Radetski Marşı. Йозеф Рот

Чтение книги онлайн.

Читать онлайн книгу Radetski Marşı - Йозеф Рот страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Radetski Marşı - Йозеф Рот

Скачать книгу

ölünün üzərinə doğru əyildi, görkəmli bığını öpdü, əlil təqaüdçülərə dönərək başını əydi; oğlunu çağırdı.

      Çöldə oğlandan soruşdu:

      –Onu gördünmü?

      –Bəli, – oğlan dedi.

      –O, sadəcə, jandarm baş çavuşuydu, – atası dedi, – Solferino müharibəsində imperatorun həyatını qurtardım, sonra da baronluq titulunu aldıq.

      Oğlan dinmədi.

      Əlil təqaüdçü Laksenburqun kiçik məzarlığının hərbi hissəsində dəfn edildi. Ölünün tünd mavi formalı altı yoldaşı tabutu kiçik kilsədən məzara qədər daşıdı. Dəbilqəli və mərasim uniformalı mayor Trotta dəfn boyunca bir əliylə oğlunun çiynindən tutdu. Oğlan hıçqırdı. Hərbi orkestrin hüznlü musiqisi, orkestr ara verdiyi zaman qulağa gələn melanxolik, monoton dini nəğmələr və yavaşca uçub yox olan buxar oğlanı anlaşılmaz, dərin bir ağrıya qərq eləmişdi. Bir manqa əsgərin məzarın üstündən açdığı atəşlərin səsi uzun-uzadı əks-səda verərək onu amansızcasına sarsıtdı. Ölünün göyə qalxıb bu dünyanı əbədi olaraq tərk edən ruhunun arxasınca hərbi salam göndərilirdi.

      Atayla oğlu geri döndü. Baron yolda heç danışmadı. Təkcə qatardan düşüb stansiyanın bağçasının arxasında onları gözləyən arabaya minərkən dedi:

      –Unutma onu, babanı.

      Baron vərdiş etdiyi gündəlik həyatını davam etdirdi. İllər dinc, sakit təkərlər kimi bir-birinin ardınca yuvarlanıb getdi. Baş çavuş baronun dəfn etməyə məcbur olduğu sonuncu ölü olmadı. Əvvəlcə qayınatasını, bir neçə il sonra da ağır bir sətəlcəmdən dərhal sonra tez-tələsik və vidasız bir şəkildə ölən arvadını basdırdı. Oğlunu Vyanada pansionat-məktəbə qoydu və heç bir zaman hərbçi olmayacağına qərar verdi. Özü malikanənin hələ də ölülərin nəfəsinin hiss edildiyi ağ, geniş evində təkbaşına qaldı; təkcə meşəbəyi, təsərrüfat müdiri, xidmətçi və sürücüylə danışır, getdikcə daha nadir hallarda hirslənirdi. Lakin xidmətçilər baronun kəndli yumruğunu həmişə ənsələrində hiss edir; qəzəbli susqunluğu insanların çiyinlərində bir boyunduruq kimi asılı dururdu. Baron ətrafına fırtınaqabağı səssizliyə bənzəyən bir qorxu yayırdı. Oğlundan ayda iki dəfə itaətkarlıqla yazılmış məktub alır, özü isə ayda bir dəfə oğlundan gələn məktubların hörmət göstəricisi olaraq boş buraxılan kənarlarını kəsərək əldə etdiyi kiçik kağızların üzərinə iki cümlə yazaraq cavab verirdi. İldə bir dəfə, imperatorun ad günü olan on səkkiz avqustda formasını geyinib ən yaxın qarnizonun olduğu şəhərə gedirdi. İldə iki dəfə – milad və yaz tətilində oğlu ziyarətə gəlir; milad axşamı atasından imzasıyla təsdiq etdiyi, özüylə aparmasının qadağan edildiyi üç gümüş qulden alırdı. Quldenlər həmin axşam yaşlı kişinin siyirtməsindəki kiçik bir qutuya qoyulurdu. Quldenlərin yanında oğlanın çalışqanlığını, adi, amma kafi qabiliyyətlərini göstərən məktəb qiymət cədvəlləri də vardı. Oğlana heç bir zaman cib xərcliyi verilmir, nə bir oyuncaq, nə də məktəbdə nəzərdə tutulanlardan əlavə kitab alınırdı. Görünüşcə hər hansı bir şeydən məhrum deyildi. Təmiz, həqiqi və dürüst bir ağlı vardı. Sonsuz xəyal gücündə məktəb illərini mümkün olduğu qədər tez geridə buraxmaqdan başqa bir arzu yer tutmurdu.

