Həya və Dəyər. Даг Солстад
Чтение книги онлайн.
Читать онлайн книгу Həya və Dəyər - Даг Солстад страница 7
Artıq Yohanla əsl dosta çevrilidiklərini hiss edə bilirdi. O dostunu yandan dümsüklədi və Yohan Kornelusen yuxudan ayıldı. “Mən indi gedirəm” Elias dedi. “Gəlirsən səndə?” O dostundan soruşdu. Yohan başı ilə təsdiq cavabı verdi sonra yenidən stolun üstündə üzü üstə çevrilib yatdı. Elias yenidən onu dümsüklədi: “Səninləyəm e, gedirsın ya yox?”
Yohan heç nə demədi asta-asta, əziyyətlə ayağa durdu. Onlar çıxışa yaxınlaşıb fraklarını əyinlərinə keçirdilər. Binadan çıxan kimi soyuq Oslo martı onları şaxta və sazaqla qarşıladı. Bu mart səhərinin soyuğu onların yorğun, əldən düşmüş bədənlərini dəlib-keçib düz iliklərinə işlədi. Bir qədər aşağı birlikdə gedəndən sonra yol ayrıcına çatdılar. Bu yerdə onların yolu ayrılırdı.
“Yaxşı görüşərik,” – Elias dedi.
“Oldu, hələlik,” – Yohan cavab verdi.
Beləcə dostlar ayrıldılar. Amma yalnız bugün üçün, cünkü bundan sonra onlar daha sıx-sıx görüşüb birlikdə vaxt keçirməyə başladılar. Hər yerə bilkdə gedird-lilər, başlarına gələn hər şeyi bir-biri ilə bölüşürdülər. Bir sözlə olmuşdular əsl dost! Onların münasibəti hətta Elias fəlsəfə fakultəsindəki dərsini bitirib imtahanını verəndən sonra da kəsilmədi.
Burda gizli heç nə yox idi! Elias Rukla Yohan Kornelusenlə dostluğu ilə fəxr edirdi. Düzdü tələbələrlə, dost tanışla danışanda bu barədə, bu faktı o həmişə gizlətməyə çalışırdı. Amma bu alınırdımı onda? Bu böyük və açıq qalan sualdı. Ən əsası bunu özündən gizlətmirdi. Hər zaman daxilində özüylə danışarkən etiraf edirdi ki Yohanla dostluq onun üçün çox şey deməkdi və bu cür oğlanla dostluq etdiyi üçün o fəxr edirdi. Bir müddət sonra onlar o qədər mehriban və ayrılmaz dost oldular ki, insanlar haradasa onların birini görəndə dərhal o biri dostu axtarırdılar və iki dostu birlikdə görməyəndə çox təəccüblənirdilər. O özü də başa düşmüşdü ki, adamlar Yohan Korneluseni hardasa görəndə dərk edirdilər ki, Elias Rukla da haradasa yaxınlıqdadır və bu dəqiqə o da peyda olacaq.
Bu dostluq ona özünü xüsusi statusda saymağına şərait yaradırdı. Görün o kimin dostu idi? Yohan Kornelusenin! Yohan onu özünə ən yaxın dost seçmişdi! Eyni zamanda onu da yaxşı dərk edirdi ki həmişə və hamının yanında Yohanın kölgəsində qalacaq. Amma fakt bu idi ki onlar çox mehriban və ayrlmaz dost idilər. Bu da o demək idi ki, Eliasın özündə də nəsə qeyri-adilik var. Yoxsa Yohan onu niyə özünə dost seçsin ki. Bu fikirlərlə Elias həmişə özünü sakitləşdirərdi. Bu “ qeyri-adliyin” nədən ibarət olduğu üzərində isə Elias Rukla həmişə baş sındırardı amma ağlına bir şey gəlməzdi. Axı nəsə olmalıdı onda. Nəsə ki Yohanın onun dostluğunu başqalarının dostluğundan üstün tutmasını şərtləndirsin. Nə axı? Yumor hissi, ünsiyyətcil olması, Yohanla üzbəüz oturarkən həmişə olduğundan daha səmimi və açıq olması? Bu nə sirri-xudadırsa Elias nə qədər düşünsə də bunu tapa bilmirdi. Amma bəlkə də elə yaxşı ki tapmırdı. Cünki həm də qorxurdu ki, birdən bu “nəsəni” tapsa o “nəsə” yoxa çıxar. Yoxa çıxmasa da onu biləndən sonra Eliasın hərəkətlərində, davranışında təbiilik yoxa çıxar. Və bu “nəsənin” də sehirli qüvvəsi artıq işə yaramaz. Yaxud da bu “nəsə” daha az dəyərli bir şeyə çevrilər.
