Orion – 51. Ruzigar Ələkbər
Чтение книги онлайн.
Читать онлайн книгу Orion – 51 - Ruzigar Ələkbər страница 9
Lefterisin çaşqınlığı ciddiyyətə çevrilmişdi. O, qarşısında oturan bu gənc qızın, niyə bu şeylər barəsində danışdığına bir məna verə bilmirdi.
Nəhayət, cavab verməli olduğunu hiss edib dedi:
– Bilirsinizmi, bütün bunlar sizin və mənim yox, siyasətçilərin söhbət mövzusu olmalıdır.
– Üçüncü dünya müharibəsi, bəşəriyyəti yeni çağa keçirmədi, onu əksinə barbarlığın ən pik həddinə yetişdirdi. Hellenasda ancaq zabitlər və
məmurlar yaxşı yaşayırlar. Həkimlər, müəllimlər və polislər isə yorulublar.
Onlara qalsa, bütün səlahiyyətlərindən və məsuliyyətlərndən imtina edib, özlərini Hentasın sularına atarlar. Məncə, bütün bunlardan danışmaq üçün siyasətçi olmağa gərək yoxdur. Müharibə bizə onu da sübut etdi ki, gərək ən aşağı təbəqənin insanı belə siyasətçi olsun…
– Düşünürəm ki, Hellenas heç də sizin sadaladığınız kimi bir yer deyil. Ən bəsit örnək, artıq ABŞ, Çin, Rusiya deyilən ölkələr mövcud deyillər. Ərəblər isə layiq olduqları yoxsulluğu çəkməlidirlər. Neft ehtiyyatları onları yer üzündə yaşayan ən ləyaqətsiz adamlara çevirmişdi, lakin yenə
də, nə də olmasa balansı saxlaya bilirdilər. Hələ ibadət evlərindən əldə etdikləri turistik gəlirləri demirəm. Sizin xəbəriniz varmı, Finlandiyada bir kənd var ki, valdeynlər öz uşaqları ilə qidalanırlar?
– Hellenası ayaqda saxlayan, düşünürsünüz ki, Avropa kultudur? Bu gün əsgərlər olmasa, nə kult qalar, nə də ki, etnik təfəkkür, elə bura da dönüb olar Şimal ölkələri kimi. Düşünürəm ki, əsl intibahı keçən də, məhz 30
elə həmin xalqlardır. Müharibədən qalib çıxan da biz yox, əslində, həmin ac fransız, ingilis, rus, ərəb və amerikanlardır. Biz isə kapitalizmin çökü-şündən doğan, mahiyyətcə elə kapitalist prinsipləri tərəmmüm edən yeni ideyaların yaranmağına zəmin yaratdıq. Bədbəxtlik isə burasındadır ki, öl-kə olaraq bunu dərk etmirik. Adnos Vlahosun “Kapitalizmə haradan hücum etməli?”, kitabını oxumusunuz? Orada bir cümlə var, çox xoşum gəlir.
Deyir: “Kapitalizm özünə düşmən olan bütün sistemlər və onların ideyala-rından qorxmaq əvəzinə, onları pul sayəsində əks arqumentlər və ittihamlarla zənginləşdirir, çeşidə salır, daha sonra isə solçuların və kommunist-lərin bazarına çıxarırdı”.
Bununla ikinci dəfə Lefterisin təəccübünə səbəb olan növbəti hadisə
baş vermişdi. Atasının adını bu yerdə eşitmək ona elə təsir bağışlamışdı ki, heyrətdən az qala ağlını itirəcəkdi.
– Artıq düşünməyə başlayıram ki, siz də onlardansınız. – deyə, Lefteris qeyri-ixtiyari cavab verdi.
– Kimlərdən danışırsınız?
Bu suala cavab verməyən Lefteris, qayğılı tərzdə başını aşağı salıb fikirə getdi. Daha sonra, Uzo şüşəsini götürüb qapağını açdı və qədəhinə
boşaltdı. Təklif üçün şüşəni yenidən Veronikaya uzatsa da, o, bu dəfə də
bundan imtina etdi.
– Adınızın Veronika olmağı da maraqlıdır, Adnos Vlahosdan sitat gətirməyiniz də. Belə başa düşürəm ki, siz məni yaxşı tanıyırsınız. – Lefteris acı gülümsəmə ilə qarşılıq verdi.
– Adnos Vlahos, atamın yaxın dostlarından olub. Bədbəxt adam idi.
Əsərləri ölümündən sonra məşhurlaşdı.
– Veronika barəsində heç bir bəhanəniz yoxdur, amma görürəm.
– Adımın içki adı ilə nə əlaqəsi ola bilər, axı başa düşmürəm. – dedi və
gülümsədi.
– 51! – deyə, qəfil qışqırdı Lefteris.
Xidmətçi qız çaşqın halda dayanıb, qarşısındakı adama baxırdı. Qəfil d
illəndi:
– Bu qədər tez sərxoş olacağınız maraq doğurucudur.
– Bilirsinizmi, mən onunla söhbət edəndə, o mənə, “Veronikanın Saçları”-nı göstərmişdi. Bundan başqa, kiçik it (cannis minor) və Buğa (Taurus) ilə də tanış edib məni.
– Çox gözəl. Mənim ən sevdiyim bürc isə Oriondur. Uşaq vaxtı ona baxmasam, onunla sağollaşmasam yatmazdım.
– Orion, hə, Orion, bəli!
– Ovçu…
– Hə, onun oxu da var, kamanı da. Hətta məncə, qılıncı da var!
– Elədir. Kaş o öz oxuyla dünyanın ədalətsizliyini nişan alardı.
– Lənət şeytana, siz axı nə boş-boş çərənləyirsiniz?! Gedin buradan!
Veronika soyuqqanlı tərzdə ayağa qalxıb, masadan uzaqlaşdı.
Lefteris titrək dodaqlarını əsəbdən bir yerdə saxlaya bilmirdi.
“Fahişə!” – deyə bağırdı arxasıyca və ayağa qalxıb, onun getdiyi tərəfə, barın arxasına keçdi. Onu burada tapmayıb, mətbəxə girdi, lakin o, burada da yox idi. Lefteris bu vaxt ikrahdoğurucu qəh-qəhə ilə gülüb qışqırdı:
“hara gizləndin?!”
Hər yeri ələk-vələk edib, nəhayət, qan-tər içində yerində dayanmalı oldu. Elektrik qığılcımlarının səsini eşidib, başını yuxarıdakı tabloya tərəf qaldırdı. “Bellatriksdə görüşənədək!” – deyə, bir cümlə yazılmışdı qırmızı işıqlarla tabloda. Absurd gülümsəmə ilə gülüb, başını yellədi və mətbəxdən çıxıb, birbaşa qapıya tərəf yollanırdı ki, yadına düşdü ki, çamadanını yaddan çıxarıb. Masaya yaxınlaşıb, onu oradan götürdü və bu yerdə ağlına bir fikir də gəldi. Uzo şüşəsini də özü ilə aparacaqdı! Şüşəni götürüb, yenidən onun üzərindəki ada baxmaq istəyəndə, təəccübdən yerində qurudu.