Radetski Marşı. Йозеф Рот

Чтение книги онлайн.

Читать онлайн книгу Radetski Marşı - Йозеф Рот страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Radetski Marşı - Йозеф Рот

Скачать книгу

başını yüngülcə əyərək oğlunun öndən keçməsini istədi. Oğlan yerində qaldı, atasının dəvətini görməzliyə vurdu. Atası qapıdan içəri girdi, Karl Cozef onu izlədi, sonra kandarda dayandı. Bölgə qubernatoru bir müddət sonra dedi: "Rahat ol". Bundan sonra Karl Cozef atasının qarşısında, qırmızı məxmərdən olan böyük kresloda oturdu, dizlərini möhkəmcə birləşdirib papağıyla ağ əlcəklərini dizlərinin üstündə yerləşdirdi. Yaşıl jalüzlərin incə aralarından sızan cılız günəş şüaları tünd qırmızı xalçanın üzərinə düşürdü. Bir ağcaqanad vızıltısı eşidildi, divar saatı çalmağa başladı. Doqquz dəfə çaldıqdan sonra bölgə qubernatoru sözə başladı:

      –Polkovnik Marek nə edir?

      –Təşəkkür edirəm, ata, yaxşıyam.

      –Həndəsəni hələ də zəif bilirsən?

      –Təşəkkür edirəm, ata, bir az daha yaxşıdı.

      –Kitab oxudunmu?

      –Bəli, ata.

      –Minicilik nə vəziyyətdədi? Keçən il çox…

      Karl Cozef "Bu il" deyə sözə başladı, lakin sözü dərhal kəsildi. Atası parlaq manjetin içində gizlənmiş əlini önə doğru uzatmışdı. Dördbucaqlı, böyük manjet düyməsi qızıl kimi parıldayırdı.

      –Bayaq yaxşı deyildi dedim… – Bölgə qubernatoru burada bir ara verdi, sonra vurğusuz bir səslə dedi. – Xəcalətli hal idi.

      Ata-oğul susdular. "Xəcalətli" sözü nə cür səssiz deyilmiş olsa belə, hələ də otağın içində asılı dayanırdı. Karl Cozef atasının sərt tənqidlərindən sonra ara verilməli olduğunu bilirdi. Mühakimə əhatəli şəkildə dərk edilərək qəbul edilməli, işlənməli, yadda saxlanılmalı, həm ürəyə, həm də ağla həkk edilməli idi. Saat tıqqıltıyla işləyir, ağcaqanad vızıldayırdı. Sonra Karl Cozef incə bir səslə danışmağa başladı:

      –Bu il daha yaxşı idi. Baş çavuş da elə dedi. Üstəlik, baş leytenant Kopperdən də bir tərif aldım.

      Boğuq bir səslə atası dedi:

      –Buna sevindim.

      Manjeti masanın kənarında köynəyin içinə itələyincə sərt bir tıqqıltı səsi gəldi.

      –Davam et, – deyərək bir siqaret yandırdı. Bu, daha rahat davranıla biləcəyinə işarə idi. Karl Cozef papağıyla əlcəklərini kiçik bir masanın üstünə qoydu, ayağa qalxaraq son ilin bütün hadisələrini danışmağa başladı. Yaşlı Trotta başını yelləyib birdən dedi:

      –Oğlum, sən böyümüsən. Səsin qalınlaşıb. Yoxsa aşiqsənmi?

      Karl Cozef qızardı. Üzü qırmızı bir fənər kimi yanırdı, başını cəsarətlə atasına doğru qaldırdı. Bölgə qubernatoru dedi:

      –Demək hələ deyil. Narahat olma. Danışmağa davam et.

      Karl Cozef udqundu, üzünün qızartısı itdi, birdən üşüdü. Tez-tez ara verərək danışmağa davam etdi. Sonra cibindən kitab siyahısını çıxarıb atasına uzatdı.

      –Çox düzgün bir mütaliə siyahısıdı, – Bölgə qubernatoru dedi. – Zrininin qısa xülasəsini danış, zəhmət olmasa.

      Karl Cozef dramı pərdə əsasında danışdı. Sonra yorğun, solğun, ağzı qurumuş bir vəziyyətdə oturdu.

