Mavi Qatarın sirri. Агата Кристи
Чтение книги онлайн.
Читать онлайн книгу Mavi Qatarın sirri - Агата Кристи страница 5
Rut atasıyla vidalaşdığı zaman yanında gülərüzlü bir qadının durduğunu gördü. İlk baxışdan bu alagözlü qadın onun ürəyinə yatmışdı.
Onlar bir-birinə ötəri gülümsədilər. Çox keçmədi ki, xörəkpaylayan hərəsinin qabağına bir qab şorba qoydu. Yemək bitəndən sonra çay gəldi. Aralarındakı sükutu alagöz xanım pozdu:
– Xanım, bağışlayın, ola bilər sualım sizə ədəbsiz görünsün. Amma soruşacağam: mənə elə gəlir ki, siz nə barədəsə dərin həyəcan keçirirsiniz, elədirmi?
– Siz tamamilə haqlısınız, – Rut köks ötürüb təsdiqlədi, – başağrısı olmasaydı, hətta niyə həyəcan keçirdiyimi də deyərdim. Çünki ilk baxışdan siz mənə doğma bir adam kimi göründünüz.
Bu qadının adı Katarina idi. Onun otuz üç yaşı vardı. On il yaşlı və kimsəsiz bir qadının qulluqçusu olmuş, onun nazı ilə oynamışdı. Həmin qadın öləndə bütün varidatını Katarinaya bağışlamışdı. İndi isə Fransada yaşayan xalası qızı ledi Tomplingilə gedirdi. Uzun illər onu unutmuş bu qohumu Katarinanın varlandığını eşidən kimi onu evinə qonaq çağırmışdı.
Qulluqçuluq həyatı Katarinaya başqalarına qayğı ilə yanaşmağı öyrətmişdi. Odur ki Ruta baxıb nəzakətli bir səslə dedi:
– Nə başağrısı, canım, buyurun.
– Onda gedək mənim kupemə.
Hər ikisi birlikdə kupeyə gəldi. Rut içəridən bir-birinə girişi olan iki kupe götürmüşdü. Onlar arxa kupedə oturdular.
Rut sözə başladı:
– Mən böyük bir bəlaya düşmüşəm. Çox xoşladığım bir kişi var. İndi Parisə onunla görüşə gedirəm. Biz gənc yaşlarımızdan bir-birimizi sevirdik. Amma bizi qəddarcasına ayırdılar. Ərim yaramaz adamdır, məni çox incidir, hamının içində rüsvay eləyir. Mən bu biabırçılığa dözə bilmirəm. Atam istəyir ki, boşanım. Amma xəbəri yoxdur ki, başqa bir adamla görüşə gedirəm. O bunu bilsəydi, mənə çox pis baxardı.
– Bəyəm fikirləşmirsiniz ki, bu, doğrudan da, çox pis işdir? – Katarina maraqla soruşdu.
– Fikirləşirəm. Amma daha gecdir. Yolun yarısından dönmək olmaz.
– Niyə olmaz?
– Çünki hər şey qabaqcadan planlaşdırılıb. Bir də ki bu məni gözləyən adam üçün çox pis olar. O buna dözməz.
– Narahat olmayın, hələ belə şeyə görə heç kim ölməyib.
– O düşünəcək ki, mən qorxağam, gücsüzəm. İnsan məqsədinə çatmaq üçün sonadək dözməlidir.
– Boş şeydir.
Rut hər iki əli ilə sifətini örtdü. Bir müddət heç biri danışmadı. Nəhayət, Rut ağlamsınırmış kimi boğuq səslə dedi:
– Bilirsiniz, məni həyəcanlandıran bu deyil. Ürəyimə damıb ki, məni dəhşətli hadisə gözləyir. Daha çox bundan qorxuram.
– Bu fikri başınızdan çıxarın. Elə növbəti stansiyanın birində düşüb atanıza teleqram vurun. Qoy o da Parisə gəlsin. Atanız sizə kömək edər, hər şey qaydasına düşər.
Rut bu sözləri eşidən kimi əllərini üzündən çəkdi. Onun sifəti işıqlanmışdı.
