Mavi Qatarın sirri. Агата Кристи
Чтение книги онлайн.
Читать онлайн книгу Mavi Qatarın sirri - Агата Кристи страница 4
– İşlər xarabdır, – Derek paltosunu çıxarıb stulun üstünə atdı. – Qayınatam istəyir ki, Rut məndən boşansın. Bilirsən bu nə deməkdir?
– Bilirəm, fəlakətə bərabərdir! Sənin bu qədər borc içində olduğun vaxtda heç yerinə düşmədi, – Mirel qanıqara şəkildə dedi. – O niyə boşanmanızı istəyir?
– Sənə görə, əzizim.
– Bu ki axmaqlıqdır! – Mirel təəccübləndi.
– Axmaqlığın lap yekəsidir! – deyə Derek başı ilə təsdiqlədi. – Mənim van Aldinə gücüm çatmaz. Onun pulu çox, mənimsə cibimdə siçanlar oynaşır.
– Onda başqa şey fikirləş, – Mirel dedi.
– Nə fikirləşim? Başım şişib, nə edəcəyimi bilmirəm.
– Deyəsən, Rut sənlə evlənəndə van Aldin onun adına çoxlu pul keçirmişdi, eləmi?
– Hə, iki milyon funt-sterlinq[1]!
– Böyük məbləğdir. Rut qəfildən vəfat etsə, o pullar sənə qalacaq.
– Bu, axmaq təsəllidir. Rut sağlamdır, onun tezliklə öləcəyini, o pulların da mənə qalacağını gözləmək boş şeydir.
– Sağlam olsun, nə deyirəm. Amma hər cür qəza, bəd hadisə ola bilər.
Bunu deyib Mirel bic-bic gülümsədi. Derek iti nəzərlərlə onu süzüb heç nə demədi. Mirelin nəyə işarə etdiyini bilirdi. Mirel demək istəyirdi ki, Rutu qəzaya, ya da başqa bir bədbəxt hadisəyə düçar edib aradan götürmək olar. Nəticədə Derekə arvadından çoxlu pul qalacaqdı. Bu pulla o, borclarını ödəyəcək, üstəlik də kefi istədiyi kimi yaşayacaqdı.
– Deyəsən, ağlına batmadı, – Mirel Derekin tərəddüd içində olduğunu duyub sükutu pozdu, – onda başqa yol var. Sən Rutu şantaj elə!
– Necə? – Derek təəccüblə soruşdu.
– Bilirsən ki, Rut hələ də qraf de la Roşla görüşür. Qız Fransaya ayın 14-də məhz qrafla görüşməyə gedir. Əgər bunları qəzetlərə danışacağını desən, van Aldin də, qızı da qorxuya düşəcək. Hər halda, onlar biabır olmaq istəməzlər. İşi belə görüb ya boşanma məsələsindən vaz keçəcəklər, ya da sənə çoxlu pul təklif edəcəklər.
Mirel ağlına gələn bu fikirdən çox məmnun idi. Öz ağlına heyran qalmışdı. Derek isə nə deyəcəyini bilmədi. Nəhayət, dilləndi:
– Mirel, bilirsən ki, səndən başqa heç kimim yoxdur. Bir tərəfdən boşanma məsələsi, o biri tərəfdən borclar. Lap başımı itirmişəm. Yəqin, heç olmasa, sən sonadək mənə arxa olacaqsan, hə?
Mirel azca fikrə getdi. Sonra gülüb dedi:
– Mən sənə yaxşı yol göstərdim. Dediyimi eləməsən, borclu olduğun adamlar səni məhv edəcək. Məhv olmasan da, dilənçi halına düşəcəksən. Bu isə elə ölümə bərabərdir. Onda sən mənim nəyimə lazımsan ki?!
Ürəkdən sevdiyi qadının sözləri Derekə pis təsir etdi. Mireli acıqla süzdü. Sonra şlyapasını, paltosunu götürüb güllə kimi otaqdan çıxdı.
Yolboyu çox düşündü. Axırda qərara aldı ki, bu vəziyyətdə ən yaxşısı səbirli olmaqdır. Gəzə-gəzə turist şirkətlərindən birinə gəlib çıxdı. Fransaya bilet sifariş elədi.
– Ayın neçəsinə, cənab? – şirkət işçisi soruşdu.
– On dördünə. Ən yaxşı qatar hansıdır?
– Əlbəttə, ən yaxşısı «Mavi qatar» dır.
Derek başı ilə razılığını bildirdi. Bileti alıb cibinə qoydu. Geri çevrilmək istəyəndə az qaldı bir xanımla toqquşsun. Amma onu bu yox, başqa şey təəccübləndirdi. Derek bu gün həmin xanımı artıq ikinci dəfə görürdü. Birinci dəfə van Aldinin otağından çıxanda, ikinci dəfə isə indi.
Derek xanıma üzrxahlıq edib şirkətdən çıxdı. Birbaşa evə gəldi. Otağına keçib kürsüsündə oturdu. Çox qəmgin idi. Düşdüyü vəziyyətə gah acıyır, gah da gülürdü. Bu vaxt qulluqçu içəri girdi. Bildirdi ki, Nayton adlı bir nəfər onu görmək istəyir.
– Nayton? – Derek yerində qurcalanıb öz-özünə pıçıldadı. – Xeyir ola, onu bura nə gətirib?
– İçəri dəvət edimmi, cənab? – qulluqçu soruşdu. Derek başının işarəsi ilə razılıq verdi.
Bir dəqiqədən sonra artıq Nayton içəridə idi. Derek onun əsəbi olduğunu hiss etdi.
– Deyəsən, mənim yanıma gəlmək xoş deyil… – Derek gülümsündü.
– Hə, – Nayton sərt tonda dedi. – Kaş ki van Aldin sizin yanınıza başqa adam göndərəydi.
– Yaxşı, onda burada çox qalmamaq üçün gəlişinizin məqsədini deyin, – Derek Naytonun ona qarşı əsəbi münasibətinin səbəbini bilməsə də, nəzakətlə dedi.
– Cənab van Aldin məni sizin yanınıza bir təkliflə göndərib. Əgər siz Rutla boşanmağa razılaşsanız, cənab van Aldin sizə yüz min funt-sterlinq verəcək.
Hər ikisi susdu. Derekin qaşları çatılmışdı. Yüz min funt-sterlinq böyük puldur. Bu pul əylənmək, gəzib-dolaşmaq üçün Derekə xirtdəyəcən bəs edərdi.
– Əgər mən bu gözəl təklifi qəbul etməsəm, necə olar? – Derek istehza ilə Naytondan soruşdu.
– Cənab van Aldin dedi ki, təklifi qəbul etməsəniz, sizin üçün çox pis olacaq.
– Hə, hə, o bunu bacarar. Axı onun pulunun nə sayı var, nə hesabı. Amma get o sarsaq qayınatama de ki, rədd olsun onun özü də, təklif etdiyi rüşvət də! Aydındırmı?
– Aydındır! – Nayton bunu deyib getdi.
QATARLA SƏYAHƏT
Beləliklə, ayın on dördü gəlib çatdı. Rut və qulluqçusu artıq «Mavi qatar» da yerlərini tutmuşdular. Qatarın tərpənməsinə hələ bir qədər vardı. Rut birdən pəncərədən atasını gördü. Tez qatardan düşüb onun boynuna sarıldı:
– Atacan, bəs demişdin məni yola salmağa gələ bilməyəcəksən?
– Hə, qızım, demişdim. Vacib iclas vardı, –
1