Balaca lord. Фрэнсис Элиза Бёрнетт

Чтение книги онлайн.

Читать онлайн книгу Balaca lord - Фрэнсис Элиза Бёрнетт страница 6

Balaca lord - Фрэнсис Элиза Бёрнетт Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

missis Errolla birlikdə yaşayacaqdı. Qulluqçu ilə yanaşı bir neçə ingilis nökər də karetin gəldiyini eşidib qapının ağzına çıxmışdı. Sedrik Merini görəndə çox sevindi. Cəld qaçıb qızın boynunu qucaqladı.

      Oğlan qapıdan içəri girən kimi paltosunu çıxarıb evi gəzməyə başladı. Evin geniş zalında və otaqlarında müxtəlif rəsm əsərləri, maral buynuzları və başqa maraqlı əşyalar vardı.

      – Əzizim, – Sedrik üzünü anasına tutub dedi, – bu çox qəşəng evdir, düzdür? Mən sevinirəm ki, sən belə qəşəng evdə yaşayacaqsan.

      Onların Amerikada yaşadıqları evlə müqayisədə bura, doğrudan da, çox geniş və qəşəng idi. Evdə buxarı da vardı. Buxarının qarşısındakı xalçanın üstündə isə ağappaq bir pişik yumurlanıb yatmışdı.

      – Xanım, bu pişiyi təsərrüfat işlərinə baxan qadın qəsrdən sizin üçün gətirib ki, tək qalıb darıxmayasınız, – Meri dedi. – O çox xeyirxah qadındır. Kapitan Errolu da çox istəyirmiş.

      Sedrik səsə oyanan pişiklə oynamağa başladı.

      Həmin vaxt missis Errol vəkillə astadan söhbət eləyirdi. Onlar bu söhbəti Sedrikin eşitməsini istəmirdilər.

      – Onu bu gün qəsrə aparmayacaqsınız, elə deyil? – missis Errol təşvişlə soruşdu.

      – Xeyr, uşaq bu gecə sizin yanınızda qalacaq, – vəkil dedi. – Nahardan sonra qəsrə gedib gəldiyimizi qrafa xəbər verərəm.

      – Zəhmət olmasa, qrafa çatdırın ki, mən ondan pul götürməyəcəyəm.

      – Necə? – vəkil təəccübləndi. – Qrafın sizin üçün ayırdığı vəsaitdən imtina eləyirsiniz?

      – Bəli! Əlacım olsa, heç bu evi də qəbul etməzdim! Ancaq oğluma yaxın olmalıyam deyə başqa çarəm yoxdur. Bir az pulum var, dolanışığıma çatar. Mən dəbdəbəli həyata alışmamışam. Qoy qraf fikirləşməsin ki, oğlumun onun yanına gəlməsinə pul üçün razılıq vermişəm.

      – Bu, çox qəribədir… – cənab Hevişem üzünün tərini yaylığı ilə silib dedi. – Qraf çox qəzəblənəcək. O bunu anlamayacaq.

      – Bir az fikirləşsə, anlayar, – missis Errol dedi. – Mənim, həqiqətən, onun puluna ehtiyacım yoxdur.

      Vəkil bir müddət dillənmədi. Sonra, nəhayət, dedi:

      – Mən sizin sözlərinizi qrafa olduğu kimi çatdıraram.

      Nahardan sonra cənab Hevişem qəsrə yollandı. Qraf dərhal onu qəbul elədi. O, buxarının qarşısındakı kürsüdə oturmuşdu, ağrıyan ayağını isə kiçik kətilin üstünə uzatmışdı. Cod qaşlarını çatıb sakit nəzərlərlə vəkilə baxırdı. Cənab Hevişem qrafı yaxşı tanıyırdı, bilirdi ki, sakit görünməyə çalışsa da, əslində, narahatdır.

      – Deməli, qayıtmısınız, – qoca qraf dilləndi. – Yaxşı, bəs nə xəbərlə gəlmisiniz?

      – Balaca lord və anası artıq buradadır, – vəkil dedi. – Səfər yaxşı keçdi, hər ikisinin də səhhəti qaydasındadır.

      – Lap yaxşı… – qraf laqeydliklə mızıldandı. – İçməyə bir şey istəyirsiniz?

      Cənab Hevişem özünə içki süzüb dedi:

      – Balaca lord bu gecə anasının yanında qalacaq, sabah isə mən onu qəsrə gətirəcəyəm.

      – Davam eləyin… – qraf dilləndi. – Mən bu uşaq haqqında, demək olar, heç nə bilmirəm. O necə oğlandır?

      Vəkil içkisindən bir qurtum alıb dilləndi:

      – Yeddi yaşlı uşağın xarakteri haqqında nəsə demək çətindir…

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      Примечания

      1

      Qraf – Qərbi Avropada, həmçinin 1917-ci il inqilabına kimi Rusiyada mövcud olmuş zadəgan rütbəsi və bu rütbəni daşıyan şəxs

      2

      Missis – xanım; ailəli qadınlara müraciətlə işlənir.

      3

      Beşinci avenyu – Nyu-York şəhərinin mərkəzi küçəsi; dünyanın ən bahalı küçələrindən biri hesab olunur.

      4

      Lord – İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu daşıyan şəxs

      5

      Markiz – Fransada, İngiltərədə, İtaliyada və İspaniyada zadəgan rütbəsi, habelə belə rütbəsi olan şəxs

      6

      Dollar – ABŞ-da və başqa ölkələrdə 100 sentə bərabər olan pul vahidi

      7

      Sent – dolların 1/100-nə bərabər xırda pul

      8

      Corc Vaşinqton – Amerika Birləşmiş Ştatlarının ilk prezidenti

      9

      Funt –

Скачать книгу