Orion – 51. Ruzigar Ələkbər
Чтение книги онлайн.
Читать онлайн книгу Orion – 51 - Ruzigar Ələkbər страница 7
ya tullanıb onu quruya çıxarmışdı. Gənc Andreanın meyitini çiyninə qaldırıb, piyada, düz polis məntəqəsinin həyətinə gətirmişdi.
Hadisəni araşdıran İstintaq bölməsi, ilkin olaraq, elə Vasilisin özündən şübhələnmişdilər. Çünki o, doğrudan da ilk nəzərdən şübhələniləcək xarakterdə və görünüşdə olan bir adam idi. Ən başlıcası, bu şübhələrin əsasını, onun filosof həyatı yaşamağına yozurdular.
Vasilis, Saint Johannes çayının yaxınlığında yerləşən bir təpənin həyətində özünə balaca bir ev tikmişdi. Həyətində arı yeşikləri, iki atı, bir neçə
keçisi və bir buğası vardı. Deyilənə görə, onun evində hər hansısa bir otaq əşyası yox idi. Yataq əvəzinə üst-üstə yığdığı köhnə kitablardan istifadə
edirdi. Bir qəzetə müsahibəsində bunu belə açıqlamışdı ki, köhnə, ələlxüsus unudulan kitablar həmişə, oxunulmasa belə, yenə də lazımlı və dəyərli saxlanılmalıdır və elə buna görə də, onlardan yataq əvəzi istifafə edir. Ən inanılmaz qəribəlik isə bütün İrakliona daha əvvəlcədən də məlum olan bir məqam idi. Vasilis əslində balıqçılıqla məşğul olmurdu, tilovu suya qarmaqsız tullayırdı. Bunun səbəbi də hamıya məlum idi ki, o balıq tuturmuş
kimi etməklə, həm öz ruhunu dincəldir, həm də qəliblərə salınmış şüurunu bu üsulla paradoksal vəziyyətə salaraq, məşq etdirir. O, günlərlə, hətta həf-tlərlə evini tərk edir, İraklionun ucqar yerlərinə gedir, oralarda özü ilə götürdüyü kitablarını oxuyur, özünə yemək hazırlayır və səhərlər erkən saat-larda yuxudan qalxıb, çayda çimirdi. Bu, bir növ onun meditasiyası idi.
Onun düşüncəsinə görə, insan özünü sığdırdığı, adına ev dediyi məkanı və
oradakı yaşayışını vaxtaşırı tərk etməli, ruhunun dərinliyində bu hissin sonsuz mənalarının həzzinə varmalıdır. Vasilislə söhbət edərkən, düşünmək olardı ki, o sənin üzünə gülür. Tam ciddiyyətlə dayansa belə, yenə də
düşünərdin ki, o sənə gülür. Elə meyiti polislərin qarşısında yerə qoyanda da, üzü bu cür bir ifadə də idi. Bəlkə, sadəcə, bu amilə görə başı xeyli ağrı-mışdı. Üç həftə polis nəzarətində qaldıqdan sonra yerli sakinlər tərəfindən edilən ciddi narazılıqlar sayəsində onu sərbəst buraxmışdılar. Andreanın boğazında elə də dərin olmayan bir kəsik də vardı və bu məqam qətlin nə
dərəcədə dəhşətlə törədildiyindən xəbər verirdi. Bundan başqa onun omba və çanaq nahiyyəsində, habelə qarın boşluğunda və qıçlarında da xırda yaralar var idi.
Lefterisin polis bölməsinə çağrılmağının səbəbi, onun Andrea ilə ikili münasibətdə olmağı idi. Rodriges ailəsi, həmçinin bütün şəhər, təkidlə
qatilin Lefterisin olduğunu bildirsələr də, məhkəmə şöbəsi heç cürə bunu 25
qəbul etmək istəmirdi. Bütün bunlardan sonra hamı düşünürdü ki, bu cür etinasızlığa səbəb nüfuzlu Demitridir. Bununla belə, məhkəmənin son qərarında Vasilis Papadopuolosun həbsinə xitam verildi. Qırx yeddi yaşlı bu zavallı adam, nahaq yerə ittiham olunmuşdu və bunu da şəhərdəki hər kəs bilirdi. Çoxları düşünürdü ki, qərarın bu istiqamətdə verilməsinin ayrı səbəbi vardı. Onlar düşünürdülər ki, yeni yaradılan Hellenasın məmur icmasına qarşı utancverici, xoşagəlməz fikir formalaşdırmamaq üçün adi, fağır bir adamı, qatil deyib həbs etmək işi ört-basdır etmək üçün tək çıxış
yolu olmalı idi.
