Həya və Dəyər. Даг Солстад

Чтение книги онлайн.

Читать онлайн книгу Həya və Dəyər - Даг Солстад страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Həya və Dəyər - Даг Солстад

Скачать книгу

– Yohan sorşdu, – İbsendən?”

      “Hə, elə İbseni düşünürəm” – Elias cavab verdi.

      “Dayan, dayan, – Yohan dedi, – səni mən Yakob müəllimin Vitqanştayn haqqındakı seminarında görmüşəm deyəsən”.

      “Hə, orda olmuşam” – Elias Rukla dedi və Yohanın Vitqanştaynın, belə böyük tədqiqatçısının yalnız adını çəkməsinə, onunla köhnə tanışı kimi davranmasına təəccübləndi. Amma, allah tərəfi, bu onda çox təbii alındı. Yohan Kornelusenə çox güman ki İbsen və Vitiqenştaynın vəhdəti maraqlı gəlmişdi. Bəlkə də elə bu səbəbdən o Eliasa Frederikkeyə getməyi (Frederrike – Oslo universitetinində tələbə kafesi – red.) və orda oturub birlikdə pivə içməyi təklif etdi. Onlar Frederikkedə oturub bir-birinin ardınca pivə içdilər və söhbətləri çox maraqlı alındı. Hava qaralmağa başlayanda isə Yohan Kornelusen təklif etdi ki onlar Yordal Amfi hokkey zalına gedib, VİF- GİF qarşılaşmasına baxsınlar.

      Onlar mart axşamının alatoranlığında Oslo küçələri ilə irəliləyirdilər. Sulu qar palçığa qarışmışdı. Onlar tramvaydan düşəndə narın yağış yağırdı. Mart küləyinin müşaiyəti ilə tərk edilmiş Oslo fermalarından keçib Yor-dal Amfi idman kompleksinə çatdılar. Bu hokkey zalı Oslonun şərqində yerləşirdi. Elias Rukla və Yohan Kornelusen 300-400 digər hokkey həvəskarı (Elias Rukla hokkey həvəskarı deyildi) ilə ayaqüstü tribunada öz yerlərini tutdular. Hokkey meydançası boz və sürüşkən idi. Rəngbərəng geyimləri ilə diqqət çəkən hokkeyçilər qoruyucu başlıqlara və ayaqlarındakı dəmir konkilərlə buz üzərində ora-bura elə məharətlə şütüyürdülər ki, sankı elə buz üstündə də doğulublar. Hokkey çubuqları, balaca, qara şayba. ( Şaybanı bu buz meydançasında izləmək Elias Ruklaya çox çətin idi). Hokkey maraqlı aləm idi: Buzu cızan hokkey çubuqlarının səsi, amansız toqquşmalar. Hokkey topu uğrunda gərgin mübarizə. Onlar az sayda olan GİF tərəfdarlarının arasında oturdular. GİF başqa sözlə “Qədim Şəhər” adlanan bu komanda Oslonun içərilərində, qədim şəhərdə yaşa-yanların komandası idi. Onlar indi enişdə olan amma tarixli, köklü bir klub idi. Digər komanda VİF isə Volerenqa adının qısaldılmış forması idi. Onlar Oslonun şimal-şərq hissəsini təmsil edirdi. İçəri Şəhəri təmsil edən komada hokkey aləmində son akkordlarını vururdusa, Volerenqanın heç şübhəsiz ki, irəlidə bir-birindən uğurlu illəri vardı. Əslən Oslodan olmayan, ölkənin şərq hissəsində yerləşən balaca bir stansiya şəhərindən olan Yohan Kornelusen təbii ki GİF-ə könül vermişdi. İndi isə o Elias Rukla ilə bərabər tribunadakı yerlərini alıb ürəkdən azarkeşlik edirdilər. O cibindən dəmir su qabını çıxartdı ( içində hər şey ola bilərdi), bir qurtum içib Elias Ruklaya təklif etdi, sonra isə yaxınlıqdakı bütün azarkeşlərə təklif etdi.

      “Bir söz deyim amma heç kim bilməsin ha” O Eliasa dedi. “Mən hokkeyi futboldan daha çox sevirəm. Eşitdin nə dedim? Bax heç kimə haa!”

      Eliasda bunun tam əksi olduğu üçün dostunun hokkeyi futboldan niyə bu qədər çox sevdiyini soruşdu.

      “Səbəb çox sadədir! Ritm, sürətli temp” Yohan Kornelusen ciddi cavab verdi.

      “Hokkeyin ritmi sənlə mənə daha uyğun gəlir” Yohan Yornelusen dedi.

      “Bizə?” Elias Rukla təəcübünü gizlədə bilmədi.

      “Bəli Bizə!” Yohanın heç nə olmayıbmış kimi cavab verdi. “1960-cı illərin adamlarını nəzərdə tuturam”

      “Hokkey, elə bil ki, insanların rok musiqisinə cavabdı” – Yohan dedi.

