Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде

Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде страница 5

Жанр:
Серия:
Издательство:
Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде

Скачать книгу

MƏNSUB BÖYÜK ŞƏXSİYYƏTLƏRƏ YAPILAN YUBİLEYLƏR

Son illərdə Doğu İslam Mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq için ildönümləri yapmaq adəti xoş bir gələnək halını aldı.

Bunlardan birincisi 1000-ci ili anılmaq üzrə, İran dövləti tərəfindən Firdovsiyə yapılan ildönümüdür. İkincisi, 1050-ci ili dolayısı ilə islam aləminin və ələlümum mədəni dünyanın türlü mərkəzlərində avropalıların Avisenna dedikləri İbni Sinaya yapılan ildönümüdür. Üçüncüsü də, 500-cü ili anılmaq üzrə, türk dünyasının bəzi mərkəzlərində Nəvaiyə yapılan ildönümüdür.

«Şahnamə»nin böyük yaradıcısı Əbülqasim Firdovsi dünya durduqca yaşayacaq bu böyük əsərini milli bir qayğı ilə, milli qəlibdə, «Əcəmi» diriltmək için «farsca» yazmışdır.4 Bu əsərilə o, ərəb istilası ilə çökmüş bulunan iranlılığı ədəbi şəkildə olsun, yenidən yaşatmışdır. Fars ənənəsini farsca olaraq canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran nasionalizminin ideoloqu və fars oğlu farsdır.

Buna müqabil «Mühakimətül-lüğəteyn» adlı tanınmış əsərilə türkcənin farscaya üstünlüyünü isbat edən və bu davasını bəlirtmək üzrə, fars ədəbiyyatının ana kitablarına eş, cığatay türkcəsilə başarılı əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk nasionalizminin dədəsi və türk oğlu türkdür.

Bu iki şəxsiyyətin əsərlərilə mütənasib, milliyyətləri hər türlü şübhə dışında ikən, üçüncüsünün, yəni İbni Sinanın milliyyətində anlaşmazlıq vardır:

Ərəblərə görə, İbni Sina ərəbdir, çünki əsərlərini ərəbcə yazmışdır. Farslara görə, başqa bir çox iranlı bilginlər kimi, əsərlərini ərəbcə yazmışsa da, İbni Sina bir farsdır, hətta farsca şeirləri belə vardır. Türklərə görə də, Türküstanın Əfşanə [Buxarada] köyündə doğulmuş bulunan Sina oğlu5 bir türkdür, farsca şeir yazmış olması türk olması iddiasını çürütməz, çünki ərəbcə yazmış farslar və türklər olduğu kimi, farsca yazmış türklər dəxi, az deyildir.

İbni Sina haqqındakı bu anlaşmazlıq, ildönümü yapıldığı günlərdə İran, türk və ərəb mərkəzləri arasında dartışmalara belə səbəb olmuşdur.

Nizamiyə aid bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilmişdir. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti dəxi, bir takım (sıra) münaqişələrə yol açacaqdır və ona verilməyə başlanan «Azərbaycan şairi» vəsfi onu «İran şairi» deyə tanıyanlardan bir qismində etiraz deyilsə də, alışqanlıqlarını pozan bir xoşnutsuzluq hissi doğuracaqdır.

Fəqət nə yapmalı, dünya böyüklərinin adları ətrafında millətlər arasında dartışma yeni bir şey deyildir. Sonra başqalarının yanlış alışqanlıqlarını pozmamaq için Azərbaycan öz təbii haqqından necə vaz keçər?! Bilxassə, bu dartışmada iki millət və ya topluluğu pozuşduracaq bir cəhət də yoxdur, əksinə, bu, iki tərəfcə sayılan şəxsiyyət ətrafında bəhs edilən millət və topluluqlar daha çox birləşmiş və anlaşmış olurlar.

Məşhur elm və ürfan adamlarının milliyyətləri haqqındakı dartışmaya Avropa dəxi, yabançı deyildir. Orta çağlarda latınca bütün avropalılar için ortaq bir bilgi dili idi. Hər millətdən aydınlar əsərlərini bu dildə yazarlardı. Milli oyanış və kültür istiqlallarını qazandıqları dövrdə isə ortaq latınca dövrünə aid tanınmış kültür simaları milli mənsubiyyətləri baxımından qızğın dartışmalara səbəb olmuşdur.

Batıda və Doğudakı bu iki olayın kökü birdir. Latın bilginliyi xristian topluluğuna girmiş bütün batılıların milliyyət və irq qeyrəti güdmədən yaratdıqları bir dəyər olduğu kimi, ərəb bilginliyi də eyni şəkildə müsəlman topluluğuna girmiş doğuluların vücuda gətirdikləri bir varlıqdır.

