Orion – 51. Ruzigar Ələkbər
Чтение книги онлайн.
Читать онлайн книгу Orion – 51 - Ruzigar Ələkbər страница 3
Bir dəfə leytnant Nikolaydis, “Ola bilməzmi ki, 51, həyatının hansısa anından qalma, unudulmaz və simvolik bir rəqəmdir?” – deyə, dostundan soruşdu.
– Nə demək istəyirsən?
– Ananı, yaxud atanı neçə yaşlarında itirmisən?
Lefterisin atası əlli dörd, anası isə əlli bir yaşında olarkən həyatlarını itirmişdilər. Bu fikir bir anlıq Lefterisi elə təəccübləndirmişdi ki, o az qala gördüklərini, məhz bununla əlaqəli olan psixoloji travmanın nəticəsi kimi başa düşəcəkdi. Lakin az sonra zəhmli sıçrayışla ayağa qalxıb, dostunu pəncərənin qarşısına çəkdi. Siqaret tüstüsündən saralan ağ, tül pərdəni kənara çəkib, pəncərəni açdı və ona səmanı işarə edərək, “diqqətlə bax!” –
deyə, amiranə tərzdə, lakin astadan dedi.
– Sadəcə, ulduzları görürəm, bundan başqa da heç nə. – deyə, leytnant Nikolaydas ehtiyyatla dedi.
– Bu da bir uğurdur, nəzərə alsaq ki, buradakıların heç biri onları görmür. Çünki görmək üçün baxmaq lazımdır, lakin sən də indi baxıb, heç nə görmürsənsə, demək, əslində, heç baxmış da sayılmırsan.
– Lefteris, başa düşə biləcəyim dildə danış. Bəlkə, görmək üçün göstərmək lazımdır? Haradadır, de görüm.
– Əşi, yadından çıxar getsin… – deyib, pəncərənin qarşısından aralanmaq üzrə olan Lefteris, birdən dostunun pıçıltılı səsinə ayaq saxlamalı oldu.
– Onu deyirsən?! Lənət şeytana, onu gördüm deyəsən!
– Bu ki, Orion bürcüdür, hə, hə, özüdür ki, var! Dostum sənin ovçu dediyin, 51 adlı bürcə, astonomlar bir əsr bundan qabaq Orion adı veriblər!
Lefteris dostunun sarsaqladığını düşünürdü.
– Nənəm hər gecə yatanda, bizə Orionun nağılını danışardı. Daha bezmişdim hər gecə eyni nağılı eşitməkdən, təsəvvür edirsən? Axı mən 13
niyə ehtimal kimi bunu düşünməmişəm heç, sən həmin ovçu haqqında danışanda!
– Deyirsən ki, onun adı Oriondur?
– Tam əmin olmasam da, deyəsən yanılmıram. – dedi, leytnant.
Lefteris asta addımlarla keçib masanın arxasında oturdu və uzodan qədəhə
boşaldıb, başına çəkdi.
– Nənəm deyirdi ki, Orionu, Artemis öldürüb. Artemis Oriona aşiq imiş, lakin bir gün Orion, onun əlindən tutur deyə bundan əsəbləşən Artemis, Orionu ehtiyatsızlıqdan öldürür. Bu hadisədən sonra tutduğu əməldən peşman olan Artemis, atası Zevsə yalvarır ki, Orionu ölümsüz-ləşdirsin. Zevs bununla razılaşmasa da, onu əbədi bir bürc kimi səmaya yerləşdirəcəyinə söz verir və beləcə, Orion, həmişəlik bax o gördüyün yerdəcə qalır.
– Bu nə sarsaq nağıldır belə! Dostum, mən nədən danışıram, sən nədən! Sənə deyirəm ki, o, Orion adlandırdığın şey, mənimlə söhbət edir!
Sarışın, hündürboy və saqqallı kişidir. Bax, ulduzlarının düzülüşü 51 rəqəminə oxşayır deyə, onu elə 51 də çağırıram.
– Məncə sənin nağılın, nənəmin nağılından daha ecazkardı. – deyib, qımışan leytnant, az sonra özünü toxtayıb, Lefterisin qarşısında oturdu.
– Yaxşı, de görək, o sənə nə deyir?
– Xatırlamıram.
– Paho, bu necə işdir düşmüşük?!
– Bəlkə də, bu onun sehridir. Özü belə edir ki, danışdıqlarını yadımda saxlaya bilməyim.
– Səni inandırım, Huvanı bu nağıla qulaq asmağa vadar etsən, kə-dərdən zingildəyər.
– Yaxşı, daha cəhənnəm ol, sənə bir də bunun barəsində nəsə deyən axmaqdır.
– Özün bilərsən, amma yenə də, nə vaxt lazım olsa qulaq asaram, axı ən azından, maraqlıdır. – deyib, ayağa qalxdı və şinelini asılqandan götürüb kürəyinə atdıqdan sonra otaqdan çıxdı.
Masaya dirsəklənib, içkisini qurtumlayan Lefterisin bu yerdə ağlına bir fikir gəldi. Bu fikir 51-in səsini səsyazma qurğusuna köçürməkdən ibarət idi. O, həmişəki kimi 51-in “ürəyində” yerləşən ulduza bir neçə saniyə
baxmağa başladı. Bundan sonra isə əvvəlcə onun sarı, şumal saqqalı, daha sonra isə bütün bədəni göründü. Səsyazma qurğusu işlək vəziyyətdə idi.
– Ho Le Sen! – deyə, səsləndi 51.
Lefteris səsyazan alətin qırmızı işığına gözucu nəzər yetirib, 51-in salamına eyni sözlərlə cavab verdi.
– Anlar necə keçib? – deyə, səslənən 51-in bədəni tam göründü.
– Bu gün yenə dostlarımla mübahisəm düşdü. Onları heç cürə
inandıra bilmirəm sənin varlığına.
– Bu ki, əzəli insan fitrətinin xüsusiyyətidir. Onlar ya inanmaq, ya da inanmamağı seçirlər, lakin heç kim orta mövqeyi sorğulamır.
– Bəs sən həqiqətən də, varsanmı?
– Həqiqətən yox, amma ki, varam, Vholas. – deyib, oxunu və yayını yerə qoyduqdan sonra bardaş qurdu.
– Elə isə mən niyə bizim söhbətimiz boyunca danışılan heç bir şeyi sonradan xatırlamıram?
– Yəqin, bu sənin unutqanlığındandır.
– Amma yalan danışdığını hiss edirəm.
– Bu yaxınlarda hər şeyi ətraflı biləcəksən. – deyə, 51 başını ağır-ağır yellədib dedi.
– Hansı hər şeyi və necə?
– Dünyanızı