“Bəlkə də elə mənim başqaları kimi ona heyran olmamağım, onu qeyri-adi insan saymamağımdı onun mənə belə marağını oyadan. Mən isə qeyri-səmimi olsam aramızdakı münasibətə xələl gətirərəm” Elias düşündü.
Bu düşüncələr onu çox utandırıdı. Sonra isə bu utanc hissi onlar Yohanla birlikdə olanda keçmirdi belə anlarda isə mənzərə adətən belə olurdu: Bir tərəfdə həyat eşqi ilə dolu, şən Yohan digər tərəfdə isə qaşqabaqlı, özünə qapanan Yohanın kölgəsi. Bu onların dostluğu idi. Hər nə qədər qəribə görsənsə də.
Bu özünə qapanışın səbəbi o idi ki, Elias dostuna qarşı içində tüğyan edən hədsiz minnətdarlıq hissini boğmaq istəyirdi. O heç bir vəchlə bunu biruzə vermək istəmirdi.
Dostuna hədsiz məftunluq və minnətdarlıq duyurdu. Yohanla dostluq onun həyatını dəyişmişdi və bu dəyişiklik yalnız müsbət istiqamətdə idi. Bütün bunlara görə daxilində Yohana qarşı inanılmaz təşəkkür hiss edirdi.
Yohanla dostluq onu çox varlı etmişdi. Yohanın həyat iştahası hədsiz böyük idi. Və birlikdə yaşadıqları macəralı, bir-birinə bənzəməyən günlər tələbə həyatını onlar üçün daha da maraqlı etmişdi. Plansız şəkildə həyat və xöşbəxtlik axtarışı ilə, dərs oxumaqlarla, içki məclisləri ilə, maraqlı müzkirələrlə dolu olan həyat davam edirdi. Yohan Kornelusenin həyat maraqları, gördüyü işlər çox maraqlı və rəngarəng idi. Onun etdiklərini böyük ölçüdə yamsılayan Elias Rukla da özlüyündə hiss edirdi ki heç vaxt belə maraqlı, dəyərli həyat yaşamayıb Yohan-la dostluq ona həm də dəyər verdi. Həyatına və özünə dəyər qatdı. O indi hiss edirdi ki, o artıq yaşayır. Yohan Kornelusen çox üsulluca buz hokkeyi və Kant arasında, yaxud reklam lövhələri və Frankfurt fəlsəfə məktəbi arasındakı eləcə də klassik müsiqidən tutmuş rok musiqisinə kimi bütün müzakirələrdə baş rolda ola bilirdi. Çox sürətli analiz etmə qabiliyyətinə malik Yohan heç bir mövzuda mübahisələrdən qaçmazdı. Çox əhatəli maraq dairəsi vardi: musiqi, buz hokkeyi, ədəbiyyat, film, xizəkçilik, siyasət, reklamlar bunlardan yalnız bəziləri idi. Onun hətta alpinizmə də xüsusi marağı vardı. Antik əşyalar, kino klublar, yeni buraxılış televiziya və radio aparatları da onun maraq dairəsində idi.
Əslində isə o çox böyük bir ictimaiyyətçi idi. İdmanla məğul olmağı çox da sevməzdi amma ictimayyət arasında olmaq ona xoş gəlirdi. Dağ Xizəkçilik yarışlarını da izləmək ona xüsusi zövq verirdi. Onlar hələ uzun illər eyni restoranda ilk görüşlərində oturduqları kimi-iki nəfərlik dəyirmi stolda, Yohan üzü televizora qarşı, Elias isə üzü Yohana qarşı oturub yarışları izləyərdilər. Bu zaman o Yohanın mənalı şərhlərini, idmançlar haqda məlumatlarını həvəslə dinləyərdi. Arxası televizora tərəf olsa da özünü bu yarışlara baxmış kimi hiss edirdi. Yeri gəlmişkən Eliasda dostuna qarşı bu meftunluğu yaradan onun fəlsəfə ilə idmanı eyni zamanda bu dərəcədə