Tarixin müəyyən qanuna tabe yürüşündən çıxan bu olayı elmi bir əda ilə anlatmaq istərsək fikrimizi bu surətlə xülasə edə bilirik:

Ümmət dövründə milliyyət və irq ayrılığına dəyər verilmədiyi için çox da aranmayan «mədəniyyətdə ortaqlıq hissəsi» milliyyət dövründə aranmağa başlanmış və hər millət islam mədəniyyət və ürfanına öz cinsindən böyüklərin xidmətlərini bəlirtməkdən özəl bir zövq duymuşdur.

3. DOĞU İSLAM MƏDƏNİYYƏTİNDƏ AZƏRBAYCANIN ROLU

Müəyyən milliyyət və irqdən olanların islam mədəniyyətinin irəliləməsindəki yerlərini bəlli etmək qeyrəti nisbətən yaxın zamanların işidir. Coğrafi bölgələrin bu xüsusdakı dəyərlərini göstərmək isə daha əskidir.

Türk olmaları etibarı ilə azərbaycanlıların islam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri bulunduğu kimi, bir Doğu islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə önəmli bir rolu vardır.

Türkcədən başqa, əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir sırası yazılırsa böyük bir cild olur. M.Ə.Tərbiyətin «Azərbaycan bilginləri»nə ayırmış olduğu çox qısaldılmış cildi belə 400 böyük səhifəni aşmaqdadır.6 Bu qədərini qeyd etmək yetər ki, islamiyyətdən əvvəlki əski dövrlərə aid məşhurlar ilə,7 Batının təsiri ilə islam dünyasında başlayan yeni oyanış dövrünə aid isimlərdən8 başqa sadəcə, Nizami və çağdaşları üzərinə doğrudan-doğruya təsir yapan və onlardan təsir alan dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə, həm sayı, həm də dəyər baxımından diqqətəlayiq bir önəmdədir.

Bunlardan bir neçə önəmlisinə burada işarət etmək istərik. Bu surətlə Doğu İslam Mədəniyyətinin hər alanında Azərbaycanın tutmuş olduğu yer haqqında genəl bir fikir verilmiş olur.

Hicrətdən sonra 421-ci ildə [m. X yüzil] doğulmuş olan Təbrizli Xətib9 ərəb ədibləri ilə sözlükçüləri arasında çox önəmli bir mövqe sahibidir, ərəb ədəbiyyatının ana kitablarından bir çoxunu anlatmış və aydınlatmışdır.

Hicri 458-ci ildə ölən [X yüzildə yaşamış] Mərzban oğlu Əbülhəsən Bəhmənyar «müəllim-i əvvəl» Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir.10

Hicri VI yüzil münəccimlərindən Şirvanlı Fəridəddin otuz illik əməyin məhsulu ziclərilə məşhurdur.11

VIII yüzildə yaşamış Bakılı Abdül Rəşid

Скачать книгу

4

Firdovsidən:

Bəs rənc bordəm dər in sale-siƏcem zinde kərdəm bedin parsi.

5

Sinanın filoloji baxımdan türkcə bir ad olduğu da dava edilmişdir.

6

«Danişməndan-i Azərbaycan» adındakı bu kitab əsərlərini bilxassə, ərəbcə və farsca yazmış azərbaycanlılara ayrılmışdır. Kitab farscadır, Tehranda hicri 1314-də basılmışdır.

7

Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan bilginləri arasında saymaqdadır. Zərdüşt gerçəkdən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin bundan 1000 il əvvəl yazmış olduğu ərəbcə əsərdə Zərdüştün Azərbaycanda [Muğanda] doğulub, yetişdiyi qeyd olunmuşdur.

8

XVIII yüzil Avropa hürfikirliliyini Doğuda qüvvətli təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış ilk müsəlman dramaturqu və çağdaş Azərbaycan ədəbiyyatının qurucusu Mirzə Fətəli Axundzadədir.

9

Xətib-i Təbrizi adı ilə tanınan bu adam məşhur filosof Əbül Üla Meərrinin şagirdidir, künyəsi Əbu Zəkəriyyədir. Adı Yəhya oğlu Əlidir. Danışma dilinin azərbaycanca olduğu xatirələrilə sabitdir.

10

Bəhmənyar böyük ustadı Əbu Əli Sinadan 30 il sonra ölmüşdür. Ustadı ilə olan münəzzərələri (çəkişmələri) məşhurdur. «Kitab əl-behcət və-s-səadət və ma bə-d ət-təbiət» və «Məratib-əl-mövcudat» onun sonuncu əsərlərindəndir. Bunlar 1859-cu ildə S.Popper tərəfindən almanca tərcümələrilə bərabər Leypsiqdə basılmışdır.

11

Fəridəddin Əbu Həsən Əli ibni Əbdülkərimin ən tanınmış rəşadı h. 541 sənəsinə aiddir. Şirvanlı şair Fələkinin də nücuma aid mühüm əsəri vardır. Bundan dolayı təxəllüsü Fələki olmuşdur.