      Oyun bitdikdən sonra onlar Stortveits kafesində oturub biraz da pivə içdilər. Yenə söhbətləri maraqlı alındı və kafe bağlanana kimi pivə içən Elias Rukla və Yohan Kornelusen müxəlif mövzuları müzakirə etdilər.

      Kafe bağlananda isə onlar hər ikisi də Soqn tələbə şəhərciyinə doğru yönəldilər (Osloda yalnız tələbələrin yaşayışı üçün tikilmiş 20-25 binadan ibarət kiçik şəhərcik). Düzdü Soqnda onlar hərəsi ayrı-ayrı binalarda yaşayırdılar amma yolları bir idi və onlar bu birlikdəlikdən zövq alaraq yaşadıqları yerə çatdılar. Burada da onlar ayrılmaq istımədilər. Gecəni maraqlı bir musiqili məclislə yekunlaşdırmaq istədilər. Yohan Kornelusen tələbələrdən birinin evində belə bir partinin olduğunu bilirdi və dostunu da götürüb həmin evə gəldi. Qapıya çatanda Yohan Kornelusen qapının zəngini basdı və içəridəkilər Yohanı ən hörmətli, dəyərli qonaq kimi salamladılar. İki dost məclisin lap qızışan vaxtında gəldiklərindən çox düşünmədən oxuyan, oynayan, zaraftlaşan tələbə yığınına qoşuldular. Onlar pivə ardınca pivə içirdilər. Hətta axırda içdikləri pivənin belə sayını itirdilər. Gecənin bir aləmində Elias Rukla hiss etdi ki Yohan yoxa çıxıb. Biraz axtardıqdan sonra dostunu mərtəbənin ümumi mətbəx stolunun üstündə bir xanımla qucaqlaşıb yatan vəziyyətdə gördü. Elias şox yorğun və içkili olduğundan elə bu mətbəxdəcə yerə uzanıb əllərini balış kimi başının altına qoyub yatmışdı. Birdən o ətrafda səs eşitdi, sonra elə bil kimsə onun çiynindən tutub silkələdi. O başını qaldıranda başının üstündə Yohan Korneluseni gördü. Soqn tələbə şəhərciyinin bu binasının bu mətbəxinin pəncərəsindən günəşin ilk şəfəqləri içəri süzülürdü. Yohanın əlində isə bir şüşə buz kimi soyuq akevit vardı. “Dur, səhər yeməyimizi yeyək” – o dedi.

      O soyuducudan şokalad yağı, cem, siyənək balığı və pendir çıxartdı. Yumurta qaynatdı. Elias Rukla isə bu ərəfədə hamama keçib duşu açdı və su axınının altında dayandı. İlk tələbələr artıq yavaş-yavaş binanını tərk edirdilər. Dünən həmin məclisdə olan tələbələr isə Eliasla Yohanın olduğu mətbəxə girib stolun ətrafında oturdular. Qızlar və oğlanlar bir yerdə əyləşib nahar etməyə başladılar. Bəziləri hətta dünənki içki məclisi bəs deyilmiş kimi indi də bu səhərin erkən saatlarında əllərini stolun üstündə olan pivə və akervitə uzadırdılar. Belə tezdən içməyin bütün dərs gününü məhv edəcəyini düşünüb heç içməyən tələbələr də vardı aralarında, amma onlar azlıq təşkil edirdi.

      Stolun ətrafında oturan qızlardan biri Elias Ruklaya çox tanış gəldi. Biraz düşünəndən sonra o qızın dünən gecə Yohan Kornelusenlə mətbəx stolunun üstündə qucaqlaşıb yatan qız olduğunu yadına sala bildi. Bu qız yalnız yemək yeyirdi və əlini heç içkiyə uzatmırdı da. Qız Yohan Kornelusenin yanında otursalar da gecə aralarında nəsə olmasına dair heç biri kiçik bir nişanə də vermirdi. Ya hər şeyi tam unutmuşdular, ya da belə olmasının hər ikisinə daha xeyrli olması düşüncəsində idilər. Yohan Kornelusen onunla biraz da nəşəli şəkildə asta-asta söhbət edirdi. Əhvalı isə Oslo şəhərinin günəşi kimi ilıq və laqeyd idi. Onlar dünən aralarında heç nə olmayıbmış kimi şirin-şirin söhbət edirdilər. Ya da ki elə olmuş kimi. Və Soqn tələbə şəhərciyinin üzərinə doğan yeni gündə yeni arzularla yeni ehtiras və istəklə danışırdılar. Dünən artıq onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi. Bu yeni gün bu xanıma Blinderndə yeni bir dərs günü, Yohana isə universitet həyatında yeni səhifə demək idi. Amma bu an hər şey fərqli idi. Onlar Yohan Kornelusen, Elias Rukla, bu qız və dünənki

Скачать книгу