Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов страница 2

Жанр:
Серия:
Издательство:
Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов

Скачать книгу

(New Paltz) Siyasi Elmlər və Beynəlxalq münasibətlər fakultəsinin dosentidir (Assistant Professor). Onun bu kitabdakı fəslinin son variantı Wales Universitetində (Aberystwyth) məzuniyyətdə olarkən bitirilmişdir. O, The Political Discourse of Anarchy: A Disciplinary History of International Relations (1998) kitabının müəllifidir və sahənin tarixi haqqında müxtəlif jurnal məqaləlri dərc etdirmişdir. Onun tədqiqat maraqları dairəsi Beynəlxalq münasibətlərin nəzəriyyəsi və fənnin tarixi sahəsindədir.

      Beth A. Simmons California Universitetində (Berkeley) Siyasi elmlər fakultəsinin dosentidir. Onun Who Adjusts? Domestic Sources of Foreign Economic Policy during Interwar Years (1994) kitabı 1995-ci ildə Amerika Siyasi Elmlər Assosiasiyasının Woodrow Wilson mükafatını qazanmışdır. O, həmçinin Beynəlxalq münasibətlərə sahəsindəki tədqiqatlarına görə 2000-ci ildə Beynəlxalq Tədqiqatlar Assosiasiyasının Karl Deutsch mükafatına layiq görülmüşdür. Onun maraq dairəsi beynəlxalq siyasi-iqtisad, beynəlxalq qurumlar və beynəlxalq hüquq sahələrində yerləşir.

      Duncan Snidal Chicago Universitetində Siyasi elmlər və Dövlət siyasəti fakultəsinin Adyunkt-professoru, Beynəlxalq Siyasət, İqtisadiyyat və Təhlükəsizlik Proqramının (PIPES) direktorudur. Onun əvvəllər apardığı tədqiqatları beynəlxalq əməkdaşlığın nəzəri problemləri üzərində cəmlənmişdi. Hal-hazırda o, beynəlxalq leqallaşma və beynəlxalq təsisati layihələndirmə mövzuları üzərində işləyir. Onun bu mövzularda tədqiqatları American Political Science Review, Journal of Conflict Resolution, Journal of European Public Policy, Journal of Theoretical Politics, International Organization, International Studies Quarterly, and World Politics jurnallarında işıq üzü görmüşdür.

      Janice Gross Stein Toronto Universitetində Beynəlxalq Tədqiqatlar üzrə Munk Mərkəzinin Direktoru, Münaqişələrin İdarə edilməsi fakultəsinin Harrowston Professoru və Kanada kral Cəmiyyətinin üzvüdür. Onun ən axırıncı nəşrləri Networks of Knowledge: Collaborative Innovation in International Learning (2001), The Cult of Efficiency (2001), and Street Protests and Fantasy Parks: Globalization, Culture, and Society (2002) kitablarıdır. Hal-hazırda o, qlobal və yerli səviyyələrdə məsuliyyətin ictimai dərki mövzusu üzərində işləyir.

      J. Ann Tickner Cənubi California Universitetində Beynəlxalq münasibətlər Məktəbinin professoru və USC-nin Beynəlxalq Tədqiqatlar Mərkəzinin Direktorudur. O, Self-Reliance Versus Power Politics: The American and Indian Experiences in Building Nation States (1989); Gender in International Relations: Feminist Perspectives on Achieving Global Security (1992) və Gendering World Politics: Issues and Approaches in the Post-Cold War Era (2001) kitablarının müəllifidir. O, feminist Beynəlxalq münasibətlər nəzəriyyəsi mövzusunda çoxlu sayda məqalə və kitab fəsilləri yazmışdır.

      Alexander Wendt Chicago Universitetində Siyasi Elmlər fakultəsinin adyunkt-professorudur. O, Social Theory of International Politics (1999) kitabının, International Organization, Review of International Studies, International Security,American Political Science Review jurnallarında bir sıra məqalələrin müəllifidir.

      Colin Wight Wales Universitetində (Aberystwyth) Beynəlxalq Siyasət fakultəsinin Mühazirəçisidir. Onun tədqiqat maraqları ictimai elmələrin fəlsəfəsi, sosial nəzəriyyə və BƏ nəzəriyyəsinin kəsişdiyi müstəvidədər. O, hal-hazırda BM-nin akademik fənn kimi formalaşmasında «elm ideyasının» oynadığı rolu tədqiq edir. Onun məqalələri Philosophy of the Social Sciences, International Studies Quarterly, European Journal of International RelationsMillennium jurnallarında dərc olunmuşdur.

