Həya və Dəyər. Даг Солстад
Чтение книги онлайн.
Читать онлайн книгу Həya və Dəyər - Даг Солстад страница 3
Dözməyib bir pis söyüş daha söydü. Elə həmin anda da çətirini götürdu, sifəti qapqara, şəxsiyyəti alçalmış vəziyyətdə, sanki qozbel olmuş kimi onlara tərəf yönəldi. Amma yaxınlaşanda uşaqlar ehtiyatla kənara çəkildilər, onların arasından sivişib keçə bilsin deyə. Yağışdan islanmış, bu boş məktəb həyətindən çıxıb azad şəkildə, ruhu rahat olaraq, hamıdan uzaqlaşaraq Faqerboq küçəsi ilə aşağı doğru hərəkət etdi. O ruh halı ilə mütanasib olaraq cəld və iti addımlarla hərəkət edirdi. Birdən dərk edəndə ki o biraz öncə hansı əməli tutdu bu param-parça olmuş, dağılmış mənəviyyat dünyasında hər şey ona çılpaqlığı ilə aydın oldu.
Adət etdiyi bir şeyi etdi – Faqerborq küçəsi ilə aşağı doğru hərəkət etməyə başladı. Sadəcə bu dəfə həmişə etdiyi kimi Yakob Aals küçəsində sola dönmədi. Əvəzində Faqerborq küçəsinin dolambac yolları ilə aşağı doğru hərəkət etməyə başladı. Sonra Pilestredle yuxarı doğru daha sonra Stensparkın yanı ilə, Norbakkenin aşağısı ilə Bisletə doğru hərəkət etdi. Baxmayaraq ki o bu yolu instinktiv seçmişdi amma yenə də bu daxili fəryad və pozulmuş əhvalı ilə də bu tanımadığı yolların onu evə aparmadığını dərk edirdi. Sürətlə addımlayarkən ağlına gələn yeganə şey aşağı şəhərə doğru, camaatın çox olan yerinə getmək idi. Bu zaman bir şey ona gün kimi aydın idi. Bu onun Norveç dövlət məktəblərində müəllim kimi işlədiyi son gün idi. Bu onun son və həlledici çöküşü idi. O həm də dərk edirdi ki bayaqkı hərəkəti ilə o özünü Faqerbor məktəbində bir də dərs demək şansından ömürlük məhrum edib. O tamam məhv olmuşdu. Bu isə geri dönüşü olmayan çöküş idi. Nə qədər ya direktor ya başqa müəllimlər ona təsəlli versələr də burada nə var ki, bu hamının başına gələ bilər, qayit işini işlə deyə, artıq həmin məktəbinin həyətinə addımını ata bilməzdi. Sadəcə bilməzdi vəssalam! Hər şey bitmişdi. Hər şey ətrafda bu günün özü kimi tutqun və boz idi. Belə bir biabırçılıq başqasının yox məhz onun başına gəlmişdi axı. Yeri gəlmişkən, görəsən həmkarları məktəb həyətində yaşananaları gördülər? Bu düşüncənin özü belə onun bədənini keyitdi. Ay allah, bu nə iş idi mənim başıma gəldi? O qışqırdı. Amma bu həqiqət idi və olan olmuşdu. Həm də öz təcrübəsindən də bilirdi ki o ilk baxışdan sakit, mülayim görsənən və müəllimlər otağında oturan həmkarları hər bir hadisəyə, azacıq səs küyə qarşı çox diqqətli idilər. Onların gözündən nəsə qaça bilməzdi axı. Məktəb həyətində də nəsə nəzərəçarpan, gündəlik şablondan kənarda nəsə baş verəndə əvvəl bir müəllim sakitcə pəncərəyə yaxınlaşıb baş verənləri seyr edər, sonra 2-ci sonra 3-cü, beləliklə bütün müəllimlər otağındakılar olanlardan anındaca xəbər tutardılar. Yox! Yox! Beynindəkiləri silməyə çalışdı. Oldu bitdi! O lənətə gəlmiş