      Saata gözucu nəzər yetirdi, hələ on birin yarısı idi. İmtahan hələ bir saat yarım davam edəcəkdi. Atasının ağlına qədim dövr tarixindən və ya Cermen mifologiyasından sual vermək gələ bilərdi. Bölgə qubernatoru siqaret çəkərək otaqda gəzirdi. Sağ qolundakı manjet tıqqıldayırdı. Xalçanın üzərinə düşən günəş şüaları getdikcə genişlənir, pəncərəyə doğru yaxınlaşırdı. Günəş hələ indidən olduqca yüksəlmiş olmalı idi. Kilsənin zəngləri çalmağa başladı, sanki düz jalüzlərin arxasında çalınırmış kimi otağın içi zəng səsinə qərq oldu. Yaşlı Trotta bu gün təkcə ədəbiyyatdan sual verirdi. Qrillparzerin əhəmiyyətini detallı bir şəkildə vurğulayıb oğluna tətil günləri üçün "asan oxuma" olaraq Adalbert Stifterlə Ferdinand von Saarı tövsiyə etdi. Sonra yenə hərbi məsələlərə keçdi; növbətçilik vəzifəsi, Vəzifə təlimatnaməsinin ikinci hissəsi, Hərbi korpusun birləşməsi, alayların müharibə gücü. Birdən-birə soruşdu:

      –İtaət nədir?

      –İtaət hər aşağı rütbəlinin yüksək rütbəliyə; hər aşağının da…

      –Dayan, – deyə atası düzəliş verərək müdaxilə etdi, –… üstəlik, hər aşağının özündən yüksəyə…

      Karl Cozef davam etdi:

      –…qarşı əmr səlahiyyəti istiqamətində verilən əmri…

      Atası yenə düzəltdi:

      –… əmr səlahiyyətlərinin tələbincə verilən əmri qeyd-şərtsiz yerinə yetirmə öhdəçiliyidir.

      Karl Cozef dərin bir nəfəs aldı. Saat on iki idi.

      Tətil artıq başlamışdı. On beş dəqiqə sonra qışladan hərəkət edən orkestrin ilk baraban gumbultularını eşitdi. Orkestr hər bazar günləri günorta bu kiçik şəhərdə Əlahəzrəti təmsil edən bölgə qubernatorunun iqamətgahının qarşısında çalırdı. Balkonun sıx asma yarpaqlarının arxasında duran Karl Cozef hərbi orkestrin çaldığı musiqini bir lütf olaraq qəbul edirdi. Özünü bir az atasının burada təmsil edib müdafiə etdiyi və özünün də bir gün uğrunda döyüşə, hətta ölümə addım atacağı Habsburqlarla qohum hiss edirdi. İmperiya ailəsinin bütün üzvlərini adlarıyla tanıyır, hamısını səmimiyyətlə, uşaqcasına bir vəfa ilə sevirdi; xüsusilə də şəfqətli, böyük, sonsuz uzaqlıqda, amma çox da yaxın, uca, ədalətli və üstəlik, ordunun bütün zabitlərinə qarşı da lütfkar olan imperatoru. İmperatorun uğrunda ən yaxşı hərbi musiqinin müşayiətilə ölümə gedilərdi, ən asan da “Radetski” marşıyla. Ardıcıl atılan güllələr marşın ritminə uyğun olaraq Karl Cozefin başının ətrafında vızıldayır, çılpaq qılıncı parıldayır, ürəyi ilə beyni marşın şirin sürətiylə qanadlanmış bir şəkildə musiqinin coşqunluğuna dalır; qanı tünd-qırmızı, ensiz zolaqlar halında barabanların od tutub yanan qızılı rənginə, barabanların tünd qarasına, zənglərin zəfər dolu gümüşünə sarı axırdı.

      Karl Cozefin arxasında dayanan Jak yüngülcə öskürdü. Demək, günorta yeməyi başlamaq üzrə idi. Musiqi ara verdikdə yemək otağından yüngül qab şaqqıltıları eşidilirdi. Yemək otağı balkondan iki otaq aralıda, birinci mərtəbənin düz ortasında idi. Yemək əsnasında musiqi uzaqdan, amma diqqətə çarpan şəkildə eşidilirdi. Çox təəssüf ki, hər gün olmurdu. Musiqi həm yaxşı, həm faydalı idi, yeməyin mərasimsayağı ab-havasını yumşaq, barışdırıcı bir ədayla

Скачать книгу