Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде

Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде страница 6

Жанр:
Серия:
Издательство:
Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде

Скачать книгу

və gözəl yazı [xəttatlıq – kalliqrafiya] kimi gözəl sənətlərdə azərbaycanlı sənətkarları Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda duran yüksək əsərlərilə təqib edə bilirik.

Təbrizdəki Göy məscidin15 çiniçilik sənəti baxımından almış olduğu şöhrət, yıxıntıları üzərində araşdırmalar yapan mütəxəssislərcə bir ağızdan təsdiq olunmaqdadır. Naxçıvanda Azərbaycan Atabəylərinin yapdırdıqları Möminə xatun türbəsi16 yüksək bir sənətin qalıntısıdır. Azərbaycan memarlarından S.Ə.Dadaşov ilə M.Ə.Hüseynovun «Bakı akropolu» dedikləri, Şirvanşahlar zamanından qalma, «Şaşal»17 üstündəki saraya aid binalardan ən məşhuru «Divanxana»nın ağ daş üzərində işlənmiş oymalarla, yapılışındakı memarı özəllik, zövq və sənət əhllərini heyranlıqlar içində buraxmaqdadır.18

XIV yüzil şairi Ərdəbilli Arif Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edər ki, divarlarında dikili bulunan incə yapılı birər gözəl statüdən fısqılar halında sular axarmış. Gərək bunları, gərəksə Bakıdakı memari anıtları bu şair nəfəs almadan anlatmaqda və «Fərhad oğulları»nın bu əsərlərinə ciddən bayılmaqdadır.19

İran nəqqaşlığının ən məşhur ustadı Kəmaləddin Behzadın öyrətməni Pir Seyid Əhməd təbrizlidir. Bu zat İlxanlılardan, rəsm və sənətlə yaxından ilgilənən Əbu Səidin zamanında yetişən Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baq-i Şimali kimi məruf Azərbaycan rəssam və nəqqaşlarındandır.20 Teymurlulardan Hüseyn Bayqaranın zamanında Heratda, Əlişir Nəvainin himayəsi və gözətməsi altında çalışmışdır. «Teymurlular dövrü miniatürçülüyü» adı ilə məşhur nəqqaşlıq okulunun qurulmasında təsiri vardır.21 Eyni okulun bəlli ustadlarından, əski əlyazmalarını nəfis əsərlərilə süsləyən məşhur miniatürçülərdən Ağa Mirək dəxi təbrizlidir.22 Nəvainin zamanında Heratda çalışmış bulunan təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu adam sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir.23 Sultan Üveys Cəlairlə oğlu Sultan Əhməd zamanlarının seçkin rəssamlarından olmuşlar.24 Təbrizli Əbdülhəy rəssam Sultan Üveysin tələbəsi və oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə götürülmüşdür. Azərbaycanlılardan Xacə Qiyasəddin nəqqaş, Kəmali rəssam ilə Mirzə Əlinin isimləri də tanılır. İlxanlılar dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan naxış və təsvir sonradan azərbaycanlı türklərin əlində qalmışdır.25

Başda Seyrəfi26 olmaq üzrə, Doğunun tanınmış bir çox xəttatları Azərbaycanda yetişmişlər. Bunlardan Teymurun münşiliyini (yazı işlərini, katibliyini) yapmış bulunan Əmir Bədrəddinin əlilə yazılmış fərman və münşəat (gözəl xətlə düzgün yazılmış bəlgələr) Misirdə dövlət muzeyində mühafizə edilməkdədir. Yenə bunlardan, Baysunqurun kitabxana müdirliyini yapmış bulunan Cəfər Təbrizinin yazıları Heratın tarixi binalarını süslədiyi kimi, Hindistanda da tanınmışdır.27 Nizami «Xəmsə»sinin 1431-ci ilə aid əski əlyazmalarından Leninqradda «Ermitaj» muzeyində mühafizə edilən nəfis nüsxə bu Cəfərin əlindən çıxmışdır.28

Baburlulardan Hindistan imperatoru Böyük Əkbərin Aqradakı memarlıq anıtlarını süsləyən rəssamlar arasında da təbrizlilər vardır.29

Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda vücuda gətirilən memari abidələrdə dəxi, azərbaycanlı türk sənətkarlarının əsərlərini bulmaq mümkündür.30 Məsələn, Bursadakı məşhur Yaşıl caminin çinilərindən çox mühüm bir qismini təbrizli ustalar yapmışlar.31

Mücərrəd bilgilərlə maddi sənətlər alanını keçdikdən sonra azərbaycanlıların təsəvvüf, fəlsəfə və ələlümum fikir həyatında Doğu İslam Kültürünə son dərəcədə önəmli yararlıqları toxunmuşdur.

