Səməd Vurğun xatirələrdə. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Səməd Vurğun xatirələrdə - Коллектив авторов страница 8

Səməd Vurğun xatirələrdə - Коллектив авторов Xatirə ədəbiyyatı

Скачать книгу

başladı və on səkkiz günə bitirdi. Ələsgər Ələkbərov, Sidqi Ruhulla, bəzən bizə də gəlir, Səmədlə məsləhətləşirdilər. Əsərin premyerası gurultulu alqışlarla keçdi, dəfələrlə Səmədi səhnəyə çıxarıb, alqışladılar.

      1941-də Nizaminin yubileyi ilə əlaqədar “Xosrov və Şirin”i tərcümə etdi. Həmin il “Fərhad və Şirin”i yazdı. Əsər əvvəlcə Bakıda, sonra isə Moskvada Stanislavski adına teatrda tamaşaya qoyuldu. Moskvaya bizi də aparmışdı. Özümüzlə pul götürmüşdük ki, evin çatmayan şeylərini alaq. Səməd o pula teatrın artistlərinə böyük bir banket verdi…

      Biz ailədə çox mehriban olmuşuq: mən ona “şairlər şahı”, o isə mənə “cananım” deyirdi. Moskvada Kreml xəstəxanasında yatarkən Yusifdən bir portaxal göndərmiş(elə bil uşağam) və məktubda yazmışdı ki, “Yaman günün ömrü az olar. Sənə bir portaxal göndərirəm:

      Vurğunun cananı ləzzətlə yesin,

      Şairlər şahına çox sağ ol desin.

      Sənin qara Səmədin”.

      Mən də, uşaqlar da çoxlu kitablar oxumuşuq. Bizim evə “aspirantura” deyirdilər. Mən Səmədin də ilk oxucusu idim. Gənc yaşlarımda gənclik və qadın mövzusunda yazdığı əsərləri ilk dəfə mənə oxuyur, həm bir qadın, həm də bir gənc kimi fikrimi öyrənirdi. Bəzən, onunla razılaşmadığım məqamlar da olur və o, bunları nəzərə alırdı. Qələbə mövzusunda yazdığı şeirə:

      Yazılsın tarixə bir qızıl xətlə,

      Qırx beşinci ilin 9 May günü – misralarını mənim tövsiyəmlə əlavə etmişdi.

      Qəribə yazı tərzi vardı. Yazı stolunun arxasına, hansısa bir rəsmi tədbirə gedirmiş kimi – ayaqqabısını, kostyumunu geyinib, qalstukunu bağlayıb keçirdi. O, bunu yazı masasına ehtiramı ilə izah edirdi.

      Səməd çox əliaçıq adam idi. O, “Vaqif”ə və “Fərhad və Şirin”ə görə Stalin mükafatları almışdı. Aldığı böyük məbləğdə pulları “Müharibə Fondu”na keçirdi. Səmədin Akademiyanın vitse prezidenti kimi məvacibi 15 000 manat idi. Bu, çox böyük pul idi. Ondan evə cəmi 2000-2500 verir, qalanını imkansızlara paylayırdı.

      Müharibə vaxtı mənə evdə yeməklər bişirtdirir, xəstəxanaya yaralılara aparırdı.

      Evimiz çox qonaq-qaralı olub, tanınmış və tanınmayan, gənc və yaşlı, o dövrün, demək olar ki, əksər ziyalıları bizdə olmuşdu: O.Şmidt, Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, Ə.Bədəlbəyli, hətta, İrandan, Rusiyadan da qonaqlarımız olardı.

      Səməd böyük nüfuza malik idi. O, nüfuzundan istifadə edərək, vəzifəli şəxslərə müraciət edər, kəndlərə yol çəkilməsinə, bağçalar tikilməsinə, yetimxanalar açılmasına nail olardı. Yetimxanalara, pioner düşərgələrinə cibindən də yardım edərdi.

      İmkansız adamlara əl tutmaqdan daxilən rahatlıq duyar, zövq alardı. Bəzən xörəyini çəkirdim, amma masaya yaxınlaşmaz, telefonla hansı mənsəb sahibiləsə danışıb, bir imkansızın ehtiyacını həll edərdi. Adətən, şad xəbəri o imkansıza çatdırıb, onu sevindirdikdən sonra masaya oturardı. Onda yediyim mənə halal olur – deyirdi. Öz ətrafımızda da kasıb adamlar az deyildi. Bayramlarda onlara da, hökmən yardım edərdik.

