Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде
Чтение книги онлайн.
Читать онлайн книгу Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде страница 7
XVIII yüzildə fransız olmayan avropalı yazarlar dəxi, əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə bu dil o çağlarda Avropanın böyük bir bölgəsi için genəl idarə, bilgi və ədəbiyyat dili olmuşdur.
İslam Doğusunda biz, bu olayın bir bənzərini bulmaqdayıq: Miladi X yüzil ilə XIII yüzil arasında İslam Doğusu için farsca genəl bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı – yəni fars olmayan müəlliflər belə, elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu gərəyinə bilxassə, türk aydınları uymuşlar. Bu surətlə onlardan qalan əsərlər təbiidir ki, yazdıqları dilə görə, İran və fars ədəbiyyatının xəzinəsinə mal olmuşdur.
«Encyclopedie de L’İslam»da İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikri dəstəkləyərək bu mütaliədə bulunmaqdadır:
«İç Asiyanın siyasi gəlişimi yeni İran dilini, yəni farscanı danışma dilləri farsca olmayan millətlər və qövmlər için ədəbi dil halına qoymuşdur. Farsca bu millətlər için XVIII yüzil Avropasındakı fransızca kimi, idarəedən yüksək sinif dili olmuşdur. Buna görə, yeni İran ədəbiyyatını sözün geniş mənası ilə sadə, fars ədəbiyyatı deyə almaq doğru olamaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır».
Görülür ki, İran, ərəb istilasından sadə, siyasətcə qurtulmaq için deyil, kültürcə dirilmək və yüksəlmək için dəxi, türk qüvvət və zəkasından böyük ölçüdə faydalanmışdır.
Fars ədəbiyyatı yalnız türk saraylarında işlənmək və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda türk millətindən şairlər tərəfindən də yaradılmışdır.
Tarixin bizə qəribə görünən bu olayı İslam Doğusunun mədəni gəlişimini haqqı ilə anlamaq baxımından üzərində önəmlə durulacaq bir konudur.
Yaxın Doğunun ərəb fütuhatı nəticəsində islamlaşdırıldığı və dolayısı ilə ərəbləşdirilmiş olduğu məlumdur. Bu duruma qarşı kültür alanında ilk reaksiya farslar, sonra da türklər tərəfindən gəlmişdir. Halbuki yıxılan ərəb imperatorluğu yerinə siyasətcə, farsların deyil, əsl türklərin yerləşmiş olduqları bir həqiqətdir.
Burada xatirə bir soru gəlir: Nədən min ildən bəri islam Doğusunun hökumət sürən sülalələri çox az və önəmsiz istisnalarla həmən türklərdən olmuş ikən, klassik islami türk ədəbiyyatının doğuşu fars ədəbiyyatının qalxınmasından 3-4 yüzil sonraya qalmışdır?…
İslamiyyətdən sonrakı yeni farscanın ən böyük anıtı «Şahnamə»dir. Yunanların Homerinə eş tutulan Firdovsi «İliada»ya bənzədilən bu şah əsərini Qəznəli Sultan Mahmudun sarayında yazmışdır.
Qazanının gümüşdən, süfrə takımının da altundan olması ilə tanınan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini eyni Sultan Mahmuddan qazanmışdır.42
Cahanca məşhur «Rübailər» şairi Ömər Xəyyam Səlcuqlu Məlikşahın sevgisini qazanmışdır. Farsca qəsidənin ən namlı müməssili Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və başqaları kimi, İran klassikləri də, ya Səlcuqluların, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurlulardan Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məhfilinə (məclisinə) mənsub olmuşdur.
Səlcuqlularda və arxalarından gələn Atabəyliklərdə olduğu kimi, Çingizlilərdə, Xarəzmşahlılarda, Teymurlularda dəxi, farsca idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatının hamisi kəsilmişlər, sadə, hamiliklə qalmamış içlərindən bir çoxları bizzat (şəxsən) farsca şeirlər belə yazmışlar.43
Ədəbiyyatdan başqa nəqqaşlıq sahəsində dəxi, İrana millətlərarası şöhrətini təmin edənlər türk sülalələridir. İran miniatürçülüyünün ən parlaq dövrü Teymurlularla Şeybanlılar zamanına rastlar. İran adına bağlanan bu sənət bilxassə, Mavəraünnəhr ilə Xorasanda gəlişmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir.
