Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно
Чтение книги онлайн.
Читать онлайн книгу Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно страница 13
Yəhudilərin dini ilə stimullaşdırılan belə adlandırılan həqiqi tərbiyə haqqında refleksiyanın obyektivliyi yalnız qeyri-səmimilikdir, reallıq isə yalnız sonsuz düşmənçilik üçün bəhanədir, Hitlerin cinayətləri haqqında suala (məsələyə) bu tələbənin cavabı bunu sübut edir:
“Düşünürəm, o vaxt Almaniyada olsaydım, mən də eyni şeyi edərdim… Güman edirəm ki, özüm nasist ola bilərdim… İntizamı faydalı şey hesab edirəm…”
Dindirilən öz düşmənçiliyini açıq göstərdiyi və yəhudilərlə qeyri-yəhudilərin rəqabətini təsəvvür edərək çatışmazlıqlarla kifayətləndiyi halda, bəzən yanlış təvazökarlığın növü ilə hiylə haqqında ideya təqdim edilir. Məsələn, M104 (texniki universitetin sonradan onu hüquqşünaslıq fakültəsi ilə dəyişmiş keçmiş tələbəsi) deyir ki, “kapitalist-yəhudilər bizim ölkəmizi idarə edirlər, onların əllərində bütün hakimiyyət cəmləşdirilib. Əgər bu belədirsə, o bu o deməkdir ki, bizim insanlarımız lazımi qədər hiyləgər deyillər. Əgər bizim insanlarımız yəhudilərin onların işlərini necə idarə etdiklərini bilirlərsə, və lakin özləri bunu edə bilmirlərsə, onda bu yəhudilərə daha çox hakimiyyət verir. Əgər onlara yəhudilərin hər şeyi necə idarə etdiyi məlumdursa, onda onlar da eyni şeyi etməyə məcburdurlar”.
O, başqalarının yəhudilər kimi hiyləgər olmamalarını “boynuna almır”. Ancaq yəhudi-kapitalistlərin bu ölkəni idarə etmələrini boynumuza almaq məsləhətdir və əgər onlar bizdən daha hiyləgərdirlərsə, qoy onda ölkəni idarə etsinlər.
Ancaq bu fikrinin son hissəsinin səmimiliyi nəyisə qaranlıq saxlayır. “Yəhudilər öz başabəla ağılının sayəsində ölkəni idarə edirlər” və “bütün konstitusiya sistemini idarə etdikləri” fikri tezliklə “bizə onlardan qurtulmaq lazımdır” haqda fikrinə transformasiya etməsi üçün kifayətdir. Bu yalnız zorakı üsulla mümkündür, çünki onların hiyləsi qanuni hədləri qeyri-aktiv edir. Yəhudilərin hiylə ilə əldə edilən qüdrəti haqqında ideyanın proyeksiyadan başqa heç nə olmaması fikri F105-də (bütün şkalalarda yuxarı bal yığmış qadın) olduğu kimi xüsusi dəqiqliklə ifadə edilib. Uşaqlığında keçirdiyi iflic ucbatından o əlil olmuşdu. O, yəhudilərin hiyləsi haqqında təsəvvürü (“ölkənin işgüzar həyatını öz əllərinə alan yəhudilər haqda”) yəhudilərə qarşı qanlı üsyanı qabaqcadan deməsi ilə, antiyəhudi talanlarının şəxsi mühakiməsinin yalnız bir az örtülü proyeksiyasını təşkil edən öncədən görməni deməklə bitirir.
–Ağlar qərara gəldilər ki, biz qara və sarı ilə müqayisədə haqlıyıq. Mən düşünürəm ki, müharibə bitirdikdən sonra yəhudilərin üsyanı olacaq. Doğrusu mən, onlara qarşı deyiləm. Onlarla yaxınlıq xoş idi. Onlardan kimlə dostluq edirdim, çox xoş idi. Əlbəttə, mən dözülməz olanlara da rast gəlmişəm.
–Onlarda sizə xoşagəlməz olan nə idi?
–Çox təmtəraqlıdırlar və sevirlər ki, onlara diqqət yetirsinlər. Həmişə irəlidə olmağa çalışırlar. Mən onların dostlarına necə xəyanət etdiklərini eşitmişəm, və s. Ancaq, inanmazdan əvvəl, mən özüm buna əmin olmalıyam.