çətirdən əvvəl-axır canımı qurtarmalıydım deyə düşündü, elə bu an gözü çətiri ata biləcəyi ictimai zibil qutusuna sataşdı. Yenə də beynindəkilər ona rahatlıq vermədi: Müəllim yoldaşları onun bir anlıq hirsli başla nə çığırdığını eşitmədilər ki. Amma nə olsun əvvəl-axır eşidəcəklər də biləcəklər də hər şeyi deyə öz-özünə pessimist şəkildə etiraf etdi. Bu axı bir dəhşətli qəza idi deyə o heyrətlə düşündü. Bu mənim bədbəxtliyimdi, bədbəxtliyim! Başqa heç nə. Necə axı mənim başıma belə bir iş gələ bilər deyə o acı-acı düşündü. Mən necə də gicbəsərəm! Və nə qədər etdikəri gicbəsərlik olsa da özünü gicbəsər adlandırmağa bir səbəb görmədi. Axı onsuz da nəyisə geri qaytarmaq olmazdı. Bu baş verə biləcəklərin ən dəhşətlisi idi deyə bir anlıq düşündü, amma özü də ozünə inanmadı. Yaxşı bəs indi mən nə edəcəm o, daxili bir şübhə ilə öz-özündən soruşdu. Arvadım bəs? Necə danışacam bütün olanları ona? Necə deyim ki, bütün qurduğumuz, yaratdığımız həyat bir anda başımıza uçub və bunun da günahkarı mənəm! Başqa sözlə bundan sonra yeməyə bir tikə çörəyi necə tapacağıq? Bu axı əsl biabırçılıqdı. Yox e, həyat daha heç vaxt bir də əvvəlki kimi olmayacaq deyə o düşüncəli tərzdə dedi. Hələ də sürətlə sakit Faqerborq küçəsi ilə addımlayırdı. Maşınların yan şüşələrində yağış damcılarını görəndə birdən ayıldı ki saçı, başı tam islanıb. Asfalt yağışdan nəm və qara, yarpaqlar isə qəhvəyi və sulu idi. Səma yağışı yerə töküb sanki yüngülləşmiş, açıq boz rəngə çalırdı. Amma birdən yenə Stenseparkın yanından keçəndə eynəyinin şüşələrində və saçında yağış damcıları hiss etdi. Norbakken küçəsinin lap aşağısında bir zibil qabı gördü və ona bu böyük bədbəxtliyi gətirən çətiri sakitcə ora qoymaq istədi və birdən təəccüblə hiss etdi ki bu çətirdən canını qurtarmaq onun gərgin bədənini yüngülləşdirməklə bərabər elə bil ki ruh halına da müsbət təsir edirdi. Guya bu dilsiz ağızsız şey bu qədər taleyüklü imiş. Hələ də qan damcılayan əlinə baxdı və qanı salfet ilə sildi. Bislete tərəf aşağı düşdü və yol dairəsinin yanında sakitcə durdu. İndi burdan hara getsin?
Bir neçə seçim var idi. Ya Homensbiyene doğru, ya hədsiz gözəl Yozefin küçəsi boyunca, orda oturub bir pivə içə bilərdi. Başqa bir seçim isə Uranonborq kilsəsinə doğru gedib ordan da möhtəşəm Kral sarayına keçmək idi. Doğrudan da ilin bu vaxtındakı kral sarayının möhtəşəm payız mənzərəsini görməyə dəyərdi. Oslonun bu əyri-üyrü mərkəzu küçələrində hara gedəcəyini heç özü də bilməyən bu şəxs mərkəzi küçə olan Karl Yohan keçəsinə doğru istiqamətləndi. Milli teatr, Opera, Oslonun başqa tarixi binaları bir-bir arxada qalırdı. O sağ tərəfə baxdı. Buradakı yol isə Teresa küçəsi ilə yuxarı doğru, Oslonun qərb hissəsinə – varlılar yaşayan yerə gedir. Orada isə yan-yana bahalı taxta həyət evləri və villalar uzanırdı. Birdən elə bil bu duyğulardan