      Vyetnama gedəcəkdi, təyyarə uçmamış, evə dönmüşdü. Səhərisi gün uçdu. Yolda xəstələnib, Pekində xəstəxanaya qoymuşdular. Evə qayıdandan sonra, əvvəlcə “epidemiyadır” demişdilər. Sonra Mustafa bəy Topçubaşov xərçəng diaqnozu qoydu. Səmədi Moskvaya yola salanda o da gəlmişdi. Yazıq əllərini göyə qaldırıb, yalvarırdı ki, “Ay Allah, razıyam, qoy mən rüsvay olum, amma qoyduğum diaqnoz yalan çıxsın”. Təəssüf ki, yalan çıxmadı. Çox pis oldu. Bir şeirində deyir e:

      Sən də de, yarıyaq, qarıyaq qoşa – nə yarıdıq, nə də birgə qarıdıq.

      Ölənəcən özüm, sonra da torpağım “Səməd” deyib ağlayacaq.

      Xəstə vaxtı bilirdim ağırdı, xoşladığı paltarlarımı geyib, çətin də olsa, üzümə təbəssüm qondurub, ona qulluq eləyirdim ki, öləcəyini ağlına gətirməsin. O isə Mirzə İbrahimova deyibmiş ki, mən dünya görmüş adamam, bilirəm vəziyyətim pisdi, günü-gündən geri gedirəm. Bu biçarə, yəni mən – bilmir, vəziyyəti ona deməyin.

      Son məqamında dedi ki, məni öz yatağına keçir, keçirdim. Bir az sonra dedi ki, Xavər, deyəsən, mən gedirəm. Dedim, qoymaram gedəsən, qucaqladım onu – elə qucağımda da keçindi…Qonaq otağındakı saatın əqrəblərini dayandırdım. Əqrəblər o andan 7.30-un üstündə dayanıb. Əlbəəl qohumlar, dostları (çoxları elə bizdəydi), Az.dramanın aktyorları, rəsmilər gəldilər…

      Mənimçün çox böyük bir itki oldu – evim yıxıldı, qapım bağlandı… Amma, onu da deyim ki, Səməd kimi nüfuzlu bir kişinin, çox istedadlı bir şairin – şairlər şahının həyat yoldaşı olmağımla özümü dünyanın ən xoşbəxt qadını saymışam, elə indi də sayıram. Onun adı və kölgəsi üstümdədi və nə qədər yaşayıram üstümdə də olacaq…

      “Vurğun ocağı” sənədli filmində Xavər xanımın çıxışından

      Götürülüb (S.Vurğun ev-muzeyinin videotekası).

      Yusif Səmədoğlu

      ATAM HAQQINDA XATİRӘ

      Bizim       evdә bir otaq var. Әvvәllәr bu otağın axşam sәkkizdәn yanan işığı bәzәn sәһәrә qәdәr sönmürdü. İndi isә artıq bir ilә yaxındır ki, bu otağın pәncәrәlәrindәn işıq gәlmir.

      Bu otaq – atamın kabinetidir.

      Burada һәr şey – uzun vә enli yazı stolu, stolun üstündәki qәlәm vә kağızlar: divar boyu qoyulmuş şkafların rәflәrindәki kitablar, һәr şey, һәr şey bizә son dәrəcә әzizdir.

      Atamın kitabxanası çox zәngindir. Marks, Lenin, Nizami, Puşkin, Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nәsrәddin, Turgenev vә vә s. və s. Onlarla müәlliflәr, onlarla cildlәr… Bu cildlәrin һәr birini atam dәfәlәrlә vərəqləmiş, һәr birindә atamın qeydlәri var. Budur, A. S. Puşkinin 1907 – ci ildә Sankt – Peterburqda nәşr edilmiş on iki cildliyi. “Yevgeni Onegin” çap olunmuş cildi rәfdәn götürüb vərəqləyirəm. Sәһifәlәr atamın qeydlәrilә doludur. Poemanın qurtaracağında, sәһifәnin tәmiz һissәsindә isә atam bu sözlәri yazmışdır: “Eşq olsun belә sәnәtkara!” …Yaxud başqa bir kitab: Sabirin “Hopһopnamә”si. Kitabın sonuna atam bu sözlәri yazmışdır: “Sәnә min rәһmәt!” …Bu misalların sayını istənilən qәdәr artırmaq mümkündür…

      Atam çox oxuyurdu. Әlbәttә ki, onun әn çox sevdiyi şeir kitabları idi. O özü

Скачать книгу