Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов страница 6

Жанр:
Серия:
Издательство:
Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов

Скачать книгу

kafedralar yaranmış Böyük Britaniyada olduğu tərzdə ayrıca fənn kimi, yoxsa, Birləşmiş Ştatlar, Almaniya və Fransa halında olduğu tərzdə, siyasət elminin alt-sahəsi kimi təsis edilmişdir.3 Hər bir halda ənənəvi tarixlər sahənin təsisati quruculuğunun xarakterindən daha çox, mühüm siyasi hadisələrin sahənin yaranmasına təsirini qeyd etməyə meyllidirlər. Məsələn, ABŞ halında BM-in tarixini onu amerika siyasi elminin fənn matrisində yerləşdirmədən yazmaq mümkün deyil. Bu, BM-in siyasi elmin bir hissəsindən daha çox, ayrıca ofisə malik yeni tədqiqat sahəsi olduğu Böyük Britaniyadakı tarixi təcrübəsindən fərqlidir (Hill, 1987; Waever, 1998). Bu təsisati fərqlərə əlavə olaraq intellektual iqlim, məlumat əldə etmək, tədqiqata kömək, hökumət və akademiya arasında əlaqə, universitet sisteminin ümumi strukturu və xarakteri ilə əlaqədar çoxlu sayda fərqlər mövcuddur (Simpson, 1998; Smith, 1985).

      Təsisati kontekstin əhəmiyyəti sahənin milli konteksti məsələsi ilə sıx əlaqəlidir. Təsisati strukturdakı fərqlər BM-in yerləşdiyi ölkənin milli şəraiti ilə dərindən əlaqəlidir. BM-in sərhədləri bir konkret ölkənin terminlərində müəyyənləşdirilə bilər, yoxsa buna milli fərqlər nəzərə alınmadan, daha kosmopolit əhatə çərçivəsində baxılmalıdır məsələsi sahənin tarixini yazmaq vəzifəsini mürəkkəbləşdirir. İstək həqiqi qlobal fənn yaratmaq cəhdi olsa belə, tədqiqatlar beynəlxalq siyasətin akademik öyrənilməsinin Britaniya, daha çox isə Amerika yerliçiliyi yarlığını daşıdığını göstərməkdə davam edir. Stanley Hoffmann özünün məhşur 'An American Social Science: International Relations' məqaləsini nəşr etdirəndən, Amerika akademik icmasının BM «qlobal fənnində» hansı dərəcədə üstünlük təşkil etməsi və bu üstünlüyün ümumilikdə fənn üçün hansı dərin nəticələrə gətirməsi haqqında müzakirələr davam etməkdədir (Alker və Biersteker, 1984; Crawford və Jarvis, 2001; Goldmann, 1996; Hoffmann, 1977; Holsti, 1985; Kahler, 1993; Krippendorf, 1987; Smith, 1987, 2000; Waever, 1998). Ehtimal edilən amerikan hegemonluğuna baxmayaraq, beynəlxalq siyasətin amerikan tədqiqatlarını «qlobal BM fənni» ilə bağlamaq fundamental səhvdir. Milli BM icmalarının çoxunun amerikan nəzəriyyə, meyl və müzakirələrinə kifayət qədər həssas olmasına baxmayaraq, BM Waever-in qeyd etdiyi kimi «müxtəlif yerlərdə kifayət qədər müxtəlifdir» (1998: 723). Mən hesab edirəm ki, BM-in fənn tarixçələri sahənin qeyri-ardıcıl tarixinin həm qlobal, həm də yerli ölçülərdə yenidən qurulmasına xidmət etməlidir. Yerin məhdud olmasının, dünyanın hər bir ölkəsindəki BM haqqında şərh verməyə mənə mane olmasına və əsas diqqətin ABŞ və Böyük Britaniyada baş verən hadisələr üzərində cəmlənməsinə baxmayaraq, BM quruculuğunda çoxlu miqdarda ölkə xüsusiyyətli tədqiqatların aparıldığını qeyd etmək vacibdir.4

BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TARİXŞÜNASLIĞI

      BM-in tarixi məsələsində ən mühüm problemlərdən biri ondan ibarət idi ki, bu tarixçələr sahənin tarixi necə yazılmalıdır sualına birqiymətli cavab verə bilmirdi. BM tarixini sahənin təkamülünün mühüm ölçülərinin tam konsensusunun mövcud olması kimi təsvir etməyə meyl edilirdi. Sahənin inkişafı ilə əlaqədar heç bir əhəmiyyətli ziddiyyətin olmadığı şəraitdə, tarixşünaslıq məsələlərinə çox az diqqət yetirilir və ya ümumiyyətlə diqqət verilmirdi. İstənilən halda, politologiya kimi bir sıra əlaqədar akademik fənlərin öz fənn tarixlərini daha yaxından tədqiq etməyə başlamasıyla, lazımi tarixi təhlilin ümumiyyətlə nədən təşkil olunduğu, xüsusən də fənn tarixinə nəyin daxil olduğu haqqında müxtəlif nəzəri və metodoloji ziddiyyətlər meydana çıxdı. (Bender və Schorske, 1998; Collini və başq., 1983; Dryzek və Leonard, 1988; Parr və başq., 1990; Gunnell, 1991; Ross, 1991; Tully, 1988). Lakin bu ədəbiyyatın qaldırdığı tarixşünaslıq qayğıları BM-in tarixi haqqında fikirləşənlərə çox az təsirə malik oldu, və ya heç bir təsirə malik olmadı. Bu ümumiləşdirmədən yeganə istisna Ole Waever-in ədəbiyyata mühüm töhfə olan 'The Sociology of a Not So International Discipline' (1998) məqaləsidir. Sahənin tarixi haqqında mövcud ədəbiyyatın cari vəziyyəti ilə əlaqədar Waever narazılıqla yazırdı ki, o, «adətən sistemli tədqiqatlara və aydın üsullara əsaslanmır», və onun qiyməti «hər bir yaxşı praktikin fənnin tarixini yaza bilməsini üstüörtülü olaraq güman etməklə, bizim keçmişimiz barədə «ümumi biliklərin» incə şəkildə təkrar bəyan edilməsindən» bir balaca artıqdır. (Waever, 1998: 692). Lakin praktiklərin sahənin tarixini artıq bildikləri haqqında fərziyyənin özündə, nəzəri səriştəsizliyin açıq-aşkar oturması ilə bərabər, tarixi bəsitləşdirmək və beləliklə təhrif etmək meyllərini möhkəmləndirən əlavə amillər də fəaliyyət göstərir.

