Metro-2033. Дмитрий Глуховский
Чтение книги онлайн.
Читать онлайн книгу Metro-2033 - Дмитрий Глуховский страница 3
Siçovulları heç kim ürkütməmişdi. Heç kim onların imperiyasına enməmişdi. Kimsə də onların sərhədlərini pozmağa cəsarət etməzdi.
Özləri gəlmişdi bura.
O günə qədər heç kimin görmədiyi böyüklükdə olan siçovullar sərhəddəki sədlərin üzərindən aşıb stansiyanı ələ keçirdikləri gün bir çox insan ölmüşdü. Siçanlar elə çoxuydu ki, insanlar altlarında qalmış, ölüm hay-küyləri siçan səslərindən boğulmuş, səsləri eşidilməz olmuşdu. Yollarına kim çıxır-çıxsın, ölü olsun, canlı olsun, bütün insanları, hətta ölü həmcinslərini belə gəmirmiş, ağlagəlməz gücün təsirində, qəddarlıqla irəliyə, daha irəliyə, yollarına davam etmişdilər.
Sadəcə bir neçə nəfər sağ qalmışdı. Onlar da belə hallarda ilk köməklik göstərilən qadınlar, yaşlılar və ya uşaqlar deyil, ölüm dalğası gəlməzdən əvvəl tədbirli hərəkət edən beş nəfər güclü sakindi.
Bu hadisədə onların sağ-salamat qalmaqlarının tək səbəbi onların cənub tunelində keşik çəkmələriydi. Stansiyadan gələn hay-küyləri eşitdikdən sonra içəridən bir şəxs nə baş verdiyini görmək üçün hadisə baş verən tərəfə qaçdı. Hadisə baş verən yerə çatanda, “Timiryaşevskaya” çoxdan ölüm-qalım müharibəsindəydi. Siçovulların dalğavari formada insanlara hücum çəkdiklərini gördü və nə baş verdiyini başa düşdü. Təcili geri qayıtmaq istədi. O, stansiyanı müdafiə edənlərə artıq kömək edə bilməyəcəyini hiss etmişdi. Bir nəfər onu birdən tutub saxladı. Başını çevirəndə formasının qolunu israrla dartan, sifəti qorxudan az qala tanınmaz vəziyyətə düşmüş ümidsiz qadın qışqıraraq:
– Əsgər ona kömək et, onu xilas et! Ona mərhəmət et!
Özünə tərəf uzadılmış bir uşaq əliylə, bir neçə şiş barmaq görmüşdü sadəcə. Bir insanın həyatını xilas etmək üçün yox , ona “əsgər” deyə, səslənildiyi, mərhəmət diləndiyi üçün o əli tutmuşdu. Sonra da uşağı qoltuğunun altında sıxıb saxlamış, gələn ilk siçanlarla mübarizəyə başlamışdı. Bu, ölüm-dirim mübarizəsiydi; tunelin içində, çox böyük çətinliklərlə mübarizə aparan ölüm yarışıydı. 50 metr uzaqdan onlara motoru işə salmağı tapşırdı. Hadisə yerindən təcili olaraq aralanıb stansiyanı tərk etdilər. Bu zaman qarşılarından keçən insanlara səslənərək:
– Qaçın! Siçanlar!
Amma onların hamısı xilas ola bilməyəcəklərini çox yaxşı anlayırdılar. Çox şükür ki, bir vaxtlar sülh içində yaşadıqları “Savyolovskaya”nın növbətçi hissəsinə yaxınlaşdıqda, onları təcavüzkar bilib atəş etməmələri üçün sürətlərini yavaşlatdı. Yaradana sığınıb keşik çəkənlərə var güclərilə qışqırdılar:
– Siçanlar! Siçanlar gəlir!
Bunların hamısı “Savyolovskaya”nı tərk edərək uzaqlara qaçmağa hazırdılar. “Serpuxovsko-Timiryaşevskaya” xəttini2 başdan-başa keçib dayanmadan bir qaçış yolu tapmaq üçün dua edərək qorxulu siçovul lavasının bütün metro stansiyanı əhatə etmədən, bir hədəfə çatanadək, hara olur-olsun, qaça bildikləri qədər qaçmaq, bu qorxunc varlıqlardan uzaqlaşmaq istəyirdilər. Bütün istədikləri bu idi…
Amma xoşbəxtlikdən, “Savyolovskaya”da həm özlərinin, həm də bütün stansiyanın hətta bəlkə də bütün xəttin həyatını xilas edəcək bir şey varıydı. Növbətçi hissədəkiləri böyük həyəcanla onları gözləyən təhlükə haqqında xəbərdar etmişdilər ki, onlar təcili sürətdə möhtəşəm qurğunu ortaya çıxardılar. Bu qurğu alov püskürən aparatı. Peşəkar ustalar tərəfindən yığılmış avadanlıqdı, işlək və son dərəcə funksionaldı.
