Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно
Чтение книги онлайн.
Читать онлайн книгу Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно страница 10
Görünür, burada “iki tip” ideyası təqib etmə maniyasına keçir.
F.
ANTİSEMİTİN DİLEMMASI
Əgər antisemitizm subyektin psixikasında “iqtisadi” funksiyanı yerinə yetirən simptomdursa, bu simptomun təbii mənşəli olmayıb, konflikt əsasında formalaşmasını güman etmək olar.
Onun irrasionallığı fərdi ən azı bəzi sferalarda reallıq prinsiplərindən imtina etməyə məcbur edən psixi qüvvələrin sayəsində yaranmışdır. Fikirləri konfliktin nəticəsi kimi nəzərdən keçirmək olar, lakin burada bizi determinant konfliktin sübutlarından daha çox, antisemitizmin əmələ gəlməsinə səbəb olan konfliktin izləri maraqlandırır. Bu bəndə aid bəzi misalları artıq yuxarıda vermişik. “Problemin” təsvir edilməsi və özgələr qrupuna əlavə edilmiş dixotomiya bir tərəfdən şəxsi maraqlar və düşmən stereotiplər arasında özünəməxsus kompromisi, digər tərəfdən vicdanın tələblərini və konkret təcrübənin nüfuzunu ifadə edir. Yəhudilərin problemini “müzakirə edən” sorğulananlar rasional düşüncələrinin məzmunu dəyərsiz, nəzarətə ehtiyacı olan saxta tədbirliliyi isə instinktiv başlanğıcla təhrif edilməsinə baxmayaraq, adətən rəsmi də olsa məşhur tənasübü saxlamağa can atırlar.
Bir qayda olaraq yuxarı bal yığmış subyektlər özləri konflikti belə fraza ilə ifadə edirlər: diqqətəlayiq irəliləyişinin nəticəsi olaraq onlar sözlərinə “Belə etməyim düzgün deyil, amma…”. başlayır.
Qeyd etdiyimiz kimi, antisemit neqativ stereotipin və bu stereotipə zidd olan şəxsi təcrübənin arasında bölünür.19 O, öz davranışını təhlil etməyə başlayan kimi, stereotip və təcrübə arasında münasibət dəyişir və o, səbirliliyə ümumi qanun, stereotip kimi baxır. Əslində daha güclü olmağı aşkara çıxan şəxsi düşmənçilik stereotipi təcrübənin qaçılmaz nəticəsi və ya qeyri-adilik kimi təqdim edərək, fərdiləşdirir. Bunun qismən izahatını biz xurafatları nə isə səhv hesab edən rəsmi demokratik ideologiyada tapırıq. O, fərddə cəmiyyətin psixi agenti olan qismən Məndən xaricdə adətən “donmuş qanun” kimi onun arzularının və instinktlərin təmin olunmasının arasında qoyulan subyektə asan təqdim edilən hansısa universallığı əldə edir. Ancaq bu çətin ki, tam izahat versin. Stereotipin və təcrübənin arasında olan ziddiyyət qabaqcadan əmələ gəlmiş rəyə xidmət etmək üçün yaradılır. Qabaqcadan əmələ gəlmiş rəyə malik olan fərd stereotipin məzmununun təxəyyül olmağı kimi anlaşılmaz hissi yaşayır və şəxsi təcrübəsi isə həqiqətə çevrilir, ancaq dərin psixoloji səbəblərlə hərəkət edərək, o, yenə də stereotipdən yapışır. O, klişeni şəxsi xüsusiyyətin ifadəsinə çevirərək, antistereotip elementləri isə, əksinə, abstrakt öhdəliklərə çevirərək, buna nail olur. Həm də gizli əqidələr ona ictimai reallıqda toleransın xəyali klişesinin heç də təsəvvür etdiyi qədər güclü olmadıqlarını dərk etməyə kömək edir. Əslində o, guya tam olaraq, şəxsi motivlərə görə, demokratiya və ya bərabərlik kimi əsas anlayışlara qarşı etiraz edərək, həqiqətdə güclü ictimai axında hərəkət etdiyini yaxşı anlayır. Amma eyni zamanda o, yad fikrin təsirinə məruz qalmayan, səmimi və müstəqil hərəkət edən insan kimi ad qazanmaq istəyir… Bundan başqa o şəxsi hisslərin həmişə bütün konvensiyalardan daha güclü olmasına istinad edir. O, sadəcə onları izləməlidir və onun mənfi rəyləri eyni zamanda uğrunda mübarizə aparılması faydasız olan labüdlükdür. Görünür, antisemitin münaqişəli vəziyyəti qabaqcadan yaranmış fikirlərin xeyrinə tez-tez səmərələşdirilir.
