İfşa edilmiş fırıldaqçı. Франц Кафка
Чтение книги онлайн.
Читать онлайн книгу İfşa edilmiş fırıldaqçı - Франц Кафка страница 15
– Sən deyən olsun, bəlkə mən bir az şişirtdim. Amma hər halda o gözəl qadındır.
Önündən keçdikləri qəhvəxananın pəncərəsindən üçkünc masa arxasında oturub piroq yeyə-yeyə qəzet oxuyan kişilər görünürdü; onlardan biri qəzeti masanın üstünə qoyub, əlindəki fincanı yuxarı qaldıraraq küçəyə tamaşa edirdi. Pəncərələrin qarşısına düzülmüş masaların hamısı müştərilər tərəfindən tutulduğundan, içəridəki mebelləri görmək olmurdu. (Əlyazmasında iki səhifə çatışmır).
… – Amma təsadüfə bax ki, bu o qədər xoşagəlməz iş deyil. Demək istəyirəm ki, könüllülər çox olacaq.
Qaranlıq bir meydana çıxdılar; meydan onların girdiyi tərəfdən başlayırdı, çünki qarşıdakı evlər hələ lap uzaqdaydı. Onların getdiyi tərəfdə isə evlər sıra ilə düzülmüşdü; bu cərgənin axırından başlayan və əvvəlcə bir-birindən xeyli aralı olan iki sıra ev göz işlədikcə uzanır və sonra sanki birəşirdi. Kiçik evlərin qarşısındakı səki dar idi, dükan gözə dəymirdi, araba da keçmirdi bu tərəfdən. Çıxdıqları küçənin axırındakı dəmir dirəkdə halqalara bərkidilmiş və bir-birindən çox aralı asılmış bir neçə fənər yanırdı. Üçbucaq şəkilli alovlar qaranlıq otağın içindəymiş kimi yanır, hətta bir neçə addım kənarda belə zülməti qova bilmirdi.
– Bax, saat neçə oldu, artıq çox gecdir, niyə mənə demədin, yəqin ki, qatara gecikəcəyəm. Niyə belə etdin? (Əlyazmasında dörd səhifə çatışmır).
… – Bəli, yalnız Pirkersoferi, ancaq onu…
– Məncə bu ada Bettinin məktublarında rast gəlmişəm, o dəmiryol işçisi deyilmi?
– Bəli, dəmiryol içşisidir, həm də xoşagəlməz bir adamdır. Yekə burnunu görən kimi mənim haqlı olduğumu deyəcəksən. Təsəvvür et ki, onunla birlikdə çölləri gəzib dəmiryollarını yoxlamaq necə darıxdırıcıdır… Yaxşı ki, iş yerini dəyişiblər. Məncə, gələn həftə çıxıb gedər, hər halda buna ümid edirəm.
– Dayan, bir az əvvəl bu gecə burada qalmağımı məsləhət görmüşdün.Yox, bu ağıllı hərəkət olmaz. Axı, mən bu axşam gələcəyimi yazmışdım, kənddə gözləyirlər məni.
– Bu asan məsələdir, teleqram göndərərsən.
– Düzdür, teleqram vurmaq mümkündür.... amma getməsəm, yaxşı olmaz. Həm də yorğunam, yox gedəcəyəm… teleqram vursam, boş yerə həyəcan keçirərlər. Axı, nə üçün qalım? Qalsam, nə olacaq?
– Elədirsə, getsən yaxşı olar. Sadəcə düşündüm ki… Elə mən də bu gün çox yorğunam, sənə demədim, amma yuxusuzluqdan gözlərim yumulur. Gəl sağollaşaq, parkın içindən keçib səni ötürə bilmərəm, yer islanıb, üstəlik Gillemana da baş çəkmək istəyirəm. Altıya on beş dəqiqə qalıb, hələ gec deyil, yaxşı dostların qapısını döymək olar. Addio!3 Yaxşı yol, kənddə hamıya salam söylə!
Lement sağa dönüb vidalaşmaq üçün sağ əlini uzatdı; bir anlığa adama elə gəldi ki, sağ əlinə doğru yeriyir.
– Adieu!4 – Raban dedi.
Lement bir az getdikdən sonra yenə səsləndi:
– Ey, Eduard, eşidirsən, çətiri bağla, yağış çoxdan kəsib. Bu sənə demək üçün vaxt tapa bilmədim.
Raban cavab vermədi, çətiri yığdı, göy üzü solğun qaranlığı ilə başının üstünü aldı.