İlk siçan sürüsü uzaqdan görünməkdəydi, zülmət qaranlıqlardan minlərlə siçanın ayağından çıxan xışıltı, uğultu səsləri, get-gedə artmaqdaydı ki, keşikçilər alov püskürən aparatı işə salaraq yandırıcı maddəni siçovulların üstünə püskürtdü. Püskürtdükdən sonra təkrar bağladılar. Bu aparat vasitəsilə davamlı, fasiləsiz şəkildə 15-20 dəqiqəyə qədər tunelin içinə püskürdərək siçanları yandırıb kül etdilər. Tuneli yanmış ətdən ətrafa yayılan iyrənc üfunətlə, siçovulların vəhşi səsləri bürümüşdü. Həyatlarını xilas edən bu qurğu daha sonra onların qəhrəmalıqlarını metronun bütün xətlərində məşhurlaşdıracaq “Savyolovskaya” stansiyasındakı keşikçiləri hər an ola biləcək hücümlara qarşı hazır vəziyyətdə saxlanılmışdı.
“Timiryaşevskaya”dan qaçan beş qaçqınla xilas etdikləri bir azyaşlı uşaq vardı.
Bir uşaq: Yəni Artyom.
Siçovullar geri çəkilmişdilər. Müharibə sənətinin və insan əməyinin ən son məhsullarından biri olan bu silah, siçanların qəzəbini, sinirlərini sarsmışdı. İnsan övladı digər canlılardan hər zaman daha yaxşı qatildi.
Siçanlar dalğa şəklində ordan uzaqlaşaraq heç kimin bilmədiyi səltənətlərinə geri qayıtmışdılar. Ağlasığmaz qədər dərinlikdəki bütün bu labirintlər sirlərlə doluydu. Sanki bu labirintlərin metro üçün elə bir faydası yoxdu.
Köhnə metro işçiləri and içsələr belə, metronun insanlar tərəfindən tikilməsi inanılmaz gəlirdi.
Daha əvvəllər metroda işləmiş, bu sahədə profesionallaşmış insanlardan arxada az qala heç nə qalmamışdı. İnsanlar bu amilləri nəzərə alaraq köhnə metro işçilərini göz bəbəyi kimi qorumağa çalışırdılar.
Stansiyanın bütün sakinləri bu insanlara böyük hörmətlə yanaşmış, övladlarını bu tərbiyəylə böyütmüşdülər. Artyomun o günə qədər tanıdığı insanlar içində yalnız köhnə bir köməkçi vaqon işçisini xatırlaması bəlkə də bu səbəbdəndi: qarayanız, qısaboy adamdı. Uzun illər yer altında işləməkdən bükülmüş belində, sıxlığını çoxdan itirmiş, köhnəlmiş, cırılıb-yırtılmış, solmuş, amma bütün bunlara baxmayaraq admiralın rəsmi mərasimlərdə böyük qürurla geyindiyi metro işçisinin forması vardı. Hələ o vaxtlar yaramaz, dəcəl uşaq olan Artyom köməkçi metro işçisinin xəstə bədənində sanki möhtəşəm böyüklük və güc olduğunu hiss etmişdi.
Burda təəccüblü heç nə yoxdu. Stansiyanın digər sakinləri üçün metronun köhnə işçiləri onlar üçün yeni, az təhlükə daşımayan yeraltı həyatın bələdçiləriydilər.
Onlara həmişə bu gözlərlə baxır, sözlərinə qeyd-şərtsiz inanırdılar, çünki digərlərinin həyatda qalması onların elminə, bacarığına bağlıydı.
Vahid metro sistemi çökəndə atom bombasına qarşı təhlükəsiz yeraltı sığınacaq, mükəmməl mülki müdafiə obyekti olan Moskva Metropoliteni böyük qarışıqlıq və