Həya və Dəyər. Даг Солстад
Чтение книги онлайн.
Читать онлайн книгу Həya və Dəyər - Даг Солстад страница 6
Oslo isə hər ikisinin ortaq məhəbbəti idi. Elə buna görə də bu təpənin üstündən Elias Rukla və Yohan Kornelusen bir-birinə işgizar bir nəzərlə baxaraq xorla çığırdılar: “Bax bu aşağıda gördüyün Oslo şəhəridi. Oslo! Norveçin paytaxtı. Kral sarayı ilə, kral bağı ilə, Milli teatr ilə, 6-cı Frederik ilə, Oslo universiteti ilə, məşhur həmişə insanlarla dolu olan Karl Yohan küçəsi ilə tanınan şimal şəhəri. İkisinin də birdən aşağıda şəhərdə gördükləri, Norveç bayrağı ilə yanaşı dalğalanan Belçika bayrağı cəlb etdi. Yox bu Almaniya bayrağı idi. Nəsə bir bayram ya tədbir idi. İnsanlar əllərində bayraq, şən əhval-ruhiyyə ilə Oslonun ən böyük küçəsi olan Karl Yohan küçəsində gəzişirdilər. Söhbətə başı qarışan iki dost heç özləri də bilmədən mərkəzə gəlib dar bir yan küçəyə buruldular. Küçənin adını oxudular: Sərhəd küçəsi. Bəli Osloda belə eqzotik adları olan çoxlu küçə var idi. Elə bu an Elias göy tramvayın astaca yaxındakı dayanacaqda dayandığını gördü. Hər ikisi xoş əhvalla sürücüyə qışqıra-qışqıra tramvaya doğru qaçdılar. Görünən odu ki biraz gecikmişdilər. Yohanın bəxti gətirmədi və var gücü ilə bağlanmaqda olan tramvay qapılarına çırpıldı. (Sonralar etiraf etdiyinə görə həmin an bir anlıq hər şeyi unudub və yalnız gözünün qabağında rəqs edən ay və ulduzlar olub. Elias Rukla özünü həyacanla dostuna yetirdi. Onu yerdən qaldırdı, üst-başını təmizlədi. Yohan Kornelusenin frakının qabağı da cırılmışdı, düymələri qırılıb tökülmüşdü. Baş verəndən hədsiz qorxmuş kimi görünən tramvay sürücüsü özünü onlara yetirdi. Hər şeyin qaydasında olub olmadığını soruşdu və Yohana tramvaya minməyə yardım idi. Hər iki dost xeyli dərəcədə məmnun görsənirdilər. Ən azından onlar tramvayı qaçırmamışdılar. Tramvay onlara görə, bəli, bəli yalnız onlara görə ləngimiş və yalnız onlar yenidən minənəndən sonra yola düzəlmişdir. Bu fakt cavan dostlara məmnunluq gətirməyə bilməzdi. Yohan Kornelusen və Elias Rukla beləcə tramvayda Oslonu bir xeyli dolaşdılar. Tramvayla gəzintinin verdiyi məmnunluqdan və yorğunluqdan süstləşib sakitcə oturmuşdular. Nəhayət tramvay dayandı və sürücü bu dayanacağın sonuncu olduğunu elan etdi. Əvvəl sürücü ardındca isə Eliasla Yohan tramvayı tərk etdilər. İxtisasca dağ-mədən mühəndisi olan, süxurları, dağları,vulkanları yaxşı bilən tramvay sürücüsü ilə iki dost arasında çox təlimatlandırıcı və maraqlı söhbət baş tutdu. Təəsüf ki, sürücü tramvayını geriyə sürməli idi. Yohan Kornelusen və Elias Rukla onunla çox isti sğollaşıb bu gözəl dağlıq, meşəlik ərazini özləri üçün tədqiq etməyə başladılar. Ətrafdakı bütün villalar, yollar eyni idi. Hər şey bir-birinə çox bənzəyirdi. Hətta yol kənarına yığılmış qarın hündürlüyü belə hər yerdə eyni idi. Ətrafda bir adam da yox idi ki onlar bu labirintdən necə çıxmalı olduqlarını, buranın hara olduğunu soruşsunlar. Xəbərləri də olmadan Oslonun tanımadıqları ucqar bir yerinə gəlmişdilər. Bir-iki saat beləcə nəsə aşkar etmək üçün ətrafı gəzdilər. Amma bir nəfər də qarşılarına çıxmadı. Yalnız günortadan sonra nəhayət ki, insanlar işdən evə qayıtmağa başlayanda onların bəxt gətirdi. Maşınını öz dəbdəbəli villasının qarşısında saxlayıb, maşından enən kişi iki yad tələbələri görüb təəccübləndi. Möhtəşəm qarajı, villasının qabağındakı 7-8 metr artırması bu kişinin hansı kateqoriyadan olması haqda aydın təssəvvür yaradırdı. Kişi çəkinə-çəkinə onlara geriyə yolu, tramvay stansiyanın harada olmasını izah etdi. Yohan Kornelusen dedi ki, onlar tələsməlidirlər. Cünkü cəmi bir saata Sent Antondakı dağ xizəyi yarışması lent yazısı şəkilində televizorda olacaq. Xoşbəxtlikdən dostlar bu yarışa çatdılar. Onlar yarışın başlanmasına cəmi 5 dəqiqə qalmış özlərini