Mavi Qatarın sirri. Агата Кристи
Чтение книги онлайн.
Читать онлайн книгу Mavi Qatarın sirri - Агата Кристи страница 6
– Mənim adım Çabidir. Xalanız qızı ledi Tomplinin həyat yoldaşıyam. O sizi qarşılamağı mənə həvalə edib.
Elə bu vaxt onlara bir polis nəfəri yaxınlaşdı.
– Xanım, gərək bağışlayasınız, bir neçə dəqiqəliyə mənimlə getməli olacaqsınız. Narahat olmayın, ciddi bir şey yoxdur.
– Xanım, gərək bağışlayasınız, bir neçə dəqiqəliyə mənimlə getməli olacaqsınız. Narahat olmayın, ciddi bir şey yoxdur.
Katarina polis nəfərinin yanına düşüb getdi. Təəccüblü o idi ki, polis nəfəri Katarinanı «Mavi qatar» dan açılıb ehtiyat yolda saxlanmış vaqona tərəf aparırdı. Polis ondan vaqona minməyi xahiş elədi. Kupelərdən birinin qapısını açıb onu içəri dəvət etdilər. İçəridə daha iki nəfər vardı. Onlardan biri kök və məğrur görkəmli polis komissarı idi. Polis komissarı əyləşmək üçün Katarinaya yer göstərdi. Sonra dedi:
– Bizim sizə bir-iki sualımız var. Vaxtınızı çox almayacağıq. Əvvəlcə xahiş edirəm, dünən sizinlə birgə nahar edən xanım haqqında nə bilirsinizsə, danışın.
– Mən onunla qatarda təsadüfən tanış oldum.
– Amma nahardan sonra onun kupesində xeyli söhbət eləmisiniz, – polis komissarı əlindəki qələmi oynada-oynada dedi.
Katarina «doğrudur» deyib təsdiqlədi.
– Bilmək istəyirəm, siz orada nə barədə danışmısınız?
– Buna nə ehtiyac var?
– Nə ehtiyac var? – polis komissarı fikirli-fikirli dedi. – Məsələ burasındadır ki, bu səhər həmin xanımın meyiti kupedə tapılıb.
– Ölüb? – Katarina dəhşətə gəldi. – Nə olub? Ürəyi dayanıb?
– Xeyr! – polis komissarı səsini qaldırdı. – Öldürüblər.
– Öldürüblər?! – Katarina qışqırdı.
– Görürsünüz, sizin məlumatınıza ehtiyacımız var.
– Qulluqçusu məlumat verər.
– Qulluqçu yoxa çıxıb.
Katarina susdu. Bu vaxt kupenin qapısı arasından Katarina ilə dünən söhbət edən bəstəboy kişinin başı göründü.
– Sizə nə lazımdır? – polis komissarı acıqla soruşdu.
– Mən Herkül Puaroyam, – bəstəboy kişi sakitcə dedi.
– Puaro? – komissar həyəcanlandı, – məşhur detektiv Herkül Puaro?
– Hə, hə, özüdür ki var.
– Niyə qapının ağzında durmusunuz, keçin, keçin, – əl-ayağa düşmüş polis komissarı ona yer göstərdi.
Puaro Katarinanın yanında əyləşdi. Komissar dedi:
– Yəqin, sizin hadisədən xəbəriniz var.
– Hə, – detektiv dedi. – Mən təsadüfən bu qatarla gedirdim. Qətl baş verdiyini eşidib bura gəldim. Dedim, bəlkə, köməyim dəydi.
– Əlbəttə, sizin təcrübəniz bizə çox kömək edər, – komissar dedi. – Sizi bu xanımla tanış edim. Onun adı Katarinadır. Öldürülən qadınla sonuncu dəfə o söhbət edib.
– Biz tanışıq, – Puaro gülümsünüb üzünü Katarinaya tutdu – yadınızdadı, sizə nə söyləmişdim? Söyləmişdim ki, bəzən kitablarda oxuduğumuz dəhşətli hadisələr qulağımızın dibində baş verir. Heç bir gün keçmədi, dediklərim doğru çıxdı.
Sonra onlar birlikdə Rutun kupesinə getdilər. Onun meyitinin üzərinə ağ parça salınmışdı. Puaro parçanı qaldırıb Rutun üzünə baxdı. Katarina özünü saxlaya bilməyib hönkürdü.
Puaro Katarinaya sarı çevrilib dedi:
– Xanım, dünən siz burada olmusunuz?
– Hə, – Katarina göz yaşını silə-silə cavab verdi.
– Elə isə ətrafa diqqətlə baxın: kupedə bir dəyişiklik hiss edirsinizmi?
Katarina kupeni diqqətlə nəzərdən keçirdi. Qəfildən yadına nəsə düşdü.
– Hə, dəyişiklik var. Mən dünən bu kupedə olanda qırmızı rəngli qutu vardı. Onun üstündə «R.V.K.» yazılmışdı. Qutu qulluqçunun əlində idi. Məncə, qızıl-zinət qutusu idi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.