–Üsyan haqqında nə fikirləşirsiniz?
–Məncə burada qan töküləcək.
–Sizcə buna bəraət qazanılıb?
–Şübhəsiz, onlar burada işgüzar sferada hakimiyyəti tutacaqlar. Burada onlara göstərilən qaçqınlara dəstəyi düzgün hesab etmirəm. Düşünürəm ki, onlar özləri öz işlərinin qayğısına qalmalıdırlar.
Dindirilənin kimin qanının töküləcəyi haqda düzünü deməməsi doğrusu diqqətəlayiqdir. O, mövcud olmayan yəhudi-səbəbkarları arzu etdiyi intizamsızlıqlarda ittiham edir, ancaq problemi açılmış saxlayır. Amma bu hamısı deyil. Ekstremal antisemitlərdə “tökülmüş qan” haqqında ideya, görünür, məqsədli olur. Şüurun dərinliyində onlar artıq subyekt və obyekt arasında fərqi ayırd etmirlər. Burada gizlədilmiş dağıtma instinkti bərabər ölçüdə həm düşmənə, həm də özünə aiddir: dağıdıcılıq doğrudan da totalitardır.
Bu fəsildə danışılan antisemit ekstremizminin strukturuna aid olan xülasə kimi tək aydın surətdə soyqırımın ideyasını tanıyan yeganə dindirilənin fikirlərini kifayət qədər ətraflı çatdıraq. 5006 —tələbə, həkim-stomatoloq, bütün şkalalarda yuxarı ballarla, müxbirin fikrincə, güclü inkişaf etmiş Edip kompleksi səbəbindən daltonizmlə və psixogen impotensiyadan əzab çəkir. Onun yəhudiləri kökünü kəsmək kimi qızğın arzusunun olmağı erkən uşaqlıqda aldığı ağır travmaların nəticəsi (axtalama qorxusunun təsəvvürləri səbəbindən) hesab edilir. Dərk edilməmiş zəiflik hissi, görünür, onun şişirdilmiş eyniləşdirməsini öz qrupu ilə müşayiət edir: o başqa heç nə bilmək istəmir, çox güman ona görə ki, bunu təhlükəli hesab edir.
O – əsl amerikalıdır, onun babası bura dörd yaşında gəlib. Heç vaxt ölkə xaricində olmayıb və bir yerə getmək arzusunda deyil. Bir dəfə Tiksanada olub və “bu kifayətdir”: o, amerikalı olmağı ilə çox fəxr edir.
Onun fikrincə, potensial güc azlıqların tipik əlamətidir: “Yəhudilərlə çətinliklər onların çox güclü olmasından irəli gəlir”. Onun fikrincə, Qrupların gücü, potensiyanın simvollarında, yəni, məhsuldarlıqda və sərvətdə ifadə edilir:
“Əlbəttə, problem burada var. Qaradərililər elə sürətlə çoxalırlar ki, tezliklə bütün dünyanı məskun edəcəklər, yəhudilər isə bütün pullara sahib olacaqlar”.
Öz antisemitizminin səbəbi haqqında o aşağıdakını deyir:
“Məndə heç vaxt yəhudilərlə ünsiyyətin müsbət təcrübəsi olmayıb”. (Ancaq ikinci müsahibədə o bu fikri yumşaldır – o xatırladı ki, bir dəfə kollecdə “çox xoş yəhudilər” onu Katalinaya idmançı kimi öz şəxsi yaxtalarında aparmışdılar.) Onlar daim onu və onun ailəsini aldatmağa çalışırdılar, hər şeydə prinsipsizdirlər. O, öz anasının Miladına almaq istədiyi xəz palto haqqında tam olaraq, yaza bilmədiyimiz uzun bir əhvalat danışdı. Yəhudi-satıcı qəbzi yanlış oxumuş və qiyməti əsl dəyərindən 100 dollar aşağı demişdi. Onlar alışı rəsmiləşdirmişdilər, ancaq satıcı səhv etdiyini bildikdən sonra, paltonu götürməyi təkid etmişdi. O, məmnunluqla bildirdi: “Bu halda mən yəhudini tam olaraq yəhudi dilində aldatdım”.
Onun o “yəhudi dilində”