Məktəb hekayələri. Məhəmməd Tağı Sidqi

Чтение книги онлайн.

Читать онлайн книгу Məktəb hekayələri - Məhəmməd Tağı Sidqi страница 3

Жанр:
Серия:
Издательство:
Məktəb hekayələri - Məhəmməd Tağı Sidqi

Скачать книгу

Nəsirin başına gələn əhvalatlar söylənib başa çatdıqdan sonra mənzum hekayətin ikinci hissəsində yenidən şair-müəllimlə görüşürük. Bu məqamda isə o, tamam olmuş, başa çatmış hekayətin mənasını izah edən tərbiyəçi sifətində çıxış edir. Şərh prosesi ona özünün maarifçi-didaktik görüşlərini müəyyən sistem halında izah etməyə imkan verir. Həmin əxlaqi-maarifçi qənaətlər isə təkcə «Tərbiyə» məktəbinin şagirdləri, yaxud həmin dövrün oxucuları üçün deyil, hətta hazırki müasirlərimiz üçün də faydalı və düşündürücüdür:

      Keçəcəkdir tamam yaxşı-yaman,

      Bir gözəl ad qalar cahanda nişan.

      Ömür bihudə keçməmiş bada,

      Biz də bir ad qoyaq bu dünyada,

      … Millətin haqqını əda eylə,

      Məscidi mədrəsə bina eylə.

      «Kəblə Nəsir» mənzum hekayəsi Azərbaycanda «dərs-hekayət» formasında yazılmış ilk uşaq ədəbiyyatı nümunəsidir.

      M. T. Sidqi milli uşaq nəsrinin də ilk nümunələri sayıla biləcək kiçik hekayələr yazmışdır. Lakin indiyədək onun hekayələrindən söz açılmamışdır. Halbuki həmin uşaq nəsri nümunələri M.T.Sidqinin tərtib etdiyi dərsliklərə salınmış, «oxu, qiraət materialları kimi düşünülmüşdür».

      Onun uşaqlar üçün hekayələri əsasən «Əxlaq nümunələri» və «Qızlara hədiyyə» dərsliklərində toplanmışdır. «Əxlaq nümunələri» dərsliyi müəyyən ixtisarla M.T.Sidqinin 1967-ci ildə nəşr olunmuş «Seçilmiş pedaqoji əsərlərinə daxil edilsə də, kitabın adından «pedaqoji» ifadəsi diqqəti buradakı bədii materialların ayrıca seçilib öyrənilməsindən yayındırmışdır. «Qızlara hədiyyə» dərsliyi isə bütünlüklə elmi-ədəbi təhlildən kənarda qalmışdır.

      «Əxlaq nümunələri» dərsliyindəki əksər uşaq hekayələri müəllim-yazıçının pedaqoji düşüncələrinin tərkibində verilmişdir. Həmin hekayələr müəllifin maarifçi baxışlarını əyani şəkildə əsaslandİran bədii yazılardır. Lakin imla mətni kimi verilmiş nümunələrdən pedaqoji fikir-mülahizə qatını ayırıb, hekayə hissəsini ayrıca oxuduqda, bunlar bitkin uşaq hekayələri kimi səslənir. «Məktəbə davam», «Gözü tox olan uşağın hekayəti», «Yalançı uşaq» və s. hekayələr bu qəbildən olan maraqlı ədəbi nümunələrdir. Dərsliyin tələblərinə uyğun olaraq həmin hekayələrdə əxlaqi məsələlər ön mövqeyə çəkilmişdir. Hekayələrdə uşaq və məktəbli obrazları da bacarıqla canlandırılmışdır.

      «Qızlara hədiyyə» dərsliyindəki hekayələrin böyük əksəriyyətində isə hekayəyə məxsus xüsusiyyətlər maarifçi-pedaqoji mülahizələri üstələmişdir. Bunların çoxu indiki ibtidai məktəb dərsliklərinə salınmış kiçik hekayələr kimi sadə dildə yazılmış, yığcam, maraqlı hadisələri əks etdirən, əxlaqi-tərbiyəvi qənaətlər aşılayan yaddaqalan müstəqil bədii əsərlərdir. Dərslikdəki «Rübabə», «Sitarə ilə xalası», «Ruqiyənin söhbəti», «Övlad məhəbbəti» və s. hekayələr milli uşaq nəsrinin ilk bitkin nümunələridir. İdeya-məzmununa görə bunları «məktəb hekayələri» kimi də dəyərləndirmək olar. Forma baxımından isə həmin nümunələr miniatür hekayə adlandırıla bilər. Təxminən bir əsrə yaxın bundan əvvəl hazırlanmış «Qızlara hədiyyə» dərsliyindəki kiçik hekayələr hazırkı mərhələdə də şagirdlər üçün faydalı xüsusiyyətlərə malikdir. Məktəb uşaqları M.T,Sidqinin miniatür hekayələrindəki əxlaqi öyüdnamələrdən çox şey öyrənə bilərlər. Maarifçi-didaktik nəsihət xətti qorunub saxla-nılmışdır. «İki bacının söhbəti» hekayəsində əks etdirilmiş aşağıdakı nəsihətlər bu gün üçün də müasir səslənir: «Balaca bacım, sən hələ kiçiksən. Elmin məziyyətini və faydasını bilmirsən. Elə bil ki, dünyada heç bir şey elmsiz əmələ gəlməz… insanın hər işində və əməlində elmə ehtiyac vardır. İnsanın şərafəti və heyvan ilə insanın təfavütü elm ilən bilinir. Sən elm təhsil elə, təki dünya və axirətdə səadətmənd olasan».