Səfəvilər dövründə İsfahanın məşhur binalarını süsləyən parlaq sənət Teymurlular dövründəki nəqqaşlığın bir davamı olmuşdur.44
Təbrizdəki Göy məscidin təzyinatındakı (bəzəyindəki) üslub, rəng və ahəng etibarı ilə Teymur dövrü memarlığının Səmərqənddəki üslubunun eynidir.45
Bağdad xəlifələrini dini birər simvol halına gətirərək siyasi iqtidarı öz əllərinə alan türk sultanlarının idarədə ərəbcədən başqa bir dil qullandırmaları anlaşıla bilir bir olaydır, fəqət, bu dil nədən türkcə deyil də farsca olur? Çünki Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Doğuda səltənətlər quran türklər köçəri idilər (Yağıların illər boyu qəlibləyib beyinlərə yeritdikləri bu düşüncə düzgün deyildir. Köçəri olmayan avropalılar niyə əsərdə deyildiyi kimi, latın, sonra fransız, indi də ingilis dilində yazıb-yaratmışlar? XX yüzildə Azərbaycanda, eləcə də bütün Türküstanda aparılan elmi araşdırmalar, türklərin həm də iri şəhərlər, kəndlər tikib oturaq həyat sürdüklərini, böyük mədəniyyətlər yaratdıqlarını aydınlatmışdır. Bugünkü dünyanın formalaşmasında bəlkə də ən çox payı olan böyük türk millətini Orta çağda Anadoluya gəlmiş Səlcuq tayfası ilə eyniləşdirmək baxışı yağıların son 200 ildə formalaşdırdığı gerçək tarixdən uzaq, elmsiz, siyasi saxtakarlıqdır. Bilim araşdırmaları türklərin Anadoluda da miladdan bir neçə min il qabaq yaşadıqlarını deyir. Türk xaqanının saray qulluqçularından olan Səlcuqun qohum-əqrəbası da Azərbaycana, Anadoluya qan, dil və din qohumlarının yanına gəliblər. İqtisadi-siyasi həyat tərzi – uklad olan köçərilik bir şeydir, türk ellərinin təbii- coğrafi amillərin insanların həyatına etkisini ən aza endirmək için yaşadığı «Aran-Yaylaq» ictimai-iqtisadi ukladı başqa. Kitabın yazıldığı çağda düzgün elmi araşdırmalar az olduğundan Məhəmməd Əmin bəy də bu yanlışı demişdir). Köçərilərin qonduqları məmləkətlərdə yerli mədəniyyətlərə uymaları isə olağan bir şeydir. Necə ki, eyni olay Çində hakimiyyət sürmüş türk sülalələrinin tarixində də görülmüşdür.
Eyni olay Bəni Üməyyə (Əməvilər) zamanında Şamda, onlardan sonra xilafət mərkəzini əski İran mədəniyyətinin ocağı olan bir sahədəki Bağdada köçürən Bəni Abbasilər zamanında, İraqda, ərəblər üzərində də təsirini yapmışdır: islam cəmiyyət və idarəsi çöllülükdən çıxaraq şəhərləşdiyi nisbətində, əski mədəniyyətlə ilgili ünsürlərlə yunanlı və iranlı müəssisələrin təsiri altında qalaraq gəlişmişdir.
Min ildən bəri islam Doğusundakı siyasi hakimiyyət ümumiyyətlə türklərə aid olmaqla bərabər, bu
42
43
Farsca yazmış türk şairlərdən bəzilərinin adları bu yazımızda keçmişdir. Farsca şeir yazan türk hökmdarlarının dəxi, tarixdə önəmli müməssilləri vardır. İsimlərilə ləqəblərində belə əski İran gələnəyini təqlid edən Səlcuq hökmdarları arasında böylələri çoxdur. Osmanlı sultanlarından dəxi, farsca şeir yazanlar olmuşdur.
Ziya Paşa mərhum, məruf «Xərabat»ında Yavuzun farsca şairliyini bu beytlərlə anladır:
44
45