Demitrigillə qonşuluqda yaşayan insanlar, hətta iddia edirdilər ki, bu hadisədən sonra Sofia ilə Demitri boşanmağa belə hazırlaşırmışlar. Lakin bir müddətdən sonra məhkəmənin Lefterisi günahsız kimi qələmə verməyi ilə də narazılıqlar və bütün qərəzli ittihamlar, əvvəlki təsirini itirməyə başlamışdı. Lefteris hərbiyə göndərildiyi gün isə ara yenidən qarışdı. Hər kəs düşünürdü ki, Demitri bu addımla əsl günahkarı gözdən uzaq saxlamağa çalışır.
Bu hadisələrdən səkkiz il ötməyinə baxmayaraq, Lefterisi yenidən narahatlıq hissi bürümüşdü. Həqiqət bu idi ki, Andreanın qatili, həqiqətən də, elə onun özü idi. Lakin ona görə qatil özü olsa da, günahkar özü yox, atasının “Oyuncağın sevgisi” adlı romanı idi. Maraqlısı isə bu idi ki, atası Adnos Vlahosun sağlığında oxunulmayan bu kitab, sonradan, xeyli müddət Hellenas gənclərinin ən çox araşdırdığı kitab olmuşdu. Lefteris bu romanı, kitab kimi yox, hələ əlyazma halında olarkən, on yaşında ikən oxumuşdu. Roman kiçik həcmli olmağı ilə bərabər, həm də uşaqlarrın müta-liəsi üçün uyğun deyildi. Romanda bir qızın oyuncağa qarşı olan sadist sevgisindən bəhs olunur. Bu qız böyüyüb, ailə həyatı qurduqdan sonra çox möhkəm hislərlə sevdiyi həyat yoldaşının bədəninə, uşaqkən oyuncağına etdiyi hərəkətləri tətbiq edir və sonda, bir gün onu işgəncəylə öldürür. Bir növ Freyd psixoanalitik fəlsəfəsindən təzahür edən bu roman, bir vaxtlar məşhurlaşmışdısa da, bir müddətdən sonra Hellanasın yazarlar birliyi tərəfindən sərt tənqid olunmuş və qısa vaxtda bütün kitabxana və kitab mağa-zalarından yığışdırılmışdı.
İraklion şəhəri uzaqdan ecazkar görüntüsü ilə diqqət çəkirdi. On iki mərtəbəli binaları çevrələyən, geniş ərazini zəbt edən həyət evlərinin qırmızı damları, Lefterisin ürəyində qəribə hislər yaratmışdı. Ölgün baxışlarla maşının şüşəsindən çölə baxır, siqaretinin külünü hiss etməsə də maşının 26
içərisinə dağıdırdı. Şəhərə yaxınlaşdıqca, birbaşa evə gedib, Sofia ilə qar-şılaşmaqdansa, Demitriyə zəng edib, onu bir kafeyə dəvət etmək haqqında düşünür, baş verənləri əvvəlcə ona danışmaq haqqında göt-qoy edirdi.
Problem burasında idi ki, Lefteris onun telefon nömrəsini bilmirdi və onu xeyli vaxt idi ki, itirmişdi. Beləliklə, maşını onların evlərinə tərəf sürdür-məli oldu.
Vişnəyi rəngli çamadanını yerə qoydu və onu buraya qədər gətirən sürücüyə təşəkkür edib, paltosunun yaxalığını yuxarı qaldırdı. Küçələr nədənsə boş görünürdü və əslində, bu onun üçün daha yaxşı amil sayılırdı.
Bəyaz qapını döyəcləyib gözlədi. Qısa vaxtda Demitrinin laqeyd üzü qapının astanasında peyda oldu. O bir az dayandıqdan sonra, qəfil gözlərini bərəldib, təəccüblü ifadə ilə “Lənət şeytana! Sən burada nə gəzirsən?!” –
deyə, ikrahdoğurucu tərzdə dişlərini qıcayıb, astadan qışqırdı.
– Sizinlə danışmalıyıq. – deyə, Lefteris ehtiyyatla dedi.
Bu sözdən sonra qapını