Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü. Агабаба Самед оглы Рзаев

Чтение книги онлайн.

Читать онлайн книгу Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü - Агабаба Самед оглы Рзаев страница 4

Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü - Агабаба Самед оглы Рзаев

Скачать книгу

vəsiyyətinə sadiq qalan Nəsirəddin sonralar yazmışdı: "Mən də atamın vəsiyyətinə əməl edərək səyahətə çıxdım. Hər fənn üzrə hansı bir ustada rast gəldimsə ondan istifadə edərdim. Lakin daxilən meylim və marağım həqiqəti batildən təmizləmək olduğundan hikmət və kəlam kimi elmlərin mahiyyətinə girmək istəyərdim".

      Öz səyahətləri zamanı tale Nəsirəddini zəmanəsinin görkəmli alimlərindən olan Şəhabəddinlə görüşdürür. Çox sonralar İsmaililər dövlətinin hökmdarı olmuş Əbülfəth Mənsur Şəhabəddin həkim və filosof, "alim hikmət və ağıl sahibi idi". O, hər tərəfdən axışıb gələn qərib adamlara elm öyrədir, öz var-dövləti hesabına onları saxlayır, töhfələr və hədiyyələr də verərdi. O, hökmdar olmasına baxmayaraq ətrafına ancaq müsəlmanları toplayardı, bu isə Nəsirəddinin allahsızlar adlandırdığı ismaililərin xoşuna gəlməzdi.

      Əbülfəth Mənsur Şəhabəddin İraqa səfərə çıxarkən Nəsirəddini özü ilə aparır, oradan Xorasana qayıdır və "bu əzəmətli diyarı" gəzir. Şəhabəddin Nəsirəddini öz yanında xidmətə dəvət edir. Nəsirəddin Şəhabəddin iqamətgahını tərk edərək doğma Tusa qayıdır.

      Nəsirəddin vətəndə çox qalmır. Özünə yeni müəllimlər axtarmaq arzusu ilə Nişapura yollandı. Nişapurda onun ilk müəllimləri İmam Siracəddin Qəməri, Qütbəddin Sərəxsi və Fəridəddin Damad oldular. Bizdə olan məlumata görə Fəridəddin Əbu Məhəmməd Həsən ibn Həsən Heydər Fəritumdi Nəsirəddinə məntiq və tibb elmlərindən təlim verərdi. Damad haqqında Əşkuri öz "Məhbub ül-gülub" əsərində yazırdı ki, "Fəridəddin Damad Sədrəddin Sərəxsinin şagirdi, Sədrəddin isə Əfzələddin Gilaninin şagirdi, o da Bəhmənyarın şagirdi Əbül Abbas Laukərinin şagirdi idi. Bəhmənyar isə Əbu Əli Sinanın şagirdi olmuşdur".

      Nəsirəddin haqqındakı yazılardan belə bir nəticəyə gəlmək olar ki, onun Nişapurda sürən təhsil müddəti çox səmərəli keçmişdir. Nəsirəddinin Nişapur ustadlarından məşhur alim Əl-Əttar, Əl-Arif ləqəbləri ilə tanınmış Şeyx Ətqarın da – Fəridəddin Səid bin Yusif bin Əlinin də gələcək alimin yetişməsində böyük əməyi olmuşdur.

      Nəsirəddin Nişapurdan Quma yollanır. Bu qədim şəhərdə ona zəmanəsinin görkəmli alimi Əbu-s-Səadət İsfahani təlim verir (mənbələr yazırlar ki, Qumda Nəsirəddinlə bərabər Seyid Əli bin Tavus Hüseyni və Şeyx Meysəm bin Əli bin Meysəm Böhrani də dərs alırdılar). Nəsirəddinin ustadları arasında Səlahəddin Səfədi özünün “Əl-vafi bilvəfəyat” əsərində Nəsirəddinin müxtəlif vaxtlarda təhsil aldığı aşağıdakı görkəmli alimlərin adını çəkir: tibb və fəlsəfə üzrə, təhsilini Misirdə, Xorasanda, Heratda və Xorəzmdə almış, monqol işğalı zamanı həlak olan Qutbəddin Misri (Nəsirəddin İbn Sinanın “Kitab əl-Qanun" adlı tibb əsəri ilə ilk dəfə Qutbəddin Misrinin yanında tanış olmuşdu); müsəlman hüquqi üzrə Əbdul Həsən ibn Bədraki Şeyx Muinəddin; riyaziyyat, astronomiya və musiqişünaslıq üzrə Mosulda "Kamiliyyə" məktəbinin ustadlarından olan "26 elmin bilicisi" Kəmaləddin Mövsüm-Əbdül Fəttah Musa ibn Əbilfəzl Yunis ibn Məhəmməd; hədislər üzrə Qəzvinli alim Şeyx Bürhanəmin Məhəmməd Əbülhəsən Ali.

      Nəsirəddinin ustadları arasında Şeyx Bürhanəmin Həmədaninin və Muinəddin Salim ibn Bədəran Mazani Misrinin də adları çəkilir. Mənbələr göstərir ki, Nəsirəddin Məzani Misrinin yanında müsəlman hüququ üzrə təhsilini başa vurduqdan sonra 1223-cü ildə ustadı ona fərqlənmə şəhadətnaməsi vermiş və bu şəhadətnamə “Bahar əl-anvar" kitabında qeydə alınmışdır.

