz ayrıla bilməzdik.. Ona görə gecə-gündüz yalvarıram Allahıma, bu bütöv varlığı ayırmasın.
Oktyabr ayı da belə bitmək üzərəydi. Sonuncu gün ayın 31-i balamın yanına getdim. Qanıqara idi. Səbəbini bilirdim, tibb bacısı bu gün onun saçlarını kəsdiyini dedi. Doğrusu, pis oldum balam saçlarını çox sevirdi. Vaxtlı-vaxtında qulluq edərdi. Saçlarını həmişə təbii üsullarla yuyardı bitkilərlə, ya da cürbəcür bitkilərin yağlarından istifadə edərdi. İndi isə saçlarını kəsmişdilər. Onun bikef olduğunu görüb bilməzliyə vurdum özümü. O, pəncərədən mənimlə az danışdı. Hava çox soyuq idi. Şaxta var idi.
Evə gəldim, yoldaşıma dedim. Ancaq dedim ki, birdən telefonla danışsa, bildiyini deməsin.
Qızım bizim skaypa gəlməyimizi istədi, bizə sürprizi varmış.
Biz skaypı açdıq. Qarşımıza saçsız halda çıxdı. İkimiz də şokda olduq. Onun saçının kəsildiyini bilirdik. Ancaq saçsızlıq bu qədər bir insana necə yaraşarmış, İlahi?! O bir mələk kimi görünürdü. O qədər gözəl görünürdü ki…
Deyəsən, özünün də xoşuna gəlmişdi. Ən əsası odur ki, bunu qəbul etmişdi.
Belə halı bizə çox pis təsir etmişdi. Sanki belə halda bizə baxıb deyirdi: “Baxın, görün məni nə hala salmısınız?” Balam belə düşünməzdi heç vaxt, bu bizim düşüncələrimiz idi. Birdən-birə belə halda qarşımıza çıxması və bunu sürpriz adlandırması. İnanın ki, hansı ana bunu görsəydi bağrı çatlayardı. Mən isə dözdüm və balamın üzünə gülümsəyərək dedim:
– Qızım daha gözəl saçların olacaq…
– Hə, ana, yadına gəlir sənə deyirdim yayda, gəl ikimiz də saçımızı kəsək, yeni saçlarımız çıxar.
Qızım doğru deyirdi. Yayda qızımla bu haqda düşünmüşdük. Dedik kim biləcək, şal örtərik. Yeni saçların çıxması üçün saçımızı kəsmək istəyirdik.
– Qızım, istəyirsən ana da başını qırxsın? İkimiz də elə gəzək.
– Ana, bayırda şaxta varee, nə danışırsan? Soyuqlamaq istəyirsən? Sən xəstələnsən, mənə kim baxar?
Susduq… Bir xeyli yoldaşımla baxdıq balamıza. Ancaq yoldaşım özünü güclə saxlayırdı.
– Mən elə bildim atanın acığına gələr.
– Niyə ki qızım?
– Sən həmişə saç kəsməyimin əleyhinə idin.
Nə deyəsən, söz tapmadı yoldaşım.
Həmin günümüz ürək ağrısı ilə keçdi.
Yeni aya qədəm qoyduq. Noyabr ayı. Burda havalar necə də soyuq keçir. Şaxtalı idi hava. Biz isə heç nəyin fərqində deyildik. Ancaq xəbər gözləyirdik. İmmunitet isə qalxmaq bilmirdi.
Hamı bizə təsəlli verirdi: qohum, tanış, dostlar. Mesajlar yazılır, zənglər olurdu. Kimin əlindən nə gəlir, edirdilər. Dua edirdilər, nəzir verirdilər. Qurban kəsirdilər. Hamı halımıza yanırdı. Onlar halımıza yanırdı, bizim isə canımız yanırdı. Bizim ən yaxın ailə dostumuz var, bəlke də dostdan da irəli deyə bilərdim. Rasim müəllim və həyat yoldaşı Lətafət xanım. Onlar bizə zəng edir, bizimlə skaypla əlaqə saxlayır. Bizə ürək-dirək verir, hər şeyin yaxşı olacağını deyirdilər. Mənim qızım onları çox istəyirdi. Rasim müəllim demək olar ki, mənim yoldaşımı kiçk qardaşı bilirdi. Mən isə onun həyat yoldaşı Lətafət müəlliməni özümə bacı bilirdim, bacılarımdan ayırmırdım. Çünki bacı qədər əziz idi mənə. Tanıdığımız bu az müddətdə bizə onlardan yaxını olmamışdı. Çox mehriban, alicənab, qonaqpərvər insanlardı. Hələ onların bir gəlini var Sevinc. Elə gözəl xasiyyətli gəlindi ki… Sevinc həm də jurnalistdi. O qızımla yaxın rəfiqədi. Biz o qədər maraqlı söhbət edirdik ki. Həmişə onlardan ayrılanda insan vaxtın necə keçdiyini bilmirdi, heç ayrılmaq istəmirdik. Qızım bir dəfə mənə dedi:
– Ana, nə yaxşı bu insanları tanıdıq hə, onlarla yaxın olduq.
– Hə qızım, düz deyirsən, mən də çox istəyirəm Lətafət müəlliməni, Sevinci.
– Ana bilirsən, mən Rasim müəllimi Edisson əmim qədər çox istəyirəm.(Edisson əmisi qızımın ən sevimli əmisi idi) İnan o qədər çox istəyirəm ki, Lətafət xanımı, Sevinci. Sevinc elə bilirəm böyük bacımdı.
Ürəyinə yatmışdı bu insanlar, onlar da bizi çox istəyir, öz dualarını bizdən əsirgəmirdilər. Ən çox bizə zəng edib bizimlə maraqlanır, bizə dəstək olurdular.
Burda isə bizə ən böyük dəstək qaynım idi. Onun zəhməti böyük idi. Hər şey onun boynuna idi. Hər işini atıb bizimlə idi. Biz isə yoldaşımla hər gün xəstəxanaya gedir, balama yemək ve ehtiyacların aparırdıq. Qızım yaxşı qidalanmalı idi. Qidalanmasına fikir verirdik. Nə soyuğa baxmırdıq, nə şaxtaya. İki dəfə yoldaşım, axşam isə ikimiz gedirdik.
Bizimkilər toya hazırlaşırlar. Sabah hamı toyda olacaq. Qaynım oğlunun toyunda. Qoy toylarını eləsinlər. Allah xoşbəxt eləsin. Nə deyək ki. Bizə zəng elədilər ki, ürək ağrısı ilə bu toya gedirik. Başım ağrıdığından çox danışmadım, cavab verəsi halda deyildim. Oğlumun zəngi əhvalımı dəyişdi bir az.
– Salam ana.
– Salam oğlum, necəsən?
– Mən