“Gərək, heç olmasa başqa bir qatara minəydim, – Raban fikirləşdi. – Ən azından yola çıxdığımı düşünərdim, sonra səhv qatara mindiyimi öyrəndikdə düşüb yenidən bu stansiyaya qayıdar və indi özümü daha rahat hiss edərdim. Kənd Lementin dediyi kimi cansıxıcıdırsa, bu heç də pis deyil. Evdən bayıra çıxmayacaqsan, başqalarının harada olduğunu dəqiq bilməyəcəksən; ətrafda qədim xarabalıqlar varsa, əvvəlcədən şərtləşib, birlikdə gəzintiyə çıxmaq olar. Buna hətta sevinmək və can atmaq lazımdır. Amma ətrafda diqqətəlayiq bir şey yoxdursa, gəzinti üçün əvvəlcədən hazırlıq görməyə də ehtiyac qalmır, çünki gözlənilənin əksinə, hamı bir yerə toplaşıb harasa gəzintiyə yollanır; çünki xəbər vermək üçün xidmətçini başqa evlərə göndərmək kifayət edir; evlərində oturub kitab oxuyanlar bu xəbəri eşitdikdə sevinclərindən özlərini itirirlər. Əslində belə dəvətlərdən qorunmaq çətin deyil. Amma mən özüm bunu bacaracağımı bilmirəm; çünki bu düşündüyüm qədər asan deyil, birincisi mən təkəm, kənddə istədiyimi edə bilər, hər an geri qayıda bilərəm; ikincisi, kənddə taxıl sahəsi və ya daş karxanasına sahib olan elə bir adam yoxdur ki, bunları mənə göstərmək üçün onunla yorucu bir gəzintiyə çıxım. Axı, hətta köhnə tanışlara da güvənmək olmaz. Məsələn, bu gün Lement mənimlə mehriban davranmırdımı? Mənə bəzi şeyləri izah etdi, qarşılaşacağım problemləri göstərdi. Söhbət etdi, ötürdü məni, halbuki məndən heç bir şey öyrənmək istəmirdi, üstəlik özünün vacib işi vardı. Amma budur, birdən-birə çıxıb getdi. Nə kobud davranıb xərtrinə dəymişdim, nə də pis bir söz söyləyib qəlbini qırmışdım. Düzdür, gecəni burada qalmaqdan imtina etdim, amma bundan nə üçün küssün, axı Lement ağıllı adamdır”.
Vağzal saatının zəngi eşidildi, altıya on beş dəqiqə qalmışdı. Raban həyəcanlanaraq dayandı, sonra parkdakı hovuzun yanı ilə tez-tez yeriyib, iki tərəfində hündür kollar bitən, ensiz və pis işıqlandırılmış yola çıxdı; və meydana tərəf götürüldü, burada kiçik ağacların qarşısında xeyli boş skamya vardı; sonra yavaş-yavaş qaçaraq, parkın ətrafına çəkilmiş barmaqlığın qapısından keçib, vağzala tərəf yönəldi, içəri girən kimi kassanı tapıb, dəmir arakəsmə ilə örtülmüş pəncərəsini döydü. Pəncərədən baxan satıcı ona qatara yetişmək istəyirsə, tələsməli olduğunu söylədi; Rabanın uzatdığı kağız pulu alıb, bileti və puluğun qalığını lövhənin üstünə tulladı. Raban tez pulun qalığını saymaq istədi, çünki gözünə az görünürdü, amma yaxınlıqda gəzişən bir məmur onu şüşə qapıdan itələyərək perrona saldı. Raban çaşqın halda dönüb baxaraq: “Təşəkkür edirəm! Təşəkkür edirəm!” dedi və konduktoru tapmadığı üçün birinci vaqonun pilləsinə qalxdı. Əvvəlcə çamadanını yuxarı pilləyə qoydu, sonra bir əlini çətirə söykənib digər əli ilə çamadanın dəstəyindən yapışaraq yuxarı dırmaşmağa başladı. Mindiyi vaqon perrondan içəri düşən gur işıqla aydınlanmışdı; hamısı axıra qədər örtülmüş pəncərələrin o tayında fışıldayaraq yanan qaz fənərləri görünürdü; pəncərəyə düşən və bu işıqda ağ rəngə çalan yağış damcılarının bəzisi şüşənin üstündə yavaşca sürüşürdü. Raban vaqonun qapısını örtdü, açıq-qəhvəyi rəngli taxta skamyanın axırıncı boş yerində oturdu, amma perronun gurultusunu hələ də eşidirdi. Qarşısında çoxlu boyun və bel vardı,
3
Salamat Qal
4
Salamat qal (frans.)