.
Чтение книги онлайн.
Читать онлайн книгу - страница 16
Artyom evə qayıdanda atalığı tərəfindən lazımsız sorğu-sual atəşinə tutulacağından əmindi. Ögey atası Hanterlə nələr danışdığını soruşsa, Artyom nə olur-olsun, heç nə da-nışmamalıydı. Amma təəccüb etdi. Atalığı onu kötəklə hazır halda gözləməmişdi, xoruldayaraq yatmışdı. Əlbəttə, asan deyildi, 24 saatdan artıqdı ayaq üstəydi.
Artyom gecə keşik çəkir, gündüzlər yatırdı. İndi də onu çay fabrikində gecə növbəsi gözləyirdi.
Tək işıq mənbəyi kimi bulanıq qırmızı rəngli lampayla on illər boyu torpaq altında yaşamaq insanların gecə gündüz anlayışını yavaş-yavaş yox etmişdi. Gecə oldumu, eynilə vaqonlardakı kimi, insanlar yata bilsinlər deyə, stansiyadakı bütün işıqlar söndürülürdü. Lakin istisna olan yerlər də vardı – fövqəladə hallar zamanı söndürülmürdü. Hə nə qədər illərlə qaranlıqda qalmaqla insanların görmə qabilliyyəti inkişaf etsə də, tuneli və tərk edilmiş yuxarı keçidləri dolduran o vəhşi varlıqlarla müqayisə edilə bilməzdi.
“Gecə və gündüz” ifadəsi insanların vərdişlərinə, yaşayış qaydalarına əsasən seçilirdi. Bu səbəblə əksər stansiya sakinləriyçün “bir gecə”yə sahib olmaq, eyni saatda yata bilmək mənasındaydı.
Heyvanlar da o zaman istirahət edirdilər, işıqlar söndürüldüyü üçün, səs çıxarmaq da qadağan olunmuşdu. İnsanlar tunelin hər iki tərəfindəki girişlərin üzərinə yerləşdirilmiş stansiya saatlarından vaxtı öyrənə bilirdilər. Bu saatlar, strategiya baxımından əhəmiyyətli silah anbarları, su filterləri və genoratorlardan daha az əhəmiyyətli deyildi. Davamlı nəzarət altında saxlanılır, ən kiçik gecikmə, nasazlıq ləngimədən həll edilir, etiraz və ya sırf barbarlıq məqsədilə saatların işləməsinə təsir edə biləcək istənilən cəhd stansiyadan sürgün də daxil, ən ağır şəkildə cəzalandırılırdı.
Təqsirli şəxslərin VDNX rəhbərliyi tərəfindən qısa vaxtda mühakimə olunmasını təmin edən cəza qanunu da vardı. Stansiya davamlı olaraq fövqəladə hallara məruz qaldığından, bu qanunvericiliyinin tələbləri daim qüvvədəydi. Strateji qurumlara qarşı təkrarlanan cəhdlərin cəzası daha ağırdı. Öz ərazisindəki platformadan başqa, hansısa platformada siqaret çəkmək, tonqal qalamaq; eyni qaydada lazımsız yerə əlində silah, partlayıcılarla gəzmək ömürlük stansiyadan qovulmaq və bütün mülkünün müsadirəsilə cəzalandırılırdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.