Balaca lord. Фрэнсис Элиза Бёрнетт

Чтение книги онлайн.

Читать онлайн книгу Balaca lord - Фрэнсис Элиза Бёрнетт страница 4

Balaca lord - Фрэнсис Элиза Бёрнетт Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

bu titulu kral və ya kraliça verir, – vəkil oğlanı başa salmağa çalışdı. – Lakin hər adam qraf ola bilməz. Bu ada yalnız öz dövlətinə sədaqətlə qulluq eləyənlər layiq görülürlər.

      – Bildim! Prezident kimi!

      – Səncə, ikisi eyni şeydir?

      – Əlbəttə! Əgər bir insan çox ağıllı və mərhəmətlidirsə, onu prezident seçirlər. Seçkilərdən sonra da atəşfəşanlıq olur. Əvvəllər fikirləşirdim ki, nə vaxtsa mən də prezident olacağam. Amma bir gün qraf olacağım heç vaxt ağlıma gəlməmişdi. Çünki qraflar haqqında heç nə bilmirdim…

      – Yox, məncə, qraf və prezident arasında fərq var, – vəkil dedi.

      – Doğrudan? – uşaq təəccüblə soruşdu. – Yoxsa qraf seçiləndə atəşfəşanlıq eləmirlər?

      Cənab Hevişem gülümsəyərək ayağını ayağının üstünə aşırdı. Kresloda yerini rahatlayandan sonra qərara gəldi ki, oğlana hər şeyi daha geniş şəkildə başa salsın.

      – Qraf… çox vacib şəxsdir, – o dedi.

      – Prezident də elədir, bunu mənə cənab Hobbs başa salıb.

      – Qraflar, – vəkil sözünə davam elədi, – köklü nəslin nümayəndələridir.

      – Bu nə deməkdir? – Sedrik soruşdu.

      – Yəni onların ailəsinin tarixi çox qədimdir, – vəkil uşağın başa düşəcəyi şəkildə izah eləməyə çalışdı.

      – Hə, bildim! Alma satan nənə kimi! O elə qocadır ki, ayaq üstə güclə dayanır. Əlləri də əsir. Bəlkə, yüz yaşı olar! Amma hər gün küçədə alma satır, üstünə yağış, qar yağsa da, evinə getmir. Deyir ki, yağış yağanda sümükləri yaman sızıldayır. Bizim ona çox yazığımız gəlir. Bir dəfə Billinin düz bir dollar[6] pulu var idi, mən ondan xahiş elədim ki, hər gün bu puldan beş sent[7] verib nənədən alma alsın. Pul təxminən iyirmi gün alma almağa çatardı! Ancaq bir neçə gündən sonra Billi alma yeməkdən bezdi. Xoşbəxtlikdən həmin vaxt bir cənab mənə əlli sent bağışladı. Mən də Billinin yerinə nənədən alma almağa başladım.

      Vəkil mat-mat oğlanın danışdıqlarına qulaq asırdı.

      – Sən məni düz başa düşmədin, – o dedi. – Demək istəyirdim ki, qraflar hələ qədimdən, yüzillər bundan əvvəl cəmiyyətdə hörmət qazanıb, tanınıblar. Onların adı ölkənin tarixinə düşüb.

      – Corc Vaşinqton[8] kimi? – Sedrik dilləndi. – Mən lap balacalıqdan onun adını eşitmişəm. Cənab Hobbs isə deyir ki, insanlar onu heç vaxt yaddan çıxarmayacaqlar.

      – Birinci Dorinkort qrafı bu titulu dörd yüz il bundan əvvəl alıb!

      – İşə bir bax! – Sedrik təəccübləndi. – Anamın bundan xəbəri var? Gələn kimi ona da deyərik. Belə şeylər onu çox maraqlandırır.

      – Qrafların çoxu İngiltərənin idarə olunmasında yaxından iştirak ediblər. Müharibələrdə vuruşublar.