Sufiliyin şəxsiyyəti mübhəmliklər (gizlinlər, sirlər) və mistik lejanlarla halələnmiş piri və Cəlaləddin Ruminin ilham qaynağı bulunan Şəms32 təbrizlidir. Eyni okulun klassik sirlərini anladan məşhur «Gülşən-i raz» sahibi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur.33 Yenə sufilərin tanınmış şəxsiyyətlərindən, hürufi təriqətinin məşhur qurucusu Şah Fəzlullah Nəimi34 də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən Şirvanlı Seyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuşdur və orada gömülüdür.

İranın moralist şairi məşhur Sədi öz «Bustan»ında Bakılı Baba Kuhidən35 iqtibas etməkdədir.

Eyni zamanda Şeyx Sədi çağının tanınmış mürşidlərindən Şeyx Hümamdan36 dəxi, feyz almışdır.

Səlcuqlular və onlardan sonra İlxanlılar zamanında Azərbaycanın türlü şəhərlərində islam elminin hər bölümündə böyük bilginlər yetişmişdir. İlxanlılar zamanında Azərbaycanın tarix, coğrafiya, heyət, tibb, fəlsəfə və başqa xüsuslarda millətlərarası bir dəyərə malik olduğu professor Z.V.Toqanın istifadə etdiyimiz «Azərbaycan» məqaləsində təfsilatla qeyd olunmuşdur.

Ədəbiyyat alanına gəlincə, Azərbaycanın rolu daha böyük bir ölçüdədir.

Azərbaycan türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur.37 Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da önəmli bir dərəcədədir.

Başda Gəncəli Nizami olmaq üzrə, İran ədəbiyyatına Azərbaycan bir sıra məşhur isimlər vermişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbülüla Gəncəvi və başqalarını qeyd edə bilirik.

Bunlar XII yüzilin şairləridir. Onlardan əvvəl XI yüzildə də şair və həkim Təbrizli Qətran bulunmaqdadır ki, ozamankı Azərbaycan hökmdarlarının həyat və icraatını nəzm etmişdir.

Bu dövrlərdə farsca müsəlman Doğuda ədəbi və rəsmi bir dil hökmündəydi. Fars olmayanlar da, əsərlərini bu dildə yazarlardı.

Fəqət, sadə, bu dövrlərdə deyil, daha sonrakı yüzillərə aid İran

Скачать книгу

15

Göy məscid Qaraqoyunlulardan məşhur Cahanşah tərəfindən yapdırılmışdır. XV yüzilin başlanğıcına aid olan bu məscidin [cami] yanında böyük bir kitabxana, elm adamlarına məxsus zaviyələr və bir mədrəsə dəxi, varmış ki, hamısına birlikdə «Müzəffəriyyə» deyilirmiş. Cahanşahın bir aralıq İraq ilə Hindistan hüduduna qədər yayılan Azərbaycandakı hökuməti 35 il sürmüşdür. Bilgi və sənətin hamisi olmaqla bərabər Cahanşah özü dəxi, ədəbiyyata intisab etmiş, «Həqiqi» adı altında şeirlər yazmışdır.

16

Möminə xatun Azərbaycan Atabəyləri sülaləsinin rəisi Eldənizin [Eldəgəz] qarısı və Məhəmməd Cahan Pəhləvanın anasıdır. Türbə 1172-1185-ci illərdə yapılmışdır.

17

«Şaşal» İçərişəhər deyilən əski Bakıda Şah məscidi ilə Xan sarayı binalarının kümələndiyi təpəyə deyilir. «Şaşal» adı altı mənasına gələn şeş Əlidən dəyişmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərində qazılmış Əli adının sənətkaranə işlənmiş bir oymadan çıxmaqdadır. Bu oymada Əli ismi altı dəfə təkrar olunur.

18

Rus mühəndislərindən birinin Götenin «memarlıq susmuş musiqidir» vəcisəsindən (bənzətməsindən) mülhəm olacaq, «daşa dönmüş musiqi» deyə heyran olduğu bu binanı 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan Universitetinin professoru İ.Berezin «Müsəlman memarlığının ən gözəl abidələrindən biri» deyə tərif etməkdədir.

1683-cü ildə Bakını ziyarət edən isveçli Kemfero Engelberto bu abidə haqqında bunları yazmışdır: «Divanxana özəl bir heyranlıq verməkdə… Özünəməxsus şəkil və memarlıqdakı tərzilə də bu seçkin bina sarayın ən ehtişamlı bir zinətini dəxi, təşkil etməkdədir».

19

Arif Ərdəbilinin «Fərhad və Şirin» adındakı əlyazmasının bircə nüsxəsi İstanbulda, Ayasofya kitabxanasındadır, qeyd nömrəsi 3335-dir.