– Düz deyirsiniz, – Rut dedi, – yazıq qoca o saat gələr.
Rut yenidən susdu. Aradakı sükut bir neçə dəqiqə çəkdi. Axırda Rut dilləndi:
– İndi çox yaxşıyam, xanım. Danışdım, ürəyim boşaldı. Sizin məsləhətiniz doğrudur. Elə də edəcəyəm. Bağışlayın ki, vaxtınızı aldım.
– Çox şadam ki, özünüzə gəldiniz, – Katarina mehriban səslə dedi. – İndi isə icazə verin mən öz kupemə gedim.
Rut bir daha Katarinaya təşəkkür etdi. Katarina dəhlizə çıxdı. Bu vaxt axırıncı kupenin qapısı açıldı. Bir qadın başı göründü. Amma Katarinanı görən kimi tez də qapını örtdü. Qadının sifəti Katarinaya tanış gəldi. Nə illah elədisə, onu harada gördüyünü xatırlaya bilmədi. Öz kupesinə çəkildi. Yerinə uzanıb Rut haqqında xeyli fikirləşdi. Beləcə, gözlərinə yuxu getdi.
Katarina ayılanda qatar Lion vağzalında dayanmışdı. O buna çox sevindi. Düşüb platformada bir az gəzmək istədi. Bu vaxt kimsə vaqonun pəncərəsindən yeməklə dolu bir zənbili içəri verdi. Zənbili Rutun qulluqçusu aldı. Katarina platformada bir neçə dəqiqə gəzişib yerinə qayıtdı. Bir kitab götürüb vaqon-restorana getdi. Özü üçün masa seçib əyləşdi. Qəhvə sifariş verdi. Sonra kitabı açıb oxumağa başladı. Bu vaxt masaya bəstəboy bir kişi yaxınlaşdı. Salam verdikdən sonra soruşdu:
– Xanım, görürəm macəra romanı oxuyursunuz. Belə kitablar xoşunuza gəlir?
– Hə. Orada yazılanlar həyatda baş verməsə belə, bu kitablar adamın fikrini dağıdır, əyləndirir.
– Bəzən baş verir, xanım qız, – bəstəboy kişi Katarin ilə razılaşmadı, – qulağımın dibində elə hadisələr baş verib ki… Bəyəm siz yanınızda maraqlı bir hadisənin baş verməsini istəmirsiniz?
Sual gözlənilməz olduğundan Katarina duruxdu. Nə deyəcəyini bilmədi.
– Mənə elə gəlir ki, istəyirsiniz. Gözlərinizdən oxuyuram ki, siz maraqlı əhvalatlara can atırsınız.
Bunu deyib bəstəboy kişi ondan uzaqlaşdı. Katarina qəhvəni içib kitab oxuduqdan sonra gec olduğunu xatırlayıb kupeyə getdi. Rutun kupesinin qarşısından keçəndə qapının açıq olduğunu gördü. Rut üzü pəncərəyə dayanıb bayıra baxırdı. Qulluqçusu gözə dəymirdi. Katarina öz kupesinə keçdi.
AMANSIZ QƏTL
Gecənin bir aləmi Katarina yuxudan diksinib ayıldı. Saata baxdı. Saat yatdığından neçə olduğunu bilmədi. Bədənindən gizilti keçdi. Narahatlığı get-gedə artdığından xalatını çiyninə atıb dəhlizə çıxdı. Dəhlizdə heç kim yox idi. Pəncərəni açıb soyuq havanı acgözlüklə ciyərlərinə çəkdi. Sonra vaqon bələdçisindən vaxtı öyrənmək fikrinə düşdü. Saatını düzəltmək istəyirdi. Amma bələdçi yox idi. Elə bu vaxt Rutun kupesi ağzında bir kişi gördü. O, əllərini bağlı qapıya dirəmişdi. Tanıdı onu. Əvvəllər iki dəfə görmüşdü. Bir dəfə van Aldinin ofisinin qapısı ağzında, ikinci dəfə isə üç-dörd gün əvvəl Fransaya bilet alarkən. İkisində də toqquşmuşdular. İkisində