Analitik və Tarixi Ənənələr

      Belə bir ümumi fərziyyə mövcuddur ki, sahənin tarixini klassik Afinadan (Athens) günümüzə qədər uzanan kəsilməz ənənəyə istinad etməklə izah etmək olar. BM ədəbiyyatında beynəlxalq fikrin realizm və liberalizm kimi ardıcıl məktəblərinə, və ya paradiqmalarına gətirmiş epik ənənələrin olması ideyasına çoxlu sayda iqtibaslar mövcuddur (Clark, 1989; Donnelly, 1995; Holsti, 1985; Kugler, 1993; Zacher və Matthew, 1995). Bundan əlavə, və bizim müzakirəmiz üçün daha vacibi, geniş yayılmış belə bir inam mövcuddur ki, bu qədim ənənələr sahənin keçmişinin ayrılmaz hissəsini təşkil edir, və deməli, sahənin müasir sərhədlərinin başa düşülməsi üçün yararlıdır. Bu inamın bir nümunəsini münaqişə və müharibə haqqında ədəbiyyatın Jacek Kugler tərəfindən aparılmış tədqiqində tapmaq olar. O, belə bir fikir irəli sürür ki, «beynəlxalq müharibələrin klassik hesabatı dünya siyasətindəki realist ənənlərdən gəlir» və «müharibənin öyrənilməsində realist metod Thucydides-dən (b.e.ə. 400-cü illər), Machiavelli (1513), Hobbes (1651), Hume (1741), von Clausewitz (1832), Morgenthau (1948), Organski (1958), Waltz (1979) və Gilpin-ə (1981) qədər izlənilməsi mümkün olan uzun bir ənənəyə malikdir» (Kugler, 1993: 483-4). Məsələn, Kenneth Waltz-ın Man, the State and War (1959) əsərində göstərildiyi kimi, nəzəriyyəçilərin Qərbin siyasi fikrinin klassik kanonları ilə bağlı olan tədqiqatları BM praktikasının elementini təşkil etsə də, Thucydides və ya Kant kimi klassik siyasi nəzəriyyəçilərin işlərinə müasir BM ədəbiyyatının konstruktiv keçmişi kimi baxmağın mümkünlüyü kökündən yanlış təsəvvürdür.

      Müasir tədqiqatçıların, klassik siyasət nəzəriyyəçilərinin uzun illər ərzində hakim fərziyyələrindən biri «Plato-dan Marx-a qədər klassik mətn kanonları beynəlxalq siyasət haqqında deməli çox az şeyə malikdir» olan yazılarına istinad etmələri kimi geniş yayılmış meylin özündə müəyyən bir istehza vardır. Bu, Martin Wight-ın 1959-cu ildə Beynəlxalq Siyasətin Nəzəriyyəsi barədə Britaniya Komitəsinin (British Committee on the Theory of International Politics) təsis yığıncağında təqdim etdiyi mübahisəli 'Why is There No International Theory?' (1966) essesində populyarlaşdırılmış nəzər nöqtəsi idi. Wight-ın arqumentləri «siyasi fikrin zəngin və dəqiq müəyyən olunmuş, beynəlxalq fikrin isə yoxsul və əslində mübahisəli ənənələri var idi» kimi geniş yayılmış fikrə öz töhfəsini verdi. Bu baxış, kanonun məqsədəuyğunluğunu birbaşa şübhə altına alan davranışçıların (bihevioristlərin) elmi təkəbbürləri ilə birlikdə, siyasi nəzəriyyə və BM sahələrinin ayrılıqda hərəkət etməsinə gətirmiş və yalnız bu yaxınlarda dəyişməyə başlamış soyuqluq hissi yaratmışdı (Boucher, 1998; Brown, 1992; Knutsen, 1997; Schmidt, 2000; Walker, 1993; Williams, 1992).

Скачать книгу


<p>3</p>

Waever, 1998 Almaniya, Fransa, Böyük Britaniya və Birləşmiş Ştatlarda BM-in inkişafı barədə çox faydalı müzakirələrin təşkilini təmin edir.

<p>4</p>

Sayı az olsa da, BM-in ayrı-ayrı ölkələrin şəraiti çərçivəsində inkişafını tədqiq edən və gündən-günə artan ədəbiyyat kütləsi mövcuddur. Məsələn, Hugh C. Dyer və Leon Mangasarian-ın (1989) redaktəsində çıxmış məcmuədə digərləri ilə yanaşı BM-in keçmiş Sovet İttifaqı, Çin, Braziliya, Almaniya Federativ Respublikası, Cənubi Afrika, Fransa, Yaponiya, İtaliya və Böyük Britaniyada öyrənilməsi barədə fəsillər vardır. Chan, 1994; Groom, 1994; və Jorgensen-in, 2000 işləri də bu qəbildəndir.