20

Binyon. «Persian miniature Paintiq». Oxford, 1832, s. 183.

21

Rene Grousset. «Les civilisations de L’orient». Paris, 1929.

22

Rene Grousset. «Historie de L’ Asie». Paris, 1922.

23

Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.

24

Dövlətşah. «Təzkirə». Baraun yayımı, s.292.

25

Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.

26

Seyrəfi islam xəttatlarından Yaqut Müstəsiminin şagirdi, Seyid Heydər Kündənevisin [kündənevis – qalınyazan] doğrudan doğruya şagirdidir. Təbrizin tarixi əski binaları və bilxassə, «Ustad-şagird» adı ilə tanınmış bina onun yazıları ilə süslənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:

Seyrəfi naqed-e cəvaher-e xəttK-əz ney-e kelk gəşt qouhər-riz.Həşt bər hosn-e xətt-e u şahedDər-o-divar-e xətte-ye Təbriz.(Xətt cövhərlərinin bilicisi SeyrəfiKi, qələminin qamışından gövhərlər tökür.Təbriz diyarının daş-divarıOnun xəttinin gözəlliyinə şəhadət verir. – R.Ə.).

M.Ə.Tərbiyətin qeydincə, Azərbaycanın olduğu kimi, İranın dəxi, ən eyi xəttatlarının nəsəbləri bütünlüklə Seyrəliyə varmaqdadır.

27

M. Ə. Tərbiyət. «Danişməndan-i Azərbaycan». Tehran, 1314 hicri.

28

Musee de L ’ermitage. Travaux de departement oriental. Tom III. Manuscrit de «Chamseh» de Nizami de 1431. Art. du M. Diakonov. pp. 274-286.

29

F.R.Atay. «Hindistanda iki ay». «Ulus», 29.3.1943.

30

Çaldıran zəfəri üzərinə Sultan Səlimin 3000 qədər elm və sənət adamlarını Azərbaycandan İstanbula götürdüyü kitablarda qeyd olunmaqdadır.

31

Caminin mehrab qismini təşkil edən çinilərdə [əməle ostadane Təbriz – Təbriz ustalarının işi] qeydi bulunmaqdadır. Bursadakı Yaşıl türbə çinilərində də təbrizli Hacı Əlinin imzası vardır.

32

Cəlaləddin Ruminin «Şəms-ül həqiqət» adındakı əsərindən seçmə parçaları ingiliscəyə tərcümə etmiş olan Nikolson Şəms Təbrizini yunanlı həkim Sokratla qarşılaşdırmaqdadır.

33

Mahmud Şəbüstərinin «Gülşən-i raz»ı h. 829-cu ildə «Şirazi» təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir [«Danişməndan-i Azərbaycan»]. Bundan yüz il əvvəl bu əsərin almancaya tərcüməsilə bərabər farsca mətni Vyanada basılmışdır.

«Gülşən-i raz» sufiliyin «vəhdət-i vücud», «insan-i kamil» və başqa bir çox sufi ideyalarını sadə və aydın bir dillə anladan min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da önəmli əsərləri vardır.

34

Təbrizdə doğulmuş bulunan bu şeyx məşhur əsəri «Cavidannamə»ni h.796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. Eyni ildə üləmanın fitvası üzərinə Miranşahın əmrilə Naxçıvanda öldürülmüşdür.

35

Əbu Abdullah Məhəmməd ibni Bakuya Şirazda bir dağ başında yaşadığı için ona Baba Kuhi deyilmişdir. Bakıdan gəlmiş idi. Vəfatı h. 442- ci ildir. Divanı «British museum»dadır, son zamanlarda Şirazda basılmışdır.

36

Şeyx Hümam İlxanlılardan Abaqa xanın vəziri, Sahibdivanın nədimlərindən olmuşdur. Fəsahət (anlatma) və səlasətdə (axıcılıqda) «Azərbaycan Sədisi» deyə məşhurdur. Bir qəzəlinin sonunda təəssürləmi, yoxsa təvazöləmi özü haqqında yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:

Pəyam deh suy-e bolbol ke ba vocud-e homamRəva bovəd ke soxənha-ye eşq pərdazi?!Homam-ra soxən-e delfərib-o şirin-əstVəli çe süd ke biçare nist şirazi?!Hümam varkən söyləyiniz bülbülə,Münasibdür eşqə mahnı söyləsin?!Könül açar dadlı dili HümamınZavallı Şirazlı deyil, neyləsin?!

37

Bu şairlər türk ədəbiyyatının kadrosuna girmiş olmaqla bərabər farsca şeirlər dəxi, yazmışlar.