Obyektiv olaraq, o, tipik ziddiyyətdə nümayiş etdirilir: xüsusi məsələlərə cavab vermək lazım gələndə bir tərəfdən qərəzsizliyin ümumi tələbinin arasında olan, digər tərəfdən isə mülahizələrdəki fikirlər arasındakı ziddiyyət.
5056 bütün şkalalarda yuxarı ballarla 29 yaşlı evdar qadındır və iddia edir ki, nə o, nə onun əri hər hansı qruplara qarşı xüsusi antipatiyalar bəsləmir. (Bu izah E şkalasının ballarının yuxarı sayı və növbəti fikirlə müqayisə olunarsa, maraqlı görünər): “Qaradərililər özlərinə bərabər olanlarla qalmalıdırlar. Mən qardaş-bacımın qızının qaradəriliyə ərə getməsini istəməzdim, mən qaradərililərlə qonşu olmaq istəmirəm”. Müsahibə alınan üçün qaradərili məsələsi “ehtimal ki, azlıqların ən ciddi problemi” sayılır. O, “Cənub metodlarına” üstünlük verir, onun fikrincə, qaradərililərin əksəriyyəti orada xoşbəxt yaşayırlar. Doğrusu, yaxşı olardı ki, onların öz dövləti olsun. Bu o demək deyil ki, biz onlara daha diqqət yetriməməliyik, ayrı dövlətin olmağı pis olmazdı, belə ki, bizim onları idarə etməyimizə baxmayaraq, onlar orada şəxsi administrasiyaya malik olacaqlar. Hazırki konflikti son təklifdəki təzaddan daha həqiqi formada ifadə etmək çətindir.
Yəhudilər barəsində dindirilən qərəzsiz nöqteyi-nəzəri söyləməyə çalışır. Müsahibədə qaradərililərin və yəhudilərin problemi birgə araşdırıldıqda onun qızğın surətdə buna qarşı çıxmasını müşahidə etmək maraqlıdır. “Mən məmnuniyyətlə yəhudilərlə ünsiyyət saxlayardım, – əslində, onların arasında mənim dostlarım var. Onlardan bəziləri – abırsızdır, amma axı yəhudi olmayanların arasında da belələri var”.
Amma nə vaxt ki, söhbət “şəxsi münasibətindən” gedir, o stereotipə tabe olur və faktiki olaraq antisemitizmin təsdiqinə gətirən münaqişəni onun passiv qəbul etməsi ilə həll edir.
Yəhudilərin xarici siması haqqında suala cavab verərək, o əvvəlcə “yəhudi burnunu” xatırlayır. Bundan başqa, o hesab edir ki, yəhudilər xasiyyətlərində yalnız onlara məxsus və həmişə dəyişməz qalan bir sıra xüsusiyyətlərinə malikdirlər, “Onlar daima mübahisə etmək istəyirlər, onlardan bəziləri xəsisdir (hərçənd başqalar da var: bəziləri alicənabdırlar); danışıqlarda onlar həddindən artıq əl-qolla hərəkət edirlər və onların nitqləri dramatikdir”. O, yəhudilərə antipatiyanın gücləndiyini güman edir, ancaq bu tendensiyaya qarşı etiraz edir. “Mənə elə gəlir ki, məhz yəhudiləri qınadığımıza gözə biz bir qədər eqoistik hərəkət edirik”. O, yəhudilərin cəzaları haqqında eşitmək istəmir, ancaq o mübahisələrdə onların tərəfini tutmazdı. Görünür, bu ümumiyyətlə həm onun antipatiyasının əsaslandırmaya olan funksiyası, həm də antisemitizm məsələsinə qarşı laqeydlikdir.
Stereotipin və təcrübənin arasında münaqişənin subyektiv əks etdirilməsi M1230a fikirlərində izah edilir (o bütün şkalalarda orta bal toplamışdır).
–İrqi azlıqların problemi barədə düşünürsünüzmü?
–Bəli, gəlmə əcnəbilər üçün bu sadə iş deyil. Amerika sadəcə bütün hər şeyin əriyib bir-birinə qarışdığı yerdir. Məncə çoxlarının ölkəyə girməsinə imkan veriblər. Sonra qaradərililərin də problemi… Mən liberal
19
Yazıçı R. H. Qundlakın bu mövzudakı məqaləsini tədqiqatı başa çatdırdıqdan sonra görüb. “Confusion Among Undergraduates in Political and Economic ideas”. Journal of Abnormal and Social Pyschology. 32:357-367,1937