      Michael Zürn hər ikisi Bremen Universitetində yerləşən Siyasi Elmlər İnstitutunun Millətlərarası və Beynəlxalq münasibətlər fakultəsinin professoru və Mədəniyyətlərarası və Beynəlxalq Tədqiqatlar İnstitutunun (InIIS) Direktorlarından biridir. O, Zeitschrift fur International Beziehungen kitabının redaktoru, Regieren jenseits des Nationalstaates (1998), Gerechte Internationale Regime (1987) və Interessen und Institutionen (1992) kitablarının müəllifidir. O, World Politics, International Studies Quarterly, European Journal of International Relations, Politische Vierteljahresschrift, Zeitschrift fur Internationale Beziehungen üçün məqalələr, beynəlxalq təsisatlar, qloballaşma və demilliləşmə, Beynəlxalq münasibətlər nəzəriyyəsi mövzularında çoxlu sayda kitab fəsilləri yazmışdır.

      Önsöz

      Yeni minilliyin başlanğıcı Beynəlxalq münasibətlərin (BM) keçmiş nailiyyətləri və müasir vəziyyətini araşdırmaq üçün xüsusilə uyğun bir məqamdır. Lakin fənnin qısa tarixi ərzində onun daxilində belə inventarlaşmanın təəccüblü dərəcədə az aparılması kimi daha intellektual yönümlü əlavə səbəblər də vardır. Bir neçə son onillik ərzində dərc edilmiş belə işlər ya fənnin mövzusuna qısa səyahətdən (Groom və Light, 1994; Light və Groom, 1985), ya da təkcə BM fənninin əsas analitik nailiyyətlərini deyil, müasir Beynəlxalq münasibətləri təcrübi sahə (domen) kimi xarakterizə edən, bütün mühüm siyasi inkişafı, hadisələri və şəxsləri əhatə etmək kimi ensiklopedik iddiada olan nəşrlərdən (Krieger, 1993) ibarət olmuşdur. Əlbəttə, fənn üzrə biliklər və toplanmiış müdrikliyin anbarı olan belə nəşrlər (və ya onlara bənzər digərləri), rəflərimizdə tutduqları yerə layiqdirlər. Lakin redaktorlarının öz qarşılarına qoyduqları vəzifələrə uyğun xüsusi təyinata malik olan bu nəşrlər, diplomsuz və diplomlu mütəxəssis olan qabaqcıl tələbələrin, habelə bu sahədə və ya ondan kənarda işləyən qabaqcıl tədqiqatçıların müasir BM tədqiqatlarının əsas nəzəri və analitik məsələlərinə daha dərindən nüfuz etməyə, onların tənqidi müzakirəsinə olan ehtiyacını nəzərə almır. Başqa sözlərlə, bu Bələdçinin (Handbook) təyinatı, fənnin müxtəlif alt-sahələrindəki vəziyyətin hərtərəfli, sistemli və nüfuzlu qısa xülasəsini bir cild daxilində vermək vasitəsilə, bizim hazırda fənnin daxilində müəyyən boşluq kimi təqdim etdiyimiz yeri doldurmaqdan ibarətdir.

      Fred Greenstein və Nelson Polsby-nin nüfuzlu Handbook of Political Science (Greenstein və Polsby, 1975a) kitabı bu iddianı təmin etmək sahəsində təsirli bir nümunə rolunu oynamışdır. Bununla belə, bu silsilədən sonra nəşr olunmuş bircildlik New Handbook of Political Science (Goodin və Klingemann, 1996) kitabının redaktorlarının səmimi etirafına görə, onların ümumilikdə doqquz cilddən ibarət mərzləmə cəhdi bugün təkrar edilməsi mümkün olmayan qəhrəmanlıqdır. Lakin, əhəmiyyətli dərəcədə daha kiçik miqyasda fəaliyyət göstərilən halda belə, onlardan götürülə biləcək şey, onların nailiyyətlərinə nüfuz etmiş intellektual tonun ciddiliyidir, və biz ümid edirik ki, hazırki Bələdçini bu tembrə kökləmək kimi incə bir məsələdə heç olmazsa müəyyən qədər uğur əldə etmişik. Bir əsas cəhət üzrə – BM-in akademik fənn kimi bütün spektrini əhatə etmək məsələsində digər nəşrlərdən daha müvəffəq olmaq üçün biz həqiqətən də çalışırıq. Belə ki, Greenstein və Polsby-nin International Politics (Greenstein and Polsby, 1975b) kitabı yalnız altı fəsildən (qeyd edilməlidir ki, onlardan biri sonradan Kenneth Waltz-un epoxal Theory of International Politics-ə çevrilmişdir) ibarət idisə, New Handbook BM-ə yalnız dörd fəsil ayırmışdısa, biz, müasir BM tədqiqatları icmasını xarakterizə etdiyini güman etdiyimiz, əsas tədqiqat və ziddiyyət sahələrinin on altı fəsillik təqdimatına yer ayırmışıq.

      Mövzuları

Скачать книгу