      Nəsirəddinin bir alim kimi yetişməsində, təkmilləşməsində və dünya şöhrəti qazanmasında çox böyük ustadlar (bura Nəsirəddinin təlim almadığı, lakin əsərlərindən bəhrələndiyi alimlər də daxildir) haqqında bizə məlum olan məlumatları qısa şəkildə aşağıda veririk.

      Vəcihəddin Məhəmməd bin əl-Həsən əl-Tusi:

      Bəzi alimlər onu Fəxrəddin ləqəbi ilə yad ediblər. Lakin İbn əl-Füvati “Məçmə əl-adab" da onun ləqəbini Vəcihəddin kimi göstərmişdir. Bu böyük şəxsiyyət Seyid Fəzlullah bin Əli Əbidullahın şagirdlərindəndir və ondan nəql etmək icazəsinə malikdir. Onun həmçinin Qütbəddin Əbülhüseyn Səid bin hibbətullah bin əl-Həsən ər-Ravəndidən də rəvayət icazəsi vardı.

      Ziyaəddin Əbi-r-Rza Fəzlullah bin Əli Abdullah bin Kaşani: öz dövrünün böyük şəxsiyyətlərindən və alimlərindən biri olmuşdur. Onun nəsibinə düşən şeyxlərin sayı iyirmidən artıqdır. Onlardan Dai Həsəni övladları olan Seyid Murtaza və Seyid Müctəbanın, həmçinin Seyid Zülfüqar Mərvəzinin, Şeyx Əbi-s-Səadət Müstəcəzinin, Seyid Əbu-l-Bərəkat Hüseyni Məşhədinin adlarını çəkmək olar. Şiələrin böyük şəxsiyyətlərindən olan Şeyx Raşid bin İbrahim Böhraninin, Xacə Nəsirəddinin atası Məhəmməd bin əl-Həsən ət-Tusinin, Bürhanəddin Məhəmməd Qəzvininin, Məhəmməd bin Şəhraşub Mazandaraninin və Şeyx Abdullah bin Cəfər Duryəstinin Seyid Fəzlullah Ravəndidən nəql etmək icazəsi vardı. “Zəvə, əş-şəhab", "Əl-Ərbəeyn fi-l-Həvadis", "Nəzm əl-əruz lil-qəlb əl-məruz vəl-müvcəz-əl-kafi fi elm əl-əruz" kimi əsərlər bu müəllifin qələminə məxsusdur.

      Seyid Murtaza Elm əl-hədi: Zülməcideyn Əbulqasim Əli bin Musa bin Məhəmməd bin Musa bin İbrağim bin əl-İmam Musa əl-Kazim, əleyhəssəlam, görkəmli və tanınmış alim olmuşdur. Dərin savada, yüksək elm, irşad və təlimə malik olduğu üçün ona Elm əl-Hədi ləqəbi verilmişdir. Fiqh, Kəlam və ədəb elmlərində yüksək məqama çatmış, Bağdad alimlərinə başçılıq etmişdir. Elm əl-hədi 355-ci ildə anadan olmuş, "Nəhcülbəlağə" müəllifi olan qardaşı Seyid Rza ilə birlikdə Şeyx Mufiddən dərs almışdır.

      Elm Əl-hədi bütün elm sahələrində mahir idi və onlardan dərs deyirdi. Onun “İmamiyyə"sini IV əsrdə ən geniş yayılmış imamiyyə hesab edirdilər. Onun 80 min cild kitabı olan kitabxanası vardı, öz qələmindən çıxan əsərlərinin sayı 80 çildə yaxın idi, özü də 80 il ömür sürmüşdü. Buna görə də ona Əbu-s-Səmanin ("səksən atası") deyirdilər.

      İmamətə dair “Dürər və Cürər" ("Dürrlər və seçilmişlər"), "Müsail-e Nasiriyyat” və "əş-Şafi", üsula dair" “Əl-Müxtəsər" və Peyğəmbərlərin ismətinə dair "Ət-Tənziyyə" kimi kitabların müəllifi həmin böyük alimdir. "Riyaz əl-üləma" müəllifi yazır ki, Xacə Tusi dərs zamanı hər dəfə Seyid Murtazanın adını çəkəndə "Səlavat Allah əleyhi", – deyərdi. Sonra dərsdə iştirak edən qazilərə və müdərris[1] lərə üzünü tutub buyurardı: Murtazanın şərəfinə səlavət çəkməməkmi olar?

      Əbul Ülə Məərri Elm əl-Hədinin atasının şərəfinə qəsidə həsr etmiş, Rza və Seyid Murtazanı mədh etmişdir. Bu böyük şəxsiyyət 436-cı ilin Rəbiül- əvvəl ayında vəfat etmişdir.

      Kəmaləddin bin Yunis Mausili: Əbülfətx Musa bin Əbi-l-Fəzl Yunis bin Məhəmməd bin Müne bin Malik bin Məhəmməd. Ləqəbi Kəmaləddindir. Öz dövründə Şafei məzhəbinin

Скачать книгу


<p>1</p>

Müəllim.