Yohan Kornelusenin ən sevdiyi restoran olan Krölleyə saldılar. Zirzəmidə yerləşən bu restoranın televizoru var idi. Onu divarın üstündə dəmirə bərkitmişdilər. Keçib iki nəfərlik yerlərdən birində oturdular. Elə oturdular ki Yohan üzü televizorun ekranına tərəf, Elias isə üzü Yohana tərəf olsun. Hər dəfə maraq ona güc gəlib televizora baxmaq istəyəndə Elias Rukla 180 dərəcə çevrilməli olurdu. Beləcə Sent Antondakı bu yarış başladı. Əvvəl bir-bir idman geyimində olan xizəkçilər gəldi ekrana. Sonra isə onlar özlərini Alp dağlarından aşağı doğru atdılar. Bu idmaçıların çoxunu Yohan üzdən də tanıyırdı. Avstriyanı, Fransanı, Qərbi Almaniyanı, Şərqi Almaniyanı təmsil edən xizəksürənlər idi. Sən demə Yohan Kornelusen dağ xizək yarışlarının böyük azarkeşi imiş. O hər bir idmançının bu yarış öncəsi hansı formada olmasını, kimin hansı zəif, üstün cəhətlərinin olmasını hətta yarışın favoritinin kim olmasını belə bilirdi. Onlar oturub televizorda bu yarışa baxdıqca o, Elias Ruklaya bu barədə elə hey danışırdı. Budur bax, fransa idmançısının fiziki hazırlığı zəifdir. O tez yorulacaq. Budur fransa idmaçısı sağa döngələrdə çatdırmır. Döngələrdə çox xal itirəcək o. Yarış bitəndən sonra onlar bədənlərində günün gətirdiyi yorğunluğu aydın hiss etdilər. Hər ikisinin qarşısında çox sayda boş pivə butulkası vardı. Bu butulkaları oynada-oynada bir-birlərinə baxırdılar. Dəhşətli aclıq hiss edirdilər. Pulları isə deyəsən tamam bitmişdi. Yohan Kornelusen rahat idi, qayğısız görkəmi var idi. Görünür nəsə bir planı vardı. O ofisiantı yanına çağırdı, onunla uzun-uzadı nəsə danışdı və vəziyyəti izah etdi. Az sonra ofisiant əlində iki dolu bakal pivə, iki dolu boşqab ət, soğan, pomidor, yaşıl noxud, yerkökü olan məcməyini ehtiyatla onların stolunun üzərinə qoydu. Stolun üzərində əvvəlcədən qoyulan müxtəlif dadlı souslar, ketçup, moyanez və duz-istiot hələ də onların qarşısında idi. Onlar acgözlüklə yeməyə girişdilər. Yedilər və pivədən içdilər. Ağızlarını marçldadaraq yeyirdilər və tez-tez pivələrindən iri bir qurtum alırdılar. Bu arada sohbət etməyə də imkan tapırdılar. Dərin bir maraqla biri-birinin son zamanlar izlədiyi filimlər haqqında danışıqlarına qulaq asırdılar. Yohan Kornelusen Konisbergdən (Rusiya Federasıyasının Kalininqrad şəhəri) olan bir kişi haqda danışmağa başladı. Bu kişi Yohanın cavan həyatına böyük təsir etmişdi. Yalnız az sonra Elias Rukla Konisbergin Köningsberg olmasını Yohanın danışdığı təsir edici kişinin isə Emmanuel Kant olmasını dərk etdi. Həə, Kalininqraddan olan kişini deyirsən? O soruşdu. Yohan Kornelusen Kantın bəşər tarixinə möcuzəvi təsirindən, fəlsəfi fikirlərindən, ona və ideyalarına olan sevgisindən uzun-uzadı danışdı. Söhbət elə qızışdı ki, onlar bir neçə saat stolun arxasından durmadılar. Sonda Yohan Kornelusen özünü narahat hiss etdi və buradan hansısa əyləncə məclisinə getmək istədiyini bildirdi. Yenidən həmin, dünənki, Soqn tələbə şəhərciyində təşkil olunan tədbirə can atırdı. Bu dəfəki məclis şəhərciyin başqa binasında başqa mənzilində başqa insanların iştirakı ilə baş tuturdu. “Burdan gələcək mənfəət də tamam ayrı cür olacaq” – Yohan gülə-gülə dostuna dedi. Onlar həmin məclisə qalxıb qapının zəngini çaldılar. Qapını açanlar kandarda dayananlar Yohan Korneluseni görüb sevinclə çığırışdılar. Onlar indi məclisin istisini və musiqi səsini daha yaxından duya bilirdilər. Mənzil əllərində pivə butulkaları olan tələbələrlə dolu idi. Elias nə qədər çalışdı ki Yohanı gözdən qoymasın və daima onun yanında olsun, amma alınmadı. Qısa müddət sonra o dostunu gözdən itirdi. Eybi yox, o düşündü, əvəzində bir əlinə bir bakal, o biri əlinə isə bir butulka pivə alıb məclisə qarışdı. Pivəni gah butulkadan gah da bakaldan içərək başı dumanlı halda ətrafda baş verənlərə baxırdı. O, hər