Orion – 51. Ruzigar Ələkbər

Чтение книги онлайн.

Читать онлайн книгу Orion – 51 - Ruzigar Ələkbər страница 2

Автор:
Жанр:
Серия:
Издательство:
Orion – 51 - Ruzigar Ələkbər

Скачать книгу

səlahiyyətləri” adlı qa-nunlar toplusunda qeyd olunan bir bəndinə əsasən, onun da saqqal sa-lamaq hüququ var idi. Çalma saqqalı üzündə elə bir təəssürat yaratmışdı ki, sanki bu adam heç zabit yox, hər hansısa, başqa bir peşənin sahibidir. O, Yunanıstanın İraklion şəhərində, kasıb bir ailədə dünyaya gəlmişdi. Atası Yunanıstanın çox da tanınmayan yazarlarından olan Adnos Vlahos, anası isə ömrünün əksər hissəsini, sadəcə, kiçik bir müəssisədə keçirən, dərzi Adria Vlahos idi. Lefteris ailənin altı uşağından sonuncusu idi. Uşaq vax-tından bəri atasının ciddi nəzarəti altında böyüyən Lefteris, onun sayəsində varlı ailələrin uşaqlarının təhsil aldığı özəl şəhər məktəbində təhsil almağa başlamışdı. Təhsil haqlarını demək olar bütün ailənin boğazından kəsilən məvaciblə ödəyən atası, Lefteris dördüncü sinifdə oxuyarkən həyatını itirmişdi. Yunanıstan məhkəməsi, Adnosu yazılarına görə elektrikli out-racaqda cərəyan verilərək edam olunması hökm vermişdi. Buna baxma-yaraq, o, azsaylı nüsxə ilə də olsa, ölümündən sonra dörd adda kitab qo-yub getmişdi. Bu kitablar isə onun yaxın çevrəsindəki ziyalı adamların evi-nin rəflərində tozlanırdı. Onun ölümündən sonra məktəbi yarımçıq sax-lamağa məcbur qalan bu balaca oğlan, şəhərin izdihamlı yerlərində ana-sının hazırladığı südlü şirniyyatları satmaqla həyatına davam etməyə məc-bur idi. Lakin bir müddətdən sonra onların həyatı tamamilə dəyişəcəkdi və bu dəyişikliyin səbəbi yeni çağ müharibəsi olacaqdı.

      Bacısı Sofiadan başqa bütün ailəsini bu müharibədə itirən, Lefteris, elə

      bacısının təkidi ilə Yunan ordu sıralarına qoşulmuşdu. Hərçənd Sofianın zabit əri Demitrinin bu xü-susda rolu daha böyük idi, lakin yenə də, tələbi irəli sürən bacısı idi. Ailə-nin digər üzvlərinin ölüm səbəbi də olduqca maraqlı və bir o qədər dəh-şətli idi. Lefteris və Sofiadan başqa ailənin digər üzvləri, müharibə

      ərəfə-sində bolqar partizan dəstəsinin İraklion şəhərinə hücumu ərəfəsində həyatlarını itirmişdilər. Əslində, Lefteris və Sofianın həyatda qalmaqlarını möcüzə adlandırmaq olardı.

      Partizan dəstəsinin girov saxladığı altmışa yaxın ailə, olduqca rütubətli və darısqal bir zirzəmidə saxlanılırdı və həmin ailələrdən biri də

      Vlahos ailəsi idi. İki gün ərzində İraklionu vəlvələyə salan partizanlar, bu müddət ərzində şəhərdə səksən üç nəfərin ölümünə səbəb olmuşdu. Sonda dalana dirənən partizanlar, gecikmiş yunan zabitlərinin şəhərdə olduğunu bilib, onları hədələyərək zirzəmidəki insanları güllələyəcəklərini bildirmişdilər və elə bu məqamda da, yerləri dəqiqləşdirilən partizanlar öz mübhəm işlərinin icrasına başlamışdılar. Lefteris və Sofia yunan əsgərləri tərəfindən xilas olunan yüz iyirmi iki nəfərin arasında idi. Anası, bir bacısı və dörd qardaşı isə bolqarlar tərəfindən güllələnmişdilər.

      Bolqarların şəhərə basqın etməyinin səbəbi, Yunanıstan hökümətinin, əhalinin bolqarlardan ibarət hissəsini, ölkədən deportasiya etməyi idi. Bu elə bir dövrə təsadüf edirdi ki, NATO ordusu sonradan yerli hökümətə

      xəyanət edərək, daxili müharibə başladacaq, Bolqarıstanda terrorlar törə-dəcəkdi. Yunanıstan isə o vaxtlar, NATO-nun üzvlüyündən altı ay idi ki, imtina etmişdi. Bu cür radikal bir üsulla alınan qisasın başqa səbəbləri də

      vardı. Heç bir yazılı sənəddə olmasa belə, bolqarlar iddia edirdiər ki, guya, yunanlar ölkəni tərk etmək istəməyən üç min yeddi yüz on iki nəfər bolqar vətəndaşının soyqırımını həyata keçirib.

      Yunanların İraklionu nəzarətə almağı və partizan dəstəsini zərərsiz-ləşdirməyində, Demitri fəal iştirak etmişdi. O, şəhərin xilasına gecikən əsgər heyətinin komandanı idi. Sofia ilə də, məhz belə bir kədərli gündə

      tanış olmuşdular. Demitri xaraktercə yüngülməcaz adam olmağı ilə bərabər, həm də boşboğaz bir adam idi. Dostları bu xüsusiyyətinə görə onu vaxtaşırı acılasa da, o heç cürə ağıllana bilmirdi. Hətta bir dəfə arvadı haqqında içki məclislərinin birində biədəb söhbətlər etdiyinə görə, ən yaxın dostları onu masa arxasında qoyub, sakitcə masadan qalxmış və çıxıb get-mişdilər. O, Sofiadan nə az, nə çox on iki yaş böyük idi. Əslində, bu tanışlıq, tanışlıqdan çox məcburiyyət və çarəsiz vəziyyətdə qalan qızın ani qərarı sayəsində baş vermişdi. On doqquz yaşlı Sofia, bəlkə də, siyasət işlə-dərək qardaşı və özünün həyatını yalnız bu cürə qorumağın mümkün olduğunu düşünmüşdü. Lakin Demitri də heç bir halda ondan “yox” cavabı almağa razı olmazdı, hətta belə bir şey olmuş olsaydı, o, yəqin ki, ən yaxşı halda onun üzünə tüpürərdi. Yaxud da, elə oradaca vəzifəsindən sui-istifadə edərək, onu istəmədiyi bir şeyə zorlaya və bundan sonra da, hər kəsin yanında onu alçalda bilərdi.. Həmin vaxtlarda Yunanıstan belə bir yer idi…

      Lefteris ordu sıralarına daxil olduqdan iki il sonra, NATO ordularına qarşı döyüşlərdə fəal iştirak etdiyinə görə antipoloxaqos-leytinant rütbəsi ilə təltif edilmişdi. Bəlkə də, o bunu həyatındakı ilk uğuru kimi qəbul etmişdi deyə, yalnız bundan sonra hərbiyə həvəsi daha da artmışdı. Fiziki məşqlərə köklənmiş, atıcılıq üzrə xüsusi dərslər almağa başlamışdı ki, bu da orduda fəaliyyət göstərən zabitlər üçün könüllü xarakter daşıyırdı. Əslində isə o, hərbiyə və orduya nifrət edirdi. Ola bilsin ki, onun çalışqan-lığının səbəbi də məhz bu nifrətin hikkəsindən idi. Pyelesd döyüşündə əsir götürülən NATO əsgərlərindən dördünü işgəncə verərək öldürmüşdü.

      Bütün bu əlamətlərdən sonra, düşünə bilərsiniz ki, öz-özü ilə danışmağı və

      dəli adlandırılmağı onun keçmişdən qalma travmalarının mübhəm əsəridir, lakin xeyr, o da hamı kimi ağıllı davranmağı bacaran və sosial çevrə-sinin genişlənməsi qayğısında olan adi bir adam idi. Ürəyi sıxılanda digər zabitlərlə söhbət etməyə, onlarla deyib-gülməyə can atırdı. Lefterisin bacarıqları sırasına şahmat da daxil idi. Şahmatı elə məharətlə oynayırdı ki, hətta ən ağlasığmaz mərclərə belə razı olurdu və adəti üzrə, sonda özü qalib olurdu. Uşaq vaxtı təhsil aldığı özəl məktəbdən də ancaq bunu öyrənmişdi, başqa heç nə.

      Onun haqqında gəzən söz-söhbətlərin fərqində idi, lakin buna ciddi bir məsələ kimi yanaşmırdı. Əksinə ona qarşı yönələn ittihamların qarşılığında, – “hamınız axmaqsınız!” – deyə, zarafatyana cavab verirdi. Hərdən də özü barəsində elə vəcdlə danışırdı ki, ətrafdakılar az qala ona inanırdılar. Bu söhbətlərin isə effektiv təsiri o yerdə öz gücünü itirirdi ki, o, gecələr səmada gördüyü ovçu haqqında danışmağa başlayırdı. Bu ovçunun hətta adı da var idi və bu ad, “51” idi. Kapitan Vlohasın iddiasına görə, 51 onunla elə şeylər haqqında söhbətlər edir ki, həmin söhbətləri bu vaxta qə-dər hələ heç bir insan övladı bilməyib. Ancaq dostları bu şeylərin nə olduğu barəsində adicə bir sual verəndə, Lefterisin dili dərhal topuq vur-mağa başlayır və həmişəki kimi gülünc

Скачать книгу