      Bir milad axşamı atasından "Bu il sənə üç qulden verməyəcəyəm! İmza qarşılığında qutudan doqquz qulden götürə bilərsən. Qızlara diqqət yetir! Çoxu xəstədir" sözlərini eşitdikdə on səkkiz yaşında idi. Atası bir az ara verdikdən sonra davam etdi:

      –Hüquqşünas olmağına qərar verdim. O zamana qədər iki il vaxtın var. Əsgərlik gözləyə bilər. Təhsilin bitənə qədər təxirə salmaq mümkündü.

      Oğlan həm doqquz quldeni, həm də atasının arzusunu eyni itaətkar rəftarla qəbul etdi. Qızların yanına nadir hallarda gedir, seçimini ehtiyatla edirdi və yay tətilində evə döndükdə cibində hələ də altı qulden pulu vardı. Atasından bir yoldaşını malikanəyə dəvət etmək üçün icazə istədi. Mayor bir az təəccüblənərək razılıq verdi. Oğlanın yoldaşı kiçik bir çamadanla, amma ev sahibinin çox da xoşuna gəlməyən rəssamlıq ləvazimatlarıyla gəldi.

      –Şəkilmi çəkir? – deyə yaşlı kişi soruşdu.

      –Həm də çox gözəl çəkir, – oğlu Frans dedi.

      –Evi batırmasın! Mənzərə şəkilləri çəksin!

      Qonaq açıq havada çalışırdı, lakin mənzərə şəkilləri deyil, fikrində baron Trottanın portretini çəkirdi. Hər gün yemək vaxtı ev sahibinin üz cizgilərini yaddaşına həkk edirdi. Baron bir gün soruşdu:

      –Mənə niyə elə bütün günü baxır?

      Oğlanların ikisi də qızararaq başlarını önlərinə əydilər. Portret buna baxmayaraq bitdi və vida anında da yaşlı kişiyə çərçivəli halda təqdim edildi. Baron rəsm əsərini gülümsəyərək və diqqətlə gözdən keçirdi. Sanki ön tərəfdə olmayan bəzi təfərrüatları arxa tərəfdə tapmağı gözləyirmiş kimi rəsmin arxasını çevirdi, onu pəncərəyə doğru, sonra bir az uzaqdan gözlərinin düz önünə tutdu, güzgüdə özünə baxdı, gördüklərini portretlə müqayisə etdi və nəhayət, dedi:

      –Haradan asılacaq?

      Uzun illərdən bəri ilk dəfə sevinirdi. Fransa yavaş səslə dedi:

      –Əgər ehtiyacı varsa yoldaşına borc pul verə bilərsən. Yaxşı dolanın!

      Portret yaşlı Trotta üçün indiyədək edilən yeganə şey idi. Sonralar oğlunun salonuna asılaraq nəvənin xəyallarını məşğul etdi…

      Portret mayoru bir neçə həftə boyunca nadir hallarda olduğu şən bir əhvalda saxladı. Rəsmi bəzən bu divara, bəzən o birisinə asır, könlünü oxşayan bir məmnunluq içərisində sərt xətli və çıxıntılı burnunu, bığsız, solğun, incə ağzını; bir təpəcik kimi kiçik, qara gözlərinin qarşısında yüksələn quru almacıq sümüklərini və iti xətlərlə kəsilmiş inadkar, qabarıq saçlarının altındakı qırışlarla dolu dar alnını gözdən keçirirdi. Çöhrəsini hələ yenicə tanımağa başlayır, özüylə səssizcə danışırdı. İçində indiyədək heç tanımadığı düşüncələr, xatirələr, birdən naməlumlaşan kədərli kölgələr oyanırdı. Sanki yaşını və böyük tənhalığını dərk etmək üçün bu şəkil lazımlı idi və budur, indi boyalı rəsmdən tənhalığı və yaşı gurhagur üstünə gəlirdi. "Həmişəmi beləydim?" – deyə öz-özündən soruşurdu. Həmişə belə idimi? Bəzən məqsədsiz olaraq məzarlığa gedib arvadının qəbrinə baş çəkir, boz başdaşına, tabaşir kimi ağ xaça, arvadının doğum və ölüm tarixinə baxır, onun çox erkən öldüyünü hesablayır və öz-özünə onu tam olaraq xatırlamadığını etiraf edirdi. Məsələn, əllərini unutmuşdu. "China-Eisenwein" – arvadının illər boyunca qəbul etdiyi bir vitamin siropu ağlına

Скачать книгу