İfşa edilmiş fırıldaqçı. Франц Кафка

Чтение книги онлайн.

Читать онлайн книгу İfşa edilmiş fırıldaqçı - Франц Кафка страница 12

Автор:
Жанр:
Серия:
Издательство:
İfşa edilmiş fırıldaqçı - Франц Кафка

Скачать книгу

etdiyi bu maskarad libasında boy göstərir, hər gün eyni üzü eyni əllərin içinə qoyub güzgüyə baxırlar. Yalnız bəzi axşamlar hansısa əyləncədən evə gec qayıdıb güzgüyə baxdıqda, üzləri onlara yorğun, şişkin, toz basmış, hamı tərəfindən görülmüş və daşımaq üçün artıq yararsız kimi görünür.

      – Amma yol boyunca tez-tez sizdən bu qızı gözəl hesab edib-etmədiyinizi soruşurdum, siz isə başınızı yana çevirib, cavab vermirdiniz. Bəlkə, pis niyyətə düşübsünüz? Niyə mənə təsəlli vermirsiniz?

      Ayaqlarımı kölgənin içinə qoydum və nəzakətlə dedim:

      – Sizə təsəlli vermək lazım deyil. Siz ki sevilirsiniz.

      Soyuq dəyməsin deyə, mavi üzüm naxışları ilə bəzədilmiş cib dəsmalımı ağzıma tutdum.

      O mənə sarı dönüb, gombul üzünü skamyanın arxasına söykədi.

      – Bilirsinizmi, mənim hələ vaxtım var; bu təzəcə başlamış sevgiyə rəzil bir hərəkətlə və ya xəyanət etməklə, ya da uzaq bir ölkəyə getməklə son verə bilərəm. Axı, düzünə qalsa, bilmirəm, bu həyəcanı yaşamağa dəyərmi? Ortada qəti bir şey yoxdur, heç kim bu işin istiqamətini və müddətini dəqiq deyə bilməz. Əgər sərxoş olana qədər içmək üçün pivəxanaya gedirəmsə, bilirəm ki, həmin axşam sərxoşluqdan ayılmayacağam. Amma mənim vəziyyətimə baxın! Bir həftədən sonra şəhəri tərk edib gəzməyə getmək istəyirik, ailəvi dostlarımıza baş çəkəcəyik, bu insanın qəlbində iki həftə boyunca fırtınalar qoparmazmı? Bu axşamın öpüşləri azğın röyalara yol açmaq üçün mənə yuxu gətirir. Buna müqavimət göstərmək üçün gecə gəzintisinə çıxıram, amma həyəcanım keçib getmir, sifətim sanki küləyin zərbələrini yemiş kimi gah od tutub yanır, gah da soyuqdan üşüyür; əlimi cibimdəki çəhrayı lentə toxundururam, təşviş içindəyəm, amma bu təşvişin səbəbini anlaya bilmirəm, hətta sizə də səbr edirəm, cənab, başqa vaxt olsaydı, sizinlə bu qədər uzun danışmazdım.

      Çox üşüyürdüm, göy üzü də yavaş-yavaş ağarmağa başlamışdı.

      – Buna nə uzaq ölkəyə getmək, nə rəzil bir hərəkət, nə də xəyanət kömək edər. İntihar etməli olacaqsınız, – dedim və gülümsədim.

      Qarşı tərəfdə, xiyabanın o biri başında iki kol vardı; bu kolların arxasında, aşağıda isə şəhər uzanırdı və hələ bir az işıqlı idi.

      – Yaxşı, qoy belə olsun! – deyə bağıraraq, möhkəm yumruğunu skamyaya çırpdı və dərhal əlini açdı, – siz isə yaşayacaqsınız, özünüzü öldürməyəcəksiniz. Sizi heç kəs sevmir. Əlinizdən heç bir iş gəlmir. Bir an sonraya belə hökm edə bilmirsiniz. Belə olduğunuz halda hələ mənimlə də danışırsınız, əclaf adamsınız siz! Sevə bilmirsiniz, qorxudan başqa heç bir şey sizi həyəcanlandırmır. Mənim sinəmə baxın bir!

      Tez paltosunun, jiletinin, köynəyinin düymələrini açdı. Sinəsi həqiqətən geniş və gözəl idi.

      Mən danışmağa başladım:

      – Bəli, bu cür inadkarlıqlara bəzən rast gəlirik. Bu yay bir kəndə getmişdim. Kənd çayın kənarında yerləşirdi. Yaxşı yadımdadır, çox vaxt sahildəki skamyada yöndəmsizcə otururdum. Yaxınlıqda bir otel də vardı və bu oteldən tez-tez skripka səsi gəlirdi. Qolu zorlu gənclər bağçadakı masanın arxasında oturub, pivə içə-içə ovdan və başqa macəralardan danışırdılar. Bundan əlavə, qarşı sahildə dumanlı dağlar görünürdü.