      M.T.Sidqi uşaq hekayələrini rəhbərlik etdiyi «Tərbiyə» məktəbinin şagirdlərinə oxudub öyrətmiş, əzbərlətmişdir. O, özünün müəllim və yazıçı kimi məqsədini aşağıdakı kimi izah etmişdir: «Ey mənim xoşbəxt şagirdlərim! Gərəkdir ki, gözəl xasiyyətlərə rəğbət göstərib və pis sifətlərə nifrət edəsiniz. Çünki elminə əməl etməyən alim əlində bir işıqlı çıraq saxlayan kora bənzər».

      M.T.Sidqinin kiçik hekayələrində maarifçi didaktik ideya məzmunla yanaşı hadisələri müəyyən süjet əsasında təqdim etmək prinsipinə də əməl edilmişdir. Yığcam süjet kiçik hekayənin ana xəttini, daxili məntiqini çatdırmaqda mühüm rol oynayır. Sidqi əksər hallarda süjeti dialoqların əsasında qurmuşdur. Bu da hekayənin məktəb uşaqlarının yaş səviyyəsinə uyğunlaşdırılmasına münasib şərait yaradır.

      Hekayələrdəki bədii obrazlar da maarifçi yazıçının ifadə etmək istədiyi mətləblərin əsas daşıyıcıları kimi çıxış edirlər. Buna görə də Sidqi çox vaxt hekayələri kiçik qəhrəmanlarının adları ilə adlandırır.

      Maarifçi ədibin «Hekayətlər» adlandırdığı bədii nəsr nümunələri kiçik miniatürlərdən ibarətdir. Bu miniatürlərdə bədii təhkiyə ilə yığcam süjet, yaxud kiçik mükalimə bir-birini tamamlayır. «Hekayətlər» adlandırılan lətifəsayağı miniatürlər də Sidqinin digər kiçik hekayələri kimi vahid maarifçi amala xidmət edir.

      Maarifçi şair və yazıçı olmaqla yanaşı, M.T.Sidqi həm də tanınmış alim-pedaqoq, əxlaq nəzəriyyəçisi və görkəmli məktəbşünasdır. Bununla belə, onun elmi fəaliyyətində ədəbi-fəlsəfi məsələlər də öz əksini tapmışdır. Sidqinin «Heykəli-insana bir nəzər» əsəri nəsrlə yazılmış kiçik ədəbi-fəlsəfi traktatdır. Burada müəllifin həyat və cəmiyyət, ictimai-mədəni tərəqqi haqqındaki fikir və düşüncələri əks etdirilmişdir. Sidqinin inşanın formalaşması və bəşər cəmiyyətinin keçdiyi inkişaf mərhələləri barədəki elmi mülahizələri öz dövrü üçün yeni və cəlbedici idi. Buna görə də həmin əsər M.T.Sidqinin vəfatından sonra 1912-ci ildə Bakıda «Ziya» mətbəəsində kitab halında çap olunmuşdur. «Heykəli-insana bir nəzər» əsəri nəticə etibarilə maarifçiliyə çağırış kimi səslənən faydalı elmi mənbədir. Burada bədii təfəkkürün məhsulu olan fikir və mülahizələrdən də istifadə olunmuşdur.

      M.T.Sidqinin elmi irsində onun «Puşkin» adlı kitabı xüsusi yer tutur. Bu kitab müəllim-şairin 26 may 1899-cu il tarixdə Naxçıvanda «Tərbiyə» məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri qarşısında A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi münasibətilə oxuduğu məruzənin mətnindən ibarətdir. Əsər Azərbaycanda Puşkinə həsr olunmuş ilk elmi mənbələrdən biri kimi mühüm əhəmiyyətə malikdir. Kitab 1914-cü ildə Bakıda İsabəy Aşurbəylinin «Kaspi» mətbəəsində çap olunmuşdur.

      Adından da göründüyü kimi, «Puşkin» kitabında rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan

Скачать книгу