      – Mən də vuruşmaq istəyərdim! – Sedrik dilləndi. – Düzdür, balaca olanda qaranlıqdan qorxurdum, lakin artıq böyümüşəm, indi heç nədən qorxmuram!

      – Qrafların həm də çoxlu pulu olur.

      – Mən də çoxlu pulumun olmasını istəyərdim.

      – Hə? – vəkil maraqla soruşdu. – Pul sənin nəyinə lazımdır ki?

      – Pulun olsa, çox şey eləyə bilərsən. Məsələn, alma satan nənəyə çardaq düzəltdirərdim ki, yağışın altında qalmasın. Üstəlik, soyuqdan üşüməməsi üçün ona soba və qalın, yun şal alardım.

      – Bəs başqa nə edərdin? – vəkil yenə soruşdu.

      – Çox şey! Məsələn, Dikə…

      – Bu Dik kimdir belə? – cənab Hevişem uşağın sözünü kəsdi.

      – Çəkməsiləndir, – Sedrik həvəslə cavab verdi. – Çox yaxşı adamdır! Şəhərin lap mərkəzindəki yolayrıcında oturub adamların ayaqqabılarını təmizləyir. Bir dəfə Əzizimlə oradan keçirdik, mənə qırmızı top almışdı. Top əlimdən sürüşüb at arabalarının keçib-getdiyi yola düşdü. Dik bunu görən kimi özünü arabaların arasına atıb topumu götürdü, gödəkçəsinə silib mənə verdi. O gündən dostlaşdıq.

      – Çoxlu pulun olsa, Dik üçün nə edərdin?

      – Ona təzə ayaqqabı boyası, fırça alardım ki, «işləri yağ kimi getsin». Axı Dik həmişə işlərinin yağ kimi getməsini arzulayır.

      – Bəs çoxlu pulun olsa, özünüz üçün bir şey eləmək istəməzdin?

      – Əlbəttə, istəyərdim! Ancaq əvvəlcə Meriyə pul verərdim ki, bacısı Bricitə çatdırsın. Bricitin on iki uşağı var, əri də işləmir. O, həmişə bizə gəlib ağlayır. Deyir ki, kirayə pulunu ödəyə bilmirlər. Hə, bir də, mənə elə gəlir, cənab Hobbsa qızıl saat bağışlasam, o, çox şad olar. Bir də, bir də… atəşfəşanlıq düzəldərdim. Qoy uşaqlar baxıb sevinsinlər!

      – Atəşfəşanlıq?

      – Bəli! Seçkilərdən sonra olduğu kimi!

      Elə bu vaxt qapı aralandı və missis Errol otağa girdi.

      – Bağışlayın ki, sizi tək qoymalı oldum, – o dedi. – Bricit burdadır, onun başına iş gəlib.

      – Nə olub ki? – vəkil soruşdu.

      – Əri qızdırma xəstəliyinə tutulub.

      – Mən gedib onunla danışmalıyam, – Sedrik bunu deyib qaçaraq otaqdan çıxdı.

      Cənab Hevişem isə kreslodan qalxıb missis Errola yaxınlaşdı və dedi:

      – Əgər bu bədbəxt qadına kömək eləmək balaca lorda xoş gələcəksə, mən yardıma hazıram. Qraf mənə tapşırıb ki, Sedrikə xoşbəxtlik gətirən hər hansı bir addımı atmaqdan çəkinməyim.

      – Ah! Qraf çox xeyirxah adamdır! – missis Errol dedi. – Sedrik bunu eşidəndə çox sevinəcək! O, Briciti də, onun əri Mayklı da çox istəyir. Maykla bahalı dərmanlar, isti geyim lazımdır.

      Cənab Hevişem əlini cibinə salıb pulqabını çıxardı və dedi:

      – İcazə

Скачать книгу


<p>6</p>

Dollar – ABŞ-da və başqa ölkələrdə 100 sentə bərabər olan pul vahidi

<p>7</p>

Sent – dolların 1/100-nə bərabər xırda pul

<p>8</p>

Corc Vaşinqton – Amerika Birləşmiş Ştatlarının ilk prezidenti