      Bu zaman ağzımı əyib ayağa qalxdım, skamyanın arxasındakı çəmənliyə keçdim, üstü qarla örtülü bir neçə kiçik budaq sındırıb tanışımın qulağına pıçıldadım:

      – Boynuma alıram, nişanlıyam.

      Tanışım ayağa qalxdığıma təəccüblənməmişdi.

      – Nişanlısınız?

      O doğrudan da qəribə şəkildə oturmuşdu, bədəninin bütün ağırlığını skamyanın arxasına salmışdı. Sonra şlyapasını çıxardı; yumru başını boynundan kəskin bir xətlə ayıran xoş ətirli və yaxşıca daranmış saçlarını gördüm; bu qış belə saçlar dəbdə idi. Ona bu cür ağıllı cavab verməyimə sevinirdim. “Bəli, – öz-özümə dedim, – çevik boynu və sərbəst qolları ilə cəmiyyət içində necə gəzir, görəsən. O xoş danışaraq bir xanımı zalın içərisindən keçirə bilər; evin qarşısında yağış yağır, ya da kimsə orada ürkək-ürkək dayanıb, yaxud təəssüf doğuran başqa bir şey olub, – bütün bunlar onu qətiyyən narahat etməz. Yox, bu adam bütün xanımların qarşısında eyni incəliklə təzim edə bilir. Amma indi burada sakitcə oturub”.

      Tanışım kətan dəsmalını çıxarıb alnında gəzdirdi.

      – Xahiş edirəm, – dedi, – əlinizi bircə dəqiqəliyə alnıma qoyun. Rica edirəm.

      Onun dediyini dərhal etmədiyim üçün yalvarırcasına əllərini bir-birinə sıxdı.

      Sanki dərd-sərimiz hər şeyi qaraltmışdı, təpənin yuxarısında kiçik bir otaqdaymışıq kimi oturmuşduq, halbuki sübhün gəlişini xəbər verən aydınlığı və səhər yelini çoxdan sezmişdik. Bir-birimizi xoşlamasaq da, yanaşı oturmuşduq, amma bir-birimizdən uzaqlaşa bilməzdik, çünki ətrafımızda möhkəm divarlar vardı. Amma biz özümüzü gülünc və ləyaqətsiz apara bilərdik, çünki üstümüzdəki budaqlardan və qarşımızdakı ağaclardan utanmağımız lazım deyildi.

      Bu zaman tanışım tərəddüd etmədən cibindən qatlama bıçaq çıxardı, fikirli-fikirli onu açdı, sanki oyun oynayırmış kimi sol qolunun yuxarısına sapladı və elə də saxladı. Dərhal qolundan qan fışqırdı; yumru yanaqları saralmışdı. Bıçağı çəkib çıxardım, paltosunun və frakının qolunu kəsib, köynəyinin qolunu da yuxarıdan aşağıya cırdım. Sonra mənə kömək edə biləcək birini tapmaq ümidi ilə yoldan aşağı yüyürüb geri döndüm. Ağaclardakı bütün budaqlar açıq-aydın seçilirdi və tərpənmirdi. Sonra dərin yaranı sormağa başladım. O anda bağbanın evi gəldi ağlıma. Evin sol tərəfinə aparan çəmənlik yoxuşu qaça-qaça çıxıb, qapı və pəncərələri tələsə-tələsə gözdən keçirdim. Evdə heç kəsin yaşamadığını dərhal anlamışdım, bununla belə hirsimdən ayaqlarımı yerə döyərək zəngi çaldım. Sonra geri qayıdıb nazik şırnaqla qan axan yaraya baxdım. Tanışımın dəsmalını qarda isladıb, qolunu birtəhər sarıdım.

      – Nə etdin sən, əzizim, – deyindim, – mənim ucbatımdan özünü yaraladın. Sənin gözəl imkanın var, yaxşılıqların əhatə-sindəsən, qəşəng geyimli insanların masa arxasında və dağ yollarında tez-tez göründüyü gündüz vaxtı gəzməyə gedə bilərsən. Düşün bir, yazda arabaya minib meyvə bağlarına gedəcəyik; amma yox, təəssüf ki, biz yox, sən Annerllə gedəcəksən, sevinərək, gülüb-oynayaraq. Hə, hə, inan mənə, xahiş edirəm,

Скачать книгу