Orion – 51. Ruzigar Ələkbər
Чтение книги онлайн.
Читать онлайн книгу Orion – 51 - Ruzigar Ələkbər страница 4
əlini masanın altında gizlətdiyi səsyazma qurğusuna sarı uzadıb, onu götürdü və dərhal otaqdan çıxıb, zabitlərin yığışdığı yemək salonuna yollandı.
İçəri həmişəki kimi siqaret qoxusundan nəfəs alına bilinməyəcək qədər dumanlı idi. Bundan başqa uzo və balıq konservasının kəsif qoxusu da 15
adamın başını gicəlləndirirdi. Çörək ovuntularının üzərinə səpələnən kart-lar bir tərəfdən o biri tərəfə uçuşurdu. Lefteris də içmişdi, lakin buradakılar kimi sərxoş deyildi. Bu vaxt onun ağlından çox qəribə bir fikir keçdi.
Yemək salonundakı zabitlərə baxıb, düşündü ki, görən indi şimaldan hər hansısa bir hücum olsa, buradakıların aqibəti necə olar. Qapının asta-nasından nəhayət ki, irəli addım atıb, salonun mərkəzinə gəldi və səsyazma qurğusunu şinelinin cibindən çıxarıb havaya qaldırdı. “İndi dəlinin kim olduğunu biləcəksiniz!” – deyə, yüksək səslə bağırıb, qəh-qəhə ilə güldü.
Bir neçə dəqiqədən sonra zabitlərdən kimisi qəş çəkib gülür, kimisi də
mənasız nəzərlərlə gözünü döyürdü. Səsyazma qurğusunda eşidilən səs, yalnız Lefterisin səsi idi. O, belə bir gülünc vəziyyətə düşməyindən acıq-lanıb, həndəvərindəki bütün masaları bir-bir təpikləməyə başladı. Bunu edərkən dayanmadan, – “Sizə sübut edəcəm mən! Görəcəksiniz! Beş gün sonra məni heç biriniz tapmayacaqsınız!” – deyə, qışqırırdı. Artıq ən sadə-lövh zabit belə, kapitan Vlohasın ağlını itirdiyinə şübhə etmirdi. O, yemək salonunu tərk etdikdən sonra, burada xeyli müddət sakitlik hökm sürdü.
Bu sükutu pozan kim isə belə deyirdi:
– Müharibə hər kəsə bir cür zərbə vurub, amma yalnız kapitan Vlohasın ürəyi kimi ürəyə sahib olan adamlar üçün bu zərbələr dəliliklə nəticə-lənib. Hansı birimiz dəli deyilik ki? Baxın, o, bunu nümayiş etdirmək cəsarətini qeyri-iradi səbəblərdən dolayı əldə edə bilib, lakin bəs biz? Biz ondan daha çox dəliyik…
Bu hadisədən sonra kapitan Vlohas, iki gün bundan əvvəl, sadəcə, dörd saatlıq xidmət üçün yollandığı məntəqədən hələ də geri gəlmirdi. Zabitlər, ən çox da leytnant Nikolaydas ona görə narahat olsa da, digər tərəfdən də, heç biri onu narahat etmək istəmirdi. Öz aralarındakı söhbətlərin birində leytnant Nikolaydas demişdi: “O indi mənəvi paklaşmaq mərhələsindədir, qoyun Kovagnosun təbiəti ona dərman olsun!”
Kapitan Vlohas dörd saatlıq gündüz xidmətini başa vurduqdan sonra yerləşdiyi təknəfərlik yataq otağından heç çölə çıxmamışdı. Onun qaldığı otaqda pəncərə əvəzinə, balaca bir arakəsmə var idi və bu da, o demək idi ki, o 51 ilə iki gün idi ki, görüşmürdü. Həm də, sanki onun özü də, bi-lərəkdən bu görüşün baş tutmağını istəmirdi. Nəhayət, üç gün tamam olanda, Kapitan Vlohas və onun əsgərinin olduğu maşın, dolanbac yollu yüksəklikdə göründü. Onlar İstehkamın qarşısından sürətlə ötüb, yan tərəfə keçdilər. Bu vaxt İstehkam rəisi onu öz otağında təmkinlə gözləyirdi.
Qapını üç dəfə döyəclədikdən sonra Lefteris hərbi salam verib içəri keçdi.
Taqmatarxes – Mayor Mitaras ona ciddi nəzərlə göz qoyur, hər hərəkətini izləyirdi.
– Özünüzü necə hiss edirsiniz, kapitan Vlohas?
– Sağ olun.
– Bəs xidmətinizi niyə düzgün şəkildə aparmırsınız? Bundan əlavə, niyə özünüzü normal apara bilmirsiniz?
Lefteris bu yerdə susub gözləyirdi. Lakin əlində saxladığı papağını elə
sıxırdı ki, sanki onu bu dəqiqə kənara tolazlayacaqdı.
– Sizinləyəm, sualıma cavab verin!
– Aydındır! – deyib, köksünü ötürən mayor Mitaras, başını yellə-dikdən sonra ona qapını göstərdi.
Lefteris bilirdi ki, artıq bütün limitləri doldurub və indi buradan, Kovagnosdan çıxıb getmək qaçılmazdır. Onun içərisində 51-ə nifrət daha da böyüyürdü, hətta o da, artıq dostları kimi inanırdı ki, bütün bunlar sadəcə psixi pozğunluğun fəsadlarıdır və buna görə də, özünü sadəcə olaraq, başqalarına axmaq kimi tanıdıb.
Uzun dəhlizi keçib, yataq otağına qalxdı və otağın qapısını arxadan kilidlədi ki, heç kim içəri girməsin. Çünki bu otaqda ondan əlavə üç zabit də qalırdı. Yatağına uzanıb yuxulamağa çalışırdısa da, yata bilmirdi. Nəhayət, ayağa qalxıb, pəncərəyə tərəf getdi və pərdəni aralayıb, ürkək baxışlarla səmaya baxdı. Yağış yağırdı, hava buludlu və çiskinli idi. Saatına baxdı və 51-in yerini qiyabi ehtimalla müəyyənləşdirdi. Bu vaxt gözünü qərar-laşdırdığı nöqtədə heyrətamiz parıltılar görürdü. 51 buludların arxasında idi. Bu hadisə onun ürəyini elə incitdi ki, onun hətta gözləri də yaşardı. İri yumruğunu divara sıxıb, pəncərəni örtdü və gedib, qapının kilidini açdı.
Səhərisi gün xidmətə hazırlıq gördüyü vaxt, təsadüfən dostu leytnant Nikolaydasla qarşılaşdıqda, onunla ötəri salamlaşıb, silahını kürəyinə keçirdi. Bu gün leytnant Nikoladaysla eyni məntəqədə xidmət aparmalı idi.
Hər ikisi də əsgərlərinə təlimat verib, yola düşdülər. Hava dumanlı və rütubətli idi. Qonşu məntəqələr də, bu səbəbdən, günəşli günlərdəkindən fərqli olaraq, indi görünməz olmuşdular. Təkcə qatar-qatar uçan quşların qaraltısını görmək olurdu, dumanlıq arasında. Axşamçağı, xidmətlərinin sonuna az qalmış, nəhayət, Lefterisin susqunluğundan təngə gələn, leyte-nant ona yaxınlaşıb dedi:
– Bilirsən, əslində, indi düşünürəm ki, birdən doğrudan da dediyin kimi, sabah yoxa çıxarsan. Yəqin, xatırlayırsan, sabah dediyin beş günün sonuncu günüdür.
– Başqa söhbət elə. – deyə, kapitan Vlohas kəskin ifadə ilə dedi.
– Bilirsən, Lefteris, əslində, bilmirəm niyə, amma sənə cuzi də olsa inanmağa başlamışam.
– Nənəni xatırlayandan sonra bu qənaətə gəlmisən yəqin!
– Eh, qurtar görək, zarafat etmirəm. Baxmayaraq ki, mən özümü materialist adam kimi tanıyıram, lakin niyəsə içimdən sənə inanmaq keçir.
– Dedim, axı danışma bu mövzuda.
– Düşünürəm ki, sən həqiqi Tanrı